İQTİSADİ
A- A A+

“Azərbaycan Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün konkret işlər görüb”

2017-09-23 10:55:02

.

“Bakıda Milli Məclis, AvroNest Parlament Assambleyasının Sosial məsələlər, təhsil, mədəniyyət və vətəndaş cəmiyyətləri üzrə komitəsi, Əhali və İnkişaf üzrə Avropa Parlament Forumunun və BMT-nin Azərbaycandakı ofisinin birgə təşkilatçılığı ilə “Dayanıqlı İnkişaf Məqsədləri üzrə gender bərabərliyinin və qadın sağlamlığının təşviqinə dair Şərq Tərəfdaşlığı ölkələri parlamentlərinin cəlb edilməsi” mövzusunda konfans keçirilir”.

Məlumata görə, tədbirdə çıxış edən Milli Məclisin vitse-spikeri Bahar Muradova bildirib ki, Azərbaycan müstəqilliyini əldə etdikdən sonrakı ötən müddətdə mühüm nailiyyətlər əldə edib: “Ölkəmiz iqtisadi inkişaf üçün mühüm şəraitin yaradılması, yaxın və uzaq ölkələrlə əlaqələrin qurulması sahəsində ciddi işlər görüb və çox məsuliyyətli tərəfdaş olduğunu sübut edib”.

Belə bir tədbirin Azərbaycanda keçirilməsinin olduqca əhəmiyyətli olduğunu deyən vitse-spiker qeyd edib ki, Dayanıqlı İnkişaf Məqsədlərinin inkişafının əsasında sağlam həyat, sağlam ekoloji mühit dayanır. Onun sözlərinə görə, qadınlar, uşaqlar və onların problemləri istənilən cəmiyyət üçün prioritet təşkil edir: “Azərbaycan bu gün Dayanıqlı İnkişaf Məqsədlərinə nail olma sahəsində konkret nəticələrə malikdir və Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün konkret işlər görüb. Bizim imkanlarımız, resurslarımız imkan verir ki, problemləri həll edək. Lakin bəzən bizdən asılı olmayan bəzi problemlər onların həllinə, qarşımıza çıxan çağırışlara nail olmağa imkan vermir”.

Bütün parlament nümayəndələrini fəal olmağa çağıran B. Muradova qeyd edib ki, Azərbaycan təcrübəsinin ölkələr arasında yayılması da önəmli olar. (trend)


Kateqoriya : İQTİSADİ Baxış sayı : 271

QHT və MEDİA

2018-06-22 07:55:21

QHT və MEDİA
QHT maarifləndirici layihəsini başa çatd...
QHT maarifləndirici layihəsini başa çatd...

“Universitet Təhsilli Qadınlar” Cəmiyyəti Azərbaycan Respublikasının Prezide...

2018-06-21 08:45:09

QHT və MEDİA
Azərbaycan Ordusunun 100 illiyinə həsr o...
Azərbaycan Ordusunun 100 illiyinə həsr o...

İyunun 20-də Silahlı Qüvvələrin Hərbi Akademiyasının təşkilatçılığı ilə Müdaf...

CƏMİYYƏT

2018-06-23 09:35:31

CƏMİYYƏT
Şuranın fəaliyyətə başlamasının 10-cu il...
Şuranın fəaliyyətə başlamasının 10-cu il...

Mərasimdə açılış nitqiylə çıxış edən Şura sədri, Milli Məclisin deputatı Azay...

2018-06-22 08:15:07

CƏMİYYƏT
Cocuq Mərcanlıya daha 50-dən çox ailə kö...
Cocuq Mərcanlıya daha 50-dən çox ailə kö...

Bunlar əsasən Bakı və Şirvan şəhərlərində, Oğuz, Sabirabad və Biləsuvar rayon...

İQTİSADİ

2018-06-23 10:05:16

İQTİSADİ
Yanvar-mayda dəmir yolu nəqliyyatı ilə 1...
Yanvar-mayda dəmir yolu nəqliyyatı ilə 1...

2018-ci ilin yanvar-may aylarında dəmir yolu nəqliyyatı ilə ümumilikdə 2 mily...

2018-06-13 10:15:31

İQTİSADİ
Azərbaycan müdafiə və təhlükəsizlik xərc...
Azərbaycan müdafiə və təhlükəsizlik xərc...

Fact-info.az-ın Trend-ə istinadən məlumatına görə, 2018-ci ilin dövlət büdcəs...