SOSİAL
A- A A+

Qazaxıstanda Azərbaycan gəncləri günlərinə start verilib

2017-09-22 10:50:24

.

Qazaxıstanın Aktau şəhərində keçirilən Xəzəryanı Gənclər Forumu çərçivəsində Qazaxıstan-Azərbaycan gəncləri günlərinə start verilib. Ş.Yesenova adına Xəzər Dövlət Mühəndislik və Texnologiyalar İnstitutunda keçirilən tədbirdə Azərbaycanı gənclər və idman nazirinin müavini İntiqam Babayevin rəhbərliyi ilə nümayəndə heyəti təmsil edib.

Qazaxıstanın Dini Məsələlər və Vətəndaş Cəmiyyəti İnstitutunun gənclər siyasəti üzrə departamentinin direktoru Qabidulla Ospankulov tədbirdə çıxış edərək hər iki ölkənin tarixi köklərə əsaslanan dostluq və qardaşlıq münasibətlərindən söz açıb. Azərbaycan nümayəndə heyətinin ölkəsinə səfərindən məmnunluğunu bildirən Q.Ospankulov Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin Xəzəryanı Gənclər Forumunun keçirilməsi təşəbbüsünün reallaşması istiqamətində müxtəlif tədbirlərin həyata keçirildiyini qeyd edərək deyib: “Ötən il Qazaxıstan və Azərbaycan diplomatik əlaqələrinin qurulmasının 25 illiyini qeyd edib. Bu illər ərzində digər istiqamətlərdə olduğu kimi, gənclər sahəsində də çox böyük işlər görülüb.

Azərbaycan dünyada irimiqyaslı layihələrə yüksək səviyyədə ev sahibliyi etməsi ilə tanınır. 42-ci Ümumdünya Şahmat Olimpiadası, Gənclər Siyasəti üzrə Qlobal Forum, birinci Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları və digər mötəbər tədbirlər Azərbaycanın dünyada təbliğində mühüm rol oynayıb”.

Departament direktoru bir neçə gün davam edəcək tədbirin gənclər arasında əlaqələrin qurulması, hər iki ölkənin gənclər siyasəti sahəsində görülən işlərin əlaqələndirilməsi baxımından faydalı olacağını diqqətə çatdırıb, gəncləri müzakirələrdə fəal olmağa çağırıb. Azərbaycanın gənclər və idman nazirinin müavini İntiqam Babayev dost və qardaş ölkələrimizin gənclər sahəsində sıx əməkdaşlıq etdiklərini diqqətə çatdırıb.

O, bu tədbirin Azərbaycan nümayəndə heyətinin Qazaxıstana dostluq səfəri olduğunu söyləyib. İ.Babayev qeyd edib ki, dünyada baş verən gərgin siyasi proseslər fonunda Azərbaycanın və Qazaxıstanın dövlət başçılarının müdrik siyasəti sayəsində hər iki ölkədə sabitlik, təhlükəsizlik və sürətli inkişaf təmin olunub. O, Prezident İlham Əliyevin “Qazaxıstan xalqının bəxti gətirib ki, Nursultan Nazarbayev kimi prezidenti var” sözlərini diqqətə çatdıraraq, Qazaxıstanın dövlət başçısının daim Azərbaycanın mövqeyini fəal şəkildə dəstəklədiyini bildirib. İ.Babayev Azərbaycanda dövlət gənclər siyasətinin əsasının ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu qeyd edərək, ölkəmizdə gənclərlə bağlı Dövlət proqramlarının, layihələrinin icra olunduğunu bu sahədə mükəmməl qanunvericilik bazasının yaradıldığını bildirib. Nazir müavini Prezident İlham Əliyevin sentyabrın 15-də imzaladığı Sərəncamla təsdiq edilən “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə Dövlət Proqramı”nın yeni dövrün tələbləri nəzərə alınmaqla gənclərin inkişafı sahəsində daha genişmiqyaslı tədbirlərin həyata keçirilməsinə imkan yaradacağını deyib. O, tədbir çərçivəsində imzalanacaq memorandumların əlaqələrin daha sürətli inkişafına zəmin yaradacağına əminliyini ifadə edib.

Sonra Yeni Azərbaycan Partiyasının Gənclər Birliyi ilə Qazaxıstanın “Jas Otan”, eyni zamanda, Azərbaycan Respublikası Tələbə Gənclər Təşkilatları İttifaqı ilə Qazaxıstan Gənclər Konqresi arasında əməkdaşlıq haqqında memorandumlar imzalanıb.

Daha sonra tədbir iştirakçıları Azərbaycanın milli musiqi alətləri, əl işləri, milli yeməklərindən ibarət sərgi ilə tanış olublar. Tədbirin konsert proqramı ilə başa çatıb. Səfər çərçivəsində, həmçinin Azərbaycan nümayəndə heyətinin Nazarbayev İntellektual Məktəbinə tanışlıq səfəri təşkil edilib və təmsilçilərimiz üçün mədəni proqramlar nümayiş olunub.(Azərtac)


Kateqoriya : SOSİAL Baxış sayı : 166

QHT və MEDİA

2017-11-20 20:10:02

QHT və MEDİA
“Xocalı Soyqırımını Tanıtma”ictimai birl...
“Xocalı Soyqırımını Tanıtma”ictimai birl...

Respublikamızın ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı şəhid olan, yar...

2017-11-18 10:05:29

QHT və MEDİA
Sakarya şəhərində Xocalı soyqırımı ilə b...
Sakarya şəhərində Xocalı soyqırımı ilə b...

Azərbaycanın İstanbuldakı baş konsul Məsim Hacıyev Sakarya şəhərində bələdiyy...

CƏMİYYƏT

2017-11-20 08:40:24

CƏMİYYƏT
NTV televiziya kanalı: Azərbaycan türk d...
NTV televiziya kanalı: Azərbaycan türk d...

Türkiyənin nüfuzlu NTV televiziya kanalında Azərbaycan tarixi ilə bağlı “Odla...

2017-11-15 21:00:49

CƏMİYYƏT
Şura 2018-ci il üçün 1-ci qrant müsabiqə...
Şura 2018-ci il üçün 1-ci qrant müsabiqə...

15 noyabr 2017-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hö...

İQTİSADİ

2017-11-20 08:45:14

İQTİSADİ
Əcnəbi media Azərbaycanın qeyri-neft sek...
Əcnəbi media Azərbaycanın qeyri-neft sek...

Azərbaycanın qeyri-neft sənayesi 2018-2021-ci illər ərzində hər il 7,3 faiz a...

2017-11-13 09:10:16

İQTİSADİ
“Cənub Qaz Dəhlizi”nin reallaşması Azərb...
“Cənub Qaz Dəhlizi”nin reallaşması Azərb...

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, çoxşaxəli əməkdaşlığa m...