SOSİAL
A- A A+

İordaniyanın “Ər-Rəy” qəzetində Azərbaycan haqqında məqalə dərc olunub

2015-06-04 09:50:14

İordaniyanın “Ər-Rəy” qəzetində Azərbaycanın bu ölkədəki səfirliyinin müşaviri Hüseyn Rəhimlinin “Azərbaycan qədim tarixi köklərə malik dünyəvi, demokratik dövlətdir” adlı məqaləsi dərc edilib

Müəllif hələ 1918-ci ildə Şərqdə ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranması haqqında söhbət açır. Eyni zamanda, demokratik, hüquqi, milli mənəvi dəyərlərə söykənən müasir müstəqil Azərbaycan dövlətinin iqtisadi dirçəlişinin, siyasi imicinin formalaşmasının, mədəni intibahının ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğu vurğulanır.

Məqalədə 1994-cü ildə imzalanan “Əsrin Müqaviləsi”nin dövlət müstəqilliyinin təmin olunması, gələcək inkişafın əsaslarının formalaşdırılması baxımından müstəsna əhəmiyyətə malik olduğu bildirilir. Qeyd edilir ki, tarixi təcrübəyə əsaslanan müstəqil siyasət kursu Azərbaycana öz milli maraqlarını daha effektiv müdafiə etməsinə imkan verir. Hazırda Prezident İlham Əliyevin həyata keçirdiyi çoxşaxəli, balanslaşdırılmış xarici siyasətin məntiqi nəticəsində beynəlxalq aləmdə nüfuzu gündən-günə artan Azərbaycanın həlledici geosiyasi oyunçuya və regionun lider dövlətinə çevrilməsi ilə yanaşı, qlobal məsələlərin həllinə daha aktiv cəlb olunması xüsusi vurğulanır. Müəllif son illər Azərbaycanın bütün sahələrdə əldə etdiyi uğurlardan ətraflı bəhs edir.

Məqalədə Azərbaycan Prezidentinin düşünülmüş siyasi kursunun ölkəmizin dinamik sosial-iqtisadi inkişafına xidmət etdiyi, son 10 ildə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində Azərbaycanın iqtisadi göstəricilərə görə dünyanın aparıcı dövlətləri ilə bir sırada dayandığı diqqətə çatdırılır.

Azərbaycanın regionda və dünyada humanitar mərkəz statusunu möhkəmləndirdiyi, o cümlədən multikulturalizm ideyasının təşviqinə, dinlərarası və millətlərarası dialoqun inkişaf etdirilməsinə öz dəyərli töhfəsini verdiyi, bu gün də Azərbaycanın bütün dünyada milli və dini tolerantlıq məkanı kimi tanındığı vurğulanır, bununla bağlı Bakıda keçirilən tədbirlərdən söhbət açılır.

Müəllif Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən də yazır, problemin həll edilməməsinin regionun inkişafına mənfi təsir göstərən amil olduğunu qeyd edir. Ermənistanın qeyri-konstruktiv siyasətindən bəhs edən diplomat bildirir ki, Azərbaycan rəhbərliyi tərəfindən münaqişənin sülh yolu ilə həll edilməsi istiqamətində göstərilən ardıcıl səylərə baxmayaraq, rəsmi Yerevanın təcavüzkar siyasət yeritməsi münaqişənin həllinə maneə yaradır.

Məqalədə Bakıda keçiriləcək ilk Avropa Oyunlarına hazırlıq istiqamətində görülən işlər haqqında ətraflı məlumat verilir, iordaniyalılar qonaq olaraq Azərbaycana dəvət edilir. İlk Avropa Oyunlarının Azərbaycanın tarixində yeni bir səhifə açacağına, nəticədə ölkəmizin beynəlxalq aləmdə nüfuzunun daha da artacağına əminlik ifadə edilir.

Müəllif əldə edilən bütün nailiyyətlərin bu gün Azərbaycanın güclü, inkişaf edən, müstəqil siyasət yürüdən dövlət kimi gələcəyə nikbinliklə baxmaq üçün tam əsas yaratdığını vurğulayır.

 

 

 


Kateqoriya : SOSİAL Baxış sayı : 1583

QHT və MEDİA

2020-06-04 11:05:08

QHT və MEDİA
Dövlətçilik tariximizin parlaq səhifəsi...
Dövlətçilik tariximizin parlaq səhifəsi...

O illərdə xalqımızın qabaqcıl şəxsiyyətləri, mütəfəkkir adamları, ziyalıları ...

2020-06-03 09:15:29

QHT və MEDİA
Şura qrant müsabiqəsi elan edir
Şura qrant müsabiqəsi elan edir

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dö...

CƏMİYYƏT

2020-06-04 18:35:30

CƏMİYYƏT
Ekoloji təhlükəsizlik siyasəti
Ekoloji təhlükəsizlik siyasəti

Əvvəl "Ekoloji təhlükəsizlik" nədir sualına aydınlıq gətirməyə çalışaq. Ekolo...

2020-06-03 08:40:48

CƏMİYYƏT
Azərbaycan Ordusu - 102
Azərbaycan Ordusu - 102

“Danışıqlar öz yerində, ancaq indi dünyada siz də yaxşı görürsünüz ki, güc a...

İQTİSADİ

2020-05-29 09:30:52

İQTİSADİ
Azərbaycan postpandemiya dövründə biznes...
Azərbaycan postpandemiya dövründə biznes...

Dünyanın aparıcı şirkətlərinin Azərbaycana marağı artmaqdadır. Hətta pandemiy...

2020-05-15 10:35:56

İQTİSADİ
Azərbaycan Qafqazdan keçən Avrasiya nəql...
Azərbaycan Qafqazdan keçən Avrasiya nəql...

Azərbaycan Qafqaz regionundan keçən Avrasiya nəqliyyat marşrutlarının inkişaf...