SİYASƏT
A- A A+

"Bayraqdan istifadə qaydalarında son dərəcə dəqiq olmaq lazımdır"

2015-06-05 09:50:39

"Bayraq bizim ən mühüm dövlət atributlarımızdan biridir. Bu mənada birinci Avropa Oyunlarının keçiriləcəyi günlərdə heç şübhəsiz ki, ondan istifadə qaydalarına xüsusi diqqət yetirilməlidir"

Bu barədə Yeni Azərbaycan Partiyasının (YAP) Beynəlxalq əlaqələr komissiyasının katibi, politoloq Elman Nəsirov açıqlama verib.  

Onun sözlərinə görə, ilk Avropa Oyunları zamanı Azərbaycana minlərlə turist gələcək və bu mənada dövlət atributlarımızın tanıdılması, təbliği də çox vacibdir: "Bu turistlərin böyük bir qismi Azərbaycan bayrağını elə də yaxşı tanımırlar. Hesab edirəm ki, bayrağımız onlara necə təqdim olunsa, elə də yadda qalacaq. Eyni zamanda ölkəmizə gələn turistlərə bayraqdan istifadə qaydaları göstərilməlidir. 

Bayrağımızı necə tutmaq və digər qaydalar öyrədilməlidir. Hesab edirəm ki, bayrağa biganə yanaşmaq, lazımsız yerlərdə unutmaq, yerləşdirmək olmaz. Ona görə də buna qarşı maarifləndirmə işləri aparılmalıdır. Xüsusilə turistlərə bu qaydalar öyrədilməlidir. Bayrağa münasibət dövlətə münasibətin ifadəsidir. Ona görə də mühüm dövlət atributu ilə istifadə qaydalarında son dərəcə dəqiq olmaq lazımdır. Çünki bu, dövlətçilik məsələsidir".

YAP Siyasi Şurasının üzvü Aydın Hüseynov isə bildirib ki, bayraq dövlətin əsas atributlarından biridir və hər birimizin qürur mənbəyidir. O əlavə edib ki, kütləvi tədbirlərdə iştirak edərkən bayraq vətənin bir parçası kimi qəbul edilməlidir. YAP rəsmisi dövlət rəmzlərinə ciddi fikir verilməsini vacib hesab edir:
 
"Qalib gələn idmançılarımız və məşqçilər dövlət rəmzlərinə, atributlara qarşı diqqətli olmalıdırlar. Dövlətin atributu və vətənin bir parçası olduğu üçün bayraqdan istifadə edərkən diqqətli olmaq lazımdır. Elə etməliyik ki, hər bir vətəndaş, xarici qonaq üçrəngli bayrağımıza hörmətlə yanaşsın. Bayrağımızı dalğalandıran, daşıyan idmançılarımız diqqətsizlik etməməli, bayrağımızı göz bəbəyi kimi qorumalıdır. Baş geyimlərində, futbolkalarda bayrağımızın həkk olunması, yaxud kiçik ölçülü bayraqların istehsalı çox gözəl ənənədir. Bayrağımız yüksək səviyyədə, layiq olduğu tərzdə qorunmalıdır. Qalib gələn idmançılarımız bayrağımızı dalğalandıran zaman da məlumatlı olmalıdır. İlk növbədə məşqçiləri onların çiyninə bayrağımızı sərərkən diqqətlə yanaşmalıdır. Üçrəngli bayrağımızın atributa uyğun olaraq ilk öncə mavi rəngi, onun altında qırmızı və ən sonda isə yaşıl rəngi və ay-ulduzu yer almalıdır".

Xatırladaq ki, ötən gün dövlət bayrağından istifadə edilməsinə dair yayılan məlumatda bəzən dövlət bayrağından istifadə zamanı yanlışlıqlara yol verildiyi vurğulanıb. Qeyd edilib ki, qarşıdan çox mühüm tədbir - "Bakı-2015" birinci Avropa Oyunları gəlir.  Avropa Oyunlarına yüksək səviyyədə hazırlıq görən Azərbaycanda qarşımızda duran ümdə vəzifələrdən biri də küçə və prospektlərimizdə, idman arenalarında, azarkeşlərin başları üzərində dalğalanacaq dövlət bayrağımızdan düzgün istifadə etməkdir: 

"Ölkəmizdə dövlət bayrağından istifadə qaydaları barədə mükəmməl qanunvericilik bazası yaradılıb. 2004-cü ildə "Azərbaycan Respublikası dövlət bayrağının istifadəsi qaydaları haqqında" Qanun qəbul edilib. 

2005-ci ildə Nazirlər Kabinetinin qərarı ilə "Azərbaycan Respublikası dövlət bayrağının qaldırılması (asılması), endirilməsi, saxlanılması və istehsalı Qaydaları" təsdiq olunub. 2013-cü ildə isə Nazirlər Kabineti "Azərbaycan Respublikası dövlət bayrağının qaldırılması (asılması), endirilməsi, saxlanılması və istehsalı Qaydaları"nda dəyişiklik edilməsi haqqında" qərar qəbul edib. Mərasimlər və digər təntənəli tədbirlər zamanı dövlət bayrağımız digər dövlətlərin, beynəlxalq təşkilatların, siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının, müəssisə və idarələrin bayraqları ilə birgə qaldırılırsa (asılırsa) və ya yerləşdirilirsə, qarşıdan baxanda Azərbaycan Respublikasının dövlət bayrağı həmin bayraqlardan solda olmalıdır.

Dövlət bayrağı ya bayraq dirəyinin, ya da xüsusi tutqaclara bərkidilən dəstək üzərində qaldırılır. Bu zaman bayrağın mavi zolağı dirəyin uc tərəfi istiqamətində olmalıdır. Dövlət bayrağı binanın divarına dirəksiz şaquli vəziyyətdə asıldıqda və ya xüsusi tutqaclara bərkidildikdə onun mavi zolağı qarşıdan baxarkən sol tərəfdə yerləşməli, ayla ulduz isə üzü aşağı olmalıdır. Dövlət bayrağı binanın divarına dirəksiz üfüqi vəziyyətdə asıldıqda və ya xüsusi tutqaclara bərkidildikdə mavi zolaq qarşıdan baxarkən yuxarıda olmalı, ayla ulduz isə sağ tərəfə baxmalıdır.

Kiçik ölçülü dövlət bayrağı masaların, kürsülərin üstündə xüsusi oturacağı olan şaquli milə bərkidildikdə və yaxud əldə tutulduqda da mavi zolaq yuxarıda yerləşməlidir.

Dövlət bayrağı tribunalarda tamaşaçıların, yürüşlərdə iştirakçıların və qalib idmançıların əllərində üfüqi vəziyyətdə dirəksiz tutularkən də mavi zolaq yuxarıda olmalıdır.Azərbaycan Respublikasının dövlət bayrağından düzgün istifadə edilməsi hər kəsin vətəndaşlıq borcudur".

PƏRVANƏ

 

 

 


Kateqoriya : SİYASƏT Baxış sayı : 1816

QHT və MEDİA

2019-12-11 18:10:35

QHT və MEDİA
Elman Nəsirov: “Məni ittiham edən bəzi “...
Elman Nəsirov: “Məni ittiham edən bəzi “...

Dekabr ayının 10-da “Zorakı ekstrimizm ilə mübarizə: birgə tərəfdaşlıqla daya...

2019-12-10 21:10:55

QHT və MEDİA
Şura Ulu Öndər Heydər Əliyevin əziz xati...
Şura Ulu Öndər Heydər Əliyevin əziz xati...

Tədbiri açıq elan edən Şuranın ictimaiyyətlə əlaqələr bölməsinin rəhbəri Elmə...

CƏMİYYƏT

2019-12-11 11:45:43

CƏMİYYƏT
Azərbaycanın dinamik inkişaf strategiyas...
Azərbaycanın dinamik inkişaf strategiyas...

Otuz beş ilə yaxın bir müddətdə Azərbaycanın taleyi dahi şəxsiyyət, görkəmli ...

2019-12-11 10:10:05

CƏMİYYƏT
Hikmət Şikarov: Bəyanat imzalamaqla diqq...
Hikmət Şikarov: Bəyanat imzalamaqla diqq...

Həyatımızın müxtəlif sahələrini əhatə edən bu islahatlar hər şeydən əvvəl ölk...

İQTİSADİ

2019-12-10 20:15:07

İQTİSADİ
“The Jerusalem Post”: TANAP qaz kəməri A...
“The Jerusalem Post”: TANAP qaz kəməri A...

Azərbaycan özünün Cənub Qaz Dəhlizi meqalayihəsini uğurla davam etdirir. Azər...

2019-12-08 09:30:36

İQTİSADİ
“Abşeron” yatağı Azərbaycanın daxili təl...
“Abşeron” yatağı Azərbaycanın daxili təl...

Dekabrın 6-da SOCAR-ın prezidenti Rövnəq Abdullayev Fransanın TOTAL şirkəti...