CƏMİYYƏT
A- A A+

AŞPA-da ermənilərin dağıtdığı Azərbaycan abidələri ilə bağlı məsələ qaldırılacaq

2017-09-21 09:55:18

.

Avropa Şurası Parlament Asambleyasının (AŞPA) Mədəniyyət, elm, təhsil və media komitəsinin iclasında Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərindəki dağıdılmış abidələr, qaçqın və məcburi köçkünlərin problemləri məsələsi qaldırılacaq.

Bunu Milli Məclisin Mədəniyyət komitəsinin sədri, Azərbaycanın AŞPA-dakı daimi nümayəndə heyətinin üzvü Rafael Hüseynov deyib.

Bu məsələlərin daim Azərbaycan nümayəndə heyəti tərəfindən qaldırıldığını və bu dəfəki iclaslarda da bu məsələ ilə bağlı fikirlərin söyləniləcəyini deyən R.Hüseynovun sözlərinə görə, AŞPA-nın oktyabrın əvvəllərində keçiriləcək payız sessiyasında Azərbaycanda demokratik institutların fəaliyyəti ilə bağlı məruzə ediləcək. Bundan əlavə, Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə sədrlik etdiyi müddətdə gördüyü işlər barədə məruzə də müzakirə olunacaq.

R.Hüseynov qeyd edib ki, sessiya dövründə suallara cavab hissədə Azərbaycan nümayəndə heyətinin üzvləri Avropa Şurasının baş katibi Torbyorn Yaqlanda Ermənistanın Azərbaycana təcavüzü ilə bağlı suallar yönəldəcəklər: “Bundan başqa, Çex Respublikasının Prezidentinin çıxışı nəzərdə tutulur. Nəzərdə tutmuşuq ki, ona ölkəsinin Azərbaycanla münasibətləri ilə əlaqədar suallar ünvanlayaq. Gündəlikdə Azərbaycanla bağlı mövzular var. Hər dəfə AŞPA-nın sessiyalarında Azərbaycanla bağlı müxtəlif məsələləri qaldırırıq. Bu dəfəki sessiya ərzində də nümayəndə heyəti tərəfindən Azərbaycanla bağlı müxtəlif məsələlər səsləndiriləcək”.

Qeyd edək ki, Milli Məclisin Mədəniyyət komitəsinin sədri, Azərbaycanın AŞPA-dakı daimi nümayəndə heyətinin üzvü R.Hüseynov qurumun Mədəniyyət, elm, təhsil və media Komitəsinin iclasında iştirak etmək üçün sentyabrın 21-dən 24-dək Parisdə səfərdə olacaq. (Trend)


Kateqoriya : CƏMİYYƏT Baxış sayı : 467

QHT və MEDİA

2019-06-14 07:00:21

QHT və MEDİA
Sərhədçilərimiz 5.1 km uzunluğunda dövlə...
Sərhədçilərimiz 5.1 km uzunluğunda dövlə...

Dövlət Sərhəd Xidmətinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, dövl...

2019-06-12 11:30:45

QHT və MEDİA
Azay Quliyev: "Bölgədə həll olunmayan m...
Azay Quliyev: "Bölgədə həll olunmayan m...

Heç kim üçün sirr deyil ki, soyuq müharibənin başa çatması beynəlxalq gərginl...

CƏMİYYƏT

2019-06-15 09:00:41

CƏMİYYƏT
Türk dünyasında milli mücadilə və ədəbiy...
Türk dünyasında milli mücadilə və ədəbiy...

Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında Nizami Gən...

2019-06-12 08:50:53

CƏMİYYƏT
Şanlı tarix: müstəqillik və inkişaf yolu...
Şanlı tarix: müstəqillik və inkişaf yolu...

28 May – Respublika Günü münasibətilə rəsmi qəbulda çıxışı zamanı Prezident İ...

İQTİSADİ

2019-06-14 22:40:47

İQTİSADİ
SOCAR-ın AMEA ilə əməkdaşlığı çərçivəsi...
SOCAR-ın AMEA ilə əməkdaşlığı çərçivəsi...

Bu gün SOCAR-ın prezidenti Rövnəq Abdullayev və Şirkət rəhbərliyinin nümayənd...

2019-06-13 18:40:16

İQTİSADİ
Yohannes Han: “Azərbaycan Avropanı Avras...
Yohannes Han: “Azərbaycan Avropanı Avras...

Fact-info.az-ın APA-ya istinadən xəbərinə görə, bunu Avropa İttifaqının Avrop...