MƏDƏNİ
A- A A+

Əcnəbi media Azərbaycanın mədəni irsindən yazıb

2017-09-18 08:10:22

.

Rumıniyanın AGERPRES milli xəbər agentliyinin saytında Azərbaycanın zəngin mədəni irsi barədə geniş məqalə yerləşdirilib.

Ölkəmizin Rumıniyadakı səfirliyinin materialları əsasında hazırlanan məqalədə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövlətinin mədəni irsin qorunmasını daim diqqət mərkəzində saxlaması xüsusi vurğulanıb. Bildirilib ki, 2005-ci il aprelin 6-da Prezident İlham Əliyev Bakıda Beynəlxalq Muğam Mərkəzinin yaradılması haqqında Sərəncam imzalayıb. Bu Mərkəzdə gənc ifaçılar Azərbaycan musiqi mədəniyyətində özünəməxsus yeri olan muğam sənətinin incəliklərinə yiyələnirlər.

Yazıda Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın UNESCO ilə əməkdaşlıq çərçivəsində səmərəli fəaliyyətinin müxtəlif ölkələrlə mədəni əlaqələrin gücləndirilməsi, mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun inkişafı işinə böyük təkan verdiyi diqqətə çatdırılıb. Qeyd olunub ki, xanım Mehriban Əliyevanın çoxşaxəli fəaliyyəti nəticəsində muğam, aşıq, tar ifaçılıq sənəti, eləcə də Azərbaycan xalçası, Novruz bayramı, kəlağayı sənəti UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilib.

Bildirilib ki, Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən Qəbələ Beynəlxalq musiqi festivalı Şərq və Qərb musiqisini, eləcə də dünyanın məşhur bəstəkarlarını və ifaçılarını bir araya gətirir. Festivala gələn çoxsaylı xarici qonaqlar dünya musiqisinin ən möhtəşəm nümunələrini dinləməklə yanaşı, Azərbaycan musiqisinin gözəl inciləri ilə də tanış olur, xalqımızın musiqi mədəniyyəti barədə aydın təsəvvür əldə edirlər.(Azərtac)


Kateqoriya : MƏDƏNİ Baxış sayı : 897

QHT və MEDİA

2020-04-04 14:30:11

QHT və MEDİA
Politoloq: Dövlətimizin başçısının apard...
Politoloq: Dövlətimizin başçısının apard...

Dünyada yenidən bir kabus dolaşmaqdadır. Artıq 3 aydır ki, bu qlobal təhdid m...

2020-04-04 09:50:40

QHT və MEDİA
Erməni əsilli musiqiçi Dağlıq Qarabağın ...
Erməni əsilli musiqiçi Dağlıq Qarabağın ...

Erməni əsilli məşhur amerikalı musiqiçi, "System Of A Down" qrupunun solisti ...

CƏMİYYƏT

2020-04-01 15:10:10

CƏMİYYƏT
31 mart 1918-ci il Bakı hadisələri bir i...
31 mart 1918-ci il Bakı hadisələri bir i...

XX əsr tariximizin ən ağrılı, ən qanlı, ən faciəli məqamı - xalqımızın və əra...

2020-03-30 14:00:00

CƏMİYYƏT
Milli həmrəyliyimiz, məsuliyyətli davran...
Milli həmrəyliyimiz, məsuliyyətli davran...

Bu barədə QHT.az-a Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm...

İQTİSADİ

2020-04-05 17:25:14

İQTİSADİ
Sahibkarlıqla bağlı Koordinasiya Şurası ...
Sahibkarlıqla bağlı Koordinasiya Şurası ...

Ölkədə sahibkarlıq fəaliyyətini (o cümlədən kiçik və orta sahibkarlığı) dəstə...

2020-04-02 09:30:45

İQTİSADİ
İqtisadi sektorlar və sahibkarlar üçün g...
İqtisadi sektorlar və sahibkarlar üçün g...

Koronavirus pandemiyasının milli iqtisadiyyata və insanların gündəlik sosial-...