2017-09-21 22:30:56 | QHT VƏ MEDİA
Şura Şəmkirdə QHT-hökumət münasibətləri mövzusunda regional konfrans keçirib

.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 21 sentyabr 2017-ci ildə Şəmkir şəhərindəki Heydər Əliyev Mərkəzində Gəncə, Samux, Gədəbəy, Göygöl, Qazax, Ağstafa və Tovuzun QHT və icra hakimiyyəti nümayəndələrinin iştirakı ilə "QHT-Hökumət münasibətləri: qazanılmış təcrübə və yeni əməkdaşlıq imkanları" mövzusunda regional konfrans keçirib.

Konfransdan öncə ulu öndər Heydər Əliyevin abidəsi ziyarət olunaraq önünə gül dəstələri düzülüb.

Toplantıda çıxış edən Şəmkir rayon icra hakimiyyətinin başçısı Alimpaşa Məmmədov Azərbaycanda irqindən, dilindən, etnik və dini konfensiya mənsubiyyətindən asılı olmayaraq hər kəsin fundamental insan hüquq və azadlıqlarının təmin edildiyini deyib. Bir sıra ölkələrdə illərdir vətəndaş mühüribəsinin getdiyini qeyd edən Alimpaşa Məmmədov Azərbaycanda sabit ictimai-siyasi vəziyyətin bütün sahələrdə müşahidə edilən inkişafın başlıca zəmini olduğunu vurğulayıb. QHT-lərin inkişafı üçün yalnız paytaxtda deyil, regionlarda da zəruri imkanların yaradıldığını bildirən icra başçısı Şəmkirdə dövlət qurumlarının yerli QHT-lərlə yaxından əməkdaşlığından yaranan səmərəli nəticələr haqqında danışıb. A. Məmmədov Şuranın vətəndaş cəmiyyətinin inkişafı üçün göstərdiyi səyləri təqdirəlayiq adlandırıb.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin rəsmisi, Şura sədrinin müavini Vüsal Quliyev konfransda “QHT-Hökumət münasibətlərinin inkişaf mərhələləri və perspektivləri” mövzusunda məruzə ilə çıxış edib.

Vüsal Quliyev Azərbaycanda vətəndaş cəmiyyətinin sürətlə inkişaf etdiyini qeyd edərək, son on ildə QHT-dövlət əməkdaşlığının daha yüksək səviyyəyə qalxdığını diqqətə çatdırıb. Prezident İlham Əliyevin Sərəncamı ilə “Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi Konsepsiyası”nın təsdiq olunmasının və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yaradılmasının ölkəmizdə vətəndaş cəmiyyətinin inkişafına mühüm təkan verdiyini vurğulayıb.

V.Quliyev Azərbaycan dövlətinin ölkədə fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının formalaşmasına və inkişafına daim ciddi önəm verdiyini, ölkədə ictimai təşkilatların fəaliyyətini tənzimləyən əlverişli hüquqi bazanın mövcud oluğunu bildirib.

Şura sədrinin müavini əlavə edib ki, Azərbaycanın sürətli sosial-iqtisadi inkişafı və milli maraqlarının təmin olunması dövlətlə QHT-lər arasında münasibətlərin daim müasirləşdirilməsini, onların fəaliyyətinin stimullaşdırılmasını zəruri edir. V. Quliyev ölkəmizdə mövcud olan QHT-hökumət münasibətlərinin dünyada uğurlu nümunə kimi öyrənildiyini deyib.

Vüsal Quliyev milli donor institutlarının fəaliyyətinə də toxunaraq, ölkədə qeyri-hökumət təşkilatlarının təşəbbüslərini dəstəkləmək üçün maliyyə resurslarının mövcud olduğunu diqqətə çatdırıb. O, Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurası, Gənclər Fondu, Gənclər və İdman, Mədəniyyət və Turizm, Təhsil, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri tərəfindən hər il yüzlərlə QHT təşəbbüsünün dəstəkləndiyini vurğulayıb. Qeyd edib ki, dövlət QHT-lərə dəstək verməklə vətəndaş təşəbbüskarlığını daha da artırır. Bu da öz növbəsində imkan verir ki, hər bir ölkə vətəndaşı cəmiyyət həyatında fəal iştirak etsin. Milli maraqların qorunması sahəsində QHT-lərin fəaliyyəti təşviq edilsin. QHT-lər sosial əhəmiyyətli problemlərin həllinə cəlb olunsun, dövlət və cəmiyyətin inkişafı üçün əhəmiyyət kəsb edən tədbirlər həyata keçirsinlər.
Deputat Sona Əliyeva dövlət başçısının apardığı məqsədyönül siyasətin nəticəsi olaraq bu gün QHT sektorunun cəmiyyətin aparıcı ictimai institutlarına çevrildiyini deyib. S. Əliyeva QHT-lərin Azərbaycan həqiqətlərinin beynəlxalq aləmdə təbliğində, gənclərin zərərli vərdişlərdən çəkindirilməsində, informasiya müharibəsində aktiv iştirakının təmin olunmasında mühüm rol oynadığını qeyd edib. Deputat Şuranın üzərinə düşən missiyanı uğurla həyata keçirdiyini, innovativ QHT təkliflərini dəstəkləməklə cəmiyyətin aktual problemlərinin həllinə davamlı şəkildə yardım etdiyini vurğulayıb.

Konfransda “QHT-lərə dövlət dəstəyinin əsas istiqamətləri” mövzusunda ətraflı məruzə ilə çıxış edən Şura Katibliyini icraçı direktoru Fərasət Qurbanov ölkəmizdə QHT sektorunun formalaşması tarixinə qısa ekskursiya edib. 2001-ci ildə Şəmkir şəhərində QHT-lərin Təlim və Resurs Mərkəzinin yaradıldığını bildirən F.Qurbanov ötən dövr ərzində QHT-lərin böyük inkişaf yolu keçdiyini qeyd edib. İcraçı direktor cənab prezident İlham Əliyevin siyasi iradəsinin nəticəsi olaraq hazırda ölkəmizin bütün regionlarında QHT-lərin dövlət qurumlarının başlıca partnyoruna çevrildiyini və fəaliyyət imkanlarının artdığını deyib. QHT-lər cəmiyyətin ən fəal təbəqəsi olaraq ictimai problemlərin həllində, vətəndaş təşəbbüskarlığının təşviqində önəmli rol oynayırlar. Dövlət QHT-lərin inkişafı üçün zəruri olan bütün addımları atıb.
Bu gün QHT-lər cəmiyyətimizin inkişafını təmin edən ən vacib institutlardan birinə çevrilib. QHT-lər hər il sosial, humanitar, ekoloji, iqtisadi və sahələr üzrə yüzlərə layihə həyata keçirərək cəmiyyətin maariflənməsinə, ictimai problemlərin həllinə töhfələrini verirlər.

Şuranın QHT-lərə göstərdiyi xidmətlərlə bağlı geniş təqdimatla çıxış edən F. Qurbanov həmçinin təmsil etdiyi qurumun formalaşma prinsipləri, qrant müsabiqəsi mövzuları haqqında da danışıb. İcraçı direktor qeyd edib ki, Şuranın konfrans, təlim və seminarların keçirilməsində əsas məqsəd QHT-lərin bilik və bacarıqlarını artırmaq, icra etdikləri layihələrin səmərəliliyinin artırılmasına yardım etməkdir: “Şura yalnız 2016-cı ildə 32 mövzu istiqaməti üzrə 556 layihəyə 5,3 milyon manatdan çox vəsait ayırıb. Bu layihələrdən faydalananların sayı 100 mindən artıq olub. Həyata keçirilən layihələr çərçivəsində 32 kitab nəşr olunub, 23 sayt, 26 film, 29 sosial çarx hazırlanıb”.

Şəmkir Resurs və Təlim Mərəzini rəhbəri Fuad Bədəlov, Tovuz Kənd Təsərrüfatı Sahibkarlarına Kömək İctimai Birliyinin sədr müavini Nazim Quliyev, Qadınların İnkişafına və Maarifləndirilməsinə Dəstək İctimai Birliyinin sədr müavini Aygün Həsənzadə, Qazax Regional İnkişaf Resursları İctimai Birliyinin sədri Məhərrəm Göyüşoğlu, Zəka Gənclər Mərkəzinin sədri Ramin Cəfərov, Qarabağ Müharibəsi Əlilləri və Veteranları İctimai Birliyinin Göy-Göl rayon şöbəsinin sədri İlqar Əhmədov, Şəmkir Qadın Resurs Mərkəzinin sədri Arzu Həsənova, Gəncə Avroatlantik Məlumat Mərkəzinin sədri Mehman Xəlilov, həmçinin Samux, Gədəbəy, Göygöl, Qazax, Ağstafa və Tovuz rayonlarının icra hakimiyyətlərinin nümayəndələri müzakirələrdə iştirak edərək təkliflərlə çıxış ediblər.

Konfransda Şəmkir rayon icra hakimiyyətinin başçısı Alimpaşa Məmmədova regionda QHT sektorunun inkişafına verdiyi dəstəyə görə Şuranın fəxri fərmanı ilə təltif olunub.|

Fact-info.az

Baxış sayı : 1364
Mövlud Çavuşoğlu: Azərbaycana hər zaman dəstək verəcəyik 2021-01-16 10:50:02 Reza Deqati Fransanın TV5MONDE kanalında Şuşanın tarixindən, erməni vəhşiliklərindən və Azərbaycan multikulturalizmindən bəhs edib 2021-01-16 10:05:39 Koronavirusa qarşı vaksinasiya strategiyasının prinsipləri 2021-01-16 09:25:34 Prezident Füzuli-Şuşa yolunun və hava limanının təməlini qoyub, Şuşada olub 2021-01-15 16:35:08 Ermənistanın törətdiyi cinayətlərə məhkəmədə baxılmalıdır - İCESCO-nun Baş direktoru 2021-01-15 11:35:02 Prezident İlham Əliyev Şuşada Azərbaycan bayrağını yüksəldib 2021-01-15 11:30:59 Əhməd İsmayılov: Media subyektlərinin stimullaşdırılması və rəqabət qabiliyyətlərinin artırılması istiqamətində tədbirlərin görülməsi nəzərdə tutulub 2021-01-15 10:25:22 "Qarabağda Azərbaycana məxsus mədəni irs dağıdılıb" 2021-01-15 09:55:37 Prezident və xanımı Şuşaya səfər ediblər - VİDEO 2021-01-15 09:40:09 İşğal altında olan 128 alban məbədi erməni qriqoryan kilsəsinə çevrilib 2021-01-14 19:00:11 Fərid Şəfiyev: Torpaq iddialarından əl çəkməklə Ermənistan təcrid olunmasını başa çatdıra bilər 2021-01-14 11:15:34 “Metsamor” təhdidi: Regionda yeni münaqişə alovlana bilər 2021-01-14 09:25:45 Almaniyalı jurnalist ermənilərin Bərdə, Ağdam və Tərtərdə törətdiyi vəhşiliklərlə bağlı məqalə hazırlayıb 2021-01-14 09:05:52 Ombudsman Qarabağda diversant qüvvələrin yerləşdirilməsini pislədi 2021-01-14 08:50:30 Putin və Ərdoğan arasında Qarabağ müzakirəsi 2021-01-14 08:40:32 11 yanvar-Azərbaycanın dünyada tanınması günüdür- Nəsiman Yaqublunun araşdırması 2021-01-13 10:20:57 “Qarabağnamə” tamaşası onlayn göstəriləcək 2021-01-13 09:20:14 “Euractiv” portalı: Cənubi Qafqazda sülh, sabitlik və əməkdaşlıq təşəbbüsünün reallaşması üçün fürsət yaranıb 2021-01-13 09:05:14 Rusiyalı deputat: Otuz il davam edən Dağlıq Qarabağ münaqişəsi tarixə çevrilir 2021-01-13 08:40:38 Qazaxıstanlı rejissorlar Qarabağla bağlı film çəkdi 2021-01-13 08:10:11 Neftqaztikinti Trestinin əməkdaşları “YAŞAT” fonduna 200 min manatdan artıq vəsait köçürüb 2021-01-12 18:50:42 Vüsal Qasımlı: Regional kommunikasiyaların açılması iqtisadi arxitekturanı dəyişəcək 2021-01-12 14:55:58 Regionda sabitliyin təmin edilməsi baxımından belə görüşlər faydalıdır 2021-01-12 11:15:29 ICESCO nümayəndə heyətinin işğaldan azad edilən ərazilərə səfəri başlayıb 2021-01-12 11:00:00