MƏDƏNİ
A- A A+

Xalça Muzeyinin 50 illiyi

2017-09-28 09:35:36

Budapeştdə yerləşən Tətbiqi Sənət muzeyində Azərbaycan Xalça Muzeyinin 50 illiyinə həsr olunmuş tədbir keçirilib

Azərbaycanın Macarıstandakı səfirliyindən Azadinform-a verilən məlumata görə, tədbirdə mühazirəçi qismində Azərbaycan Xalça Muzeyinin direktoru, İCOM Azərbaycan Milli Komitəsinin sədri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Şirin Məlikova çıxış edib. Tədbiri Tətbiqi Sənət muzeyinin direktoru Zoltan Çelovzki açaraq, qonaqları salamlamış və həmkarı Ş.Məlikovanı təqdim edib.

Ş.Məlikova ona yaradılan fürsətə görə Z.Çelovzkiyə və Azərbaycan Respublikasının Macarıstandakı səfirliyinə minnətdarlığını bildirib. Daha sonra Ş.Məlikova Azərbaycanın xalçaçılıq sənəti, tarixi və ənənələri barədə ətraflı təqdimat keçirib. Həmçinin, Ş.Məlikova Azərbaycanın xalçaçılıq sənətinin inkişafı ilə bağlı ulu öndər Heydər Əliyevin əvəzsiz xidmətlərini qeyd edərək, Azərbaycan prezidenti İlham Əliyevin və 1-ci Vitse-prezident Mehriban xanım Əliyevanın bu ölməz sənət sahəsinin öz inkişafına xüsusi diqqət ayırdığını söyləyib. Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən yeni inşa edilmiş xalça muzeyinin inzibati binası barədə məlumat verən natiq hazırda 50 illik yubileyini qeyd edən bu mədəniyyət ocağının fəaliyyətindən, burada nümayiş olunan nadir sənət nümunələrindən və gələcək planlardan bəhs edib. Azərbaycanın görkəmli xalçaşünası Lətif Kərimovun ölkəmizdə xalçaçılığın inkişafında əhəmiyyətli roluna diqqət çəkən Ş.Məlikova onun bu sahədəki xidmətlərindən söz açıb.

Diqqət çəkən məqam ondan ibarətdir ki, Ş.Məlikova çıxışı zamanı Azərbaycan ərazilərinin 20 faizinin 25 ildən artıqdır ki erməni işğalı altında olduğunu vurğulayıb, hazırda işğala məruz qalmış Azərbaycanın qədim şəhəri Şuşada mövcud olmuş muzeyin eksponatlarının 1990-cı ildə Bakı şəhərinə köçürülməsinin mümkün olduğunu, lakin işğal altında olan xeyli sayda mədəniyyət ocaqlarımızın, sənət əsərlərimizin erməni vandalları tərəfindən məhv edildiyini təəssüf hissi ilə qeyd edib. Ş.Məlikovanın təqdimatı qonaqlar tərəfindən son dərəcə maraqla qarşılanıb, onların Azərbaycanın mədəni irsi və xalçaçılıq məktəbinə dair sualları cavablandırılıb.


Kateqoriya : MƏDƏNİ Baxış sayı : 1030

QHT və MEDİA

2020-04-10 09:50:16

QHT və MEDİA
AŞ PA həmməruzəçiləri: Azərbaycanda məhk...
AŞ PA həmməruzəçiləri: Azərbaycanda məhk...

Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Azərbaycan üzrə həmməruzəçilə...

2020-04-09 09:40:48

QHT və MEDİA
Şura QHT-ləri Sorğuda fəal iştirak etməy...
Şura QHT-ləri Sorğuda fəal iştirak etməy...

Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası koronavi...

CƏMİYYƏT

2020-04-01 15:10:10

CƏMİYYƏT
31 mart 1918-ci il Bakı hadisələri bir i...
31 mart 1918-ci il Bakı hadisələri bir i...

XX əsr tariximizin ən ağrılı, ən qanlı, ən faciəli məqamı - xalqımızın və əra...

2020-03-30 14:00:00

CƏMİYYƏT
Milli həmrəyliyimiz, məsuliyyətli davran...
Milli həmrəyliyimiz, məsuliyyətli davran...

Bu barədə QHT.az-a Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm...

İQTİSADİ

2020-04-10 10:00:52

İQTİSADİ
Nazirlər Kabineti illik hesabatın yeni f...
Nazirlər Kabineti illik hesabatın yeni f...

Nazirlər Kabineti hökumətin 2019-cu ildə fəaliyyətinə dair illik İcmal Hesaba...

2020-04-07 18:15:52

İQTİSADİ
Sahil Babayev: Fərdi sahibkarlar üçün DS...
Sahil Babayev: Fərdi sahibkarlar üçün DS...

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi İqtisadiyyat Nazirliyi ilə birlik...