QHT və MEDİA
A- A A+

QHT TV-nin təqdimat mərasimi keçirilib

2017-09-14 09:35:26

.

Sentyabrın 13 - də Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycanda ilk dəfə QHT-lər üçün ixtisaslaşmış internet televiziyasının təqdimat mərasimi keçirilib. Tədbiri giriş sözü ilə ""QHT TV" - vətəndaş cəmiyyəti təşkilatları üçün media imkanlarının genişləndirilməsi" layihəsinin və QHT TV-nin rəhbəri Cəsarət Hüseynzadə açaraq bildirib ki, layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Şəmsi Əsədullayev" xeyriyyə ictimai birliyi tərəfindən həyata keçirilir.

Layihənin əsas mahiyyəti QHT-lərin fəaliyyəti haqqında video informasiyaların hazırlanması və yayımını təşkil etməklə, Azərbaycanda ixtisaslaşmış ilk QHT TV-nin (internet TV) formalaşdırlmasıdır.

QHT TV-nin rəhbəri vurğulayıb ki, layihə QHT-lərin fəaliyyəti haqqında cəmiyyətdə dolğun məlumatların formalaşması və Vətəndaş Cəmiyyəti Təşkilatları haqqında informasiyanın əlçatanlığının inkişaf etdirilməsini hədəfləyir. QHT TV-nin əsas vəzifələrindən biri qeyri-kommersiya təşkilatları, vətəndaş birlikləri, vətəndaşların və gənclərin fəal hissəsinin fəaliyyətini təbliğ etməkdir. Layihə problemləri və onların həlli yollarını axtaran qrupların fəaliyyətini ümumi auditoriyaya çatdırmaq üçün informasiya təminatını həyata keçirəcəkdir. Bu fəaliyyət Azərbaycanda qeyri-kommersiya sektorunun təbliğini, QHT-lərin sosial və digər problemlərin həllinə verdiyi töhfələri, sektorlar arası ünsiyyət və qarşılıqlı inamın inkişaf etdirlməsinə dəstək verməyi hədəfləyir.

Layihə çərçivəsində 30 video materialın hazırlanması nəzərdə tutulsa da, bu günə kimi artıq 60-a yaxın video material hazırlanıb. Bu materiallar sırasında QHT-lərin həyata keçirdiyi tədbirlərdən reportajlar, QHT sektorunda baş verən hadisələr ilə bağlı xəbərlər, QHT sektorunu maraqlandıran müxtəlif problemlərlə bağlı müsahibələr və digər materiallar hazırlanaraq yayımlanıb. QHT TV-nin bütün materialları layihə çərçivəsində yaradılan qhttv.az saytında yayımlanıb.

Bütün video materiallar eyni zamanda qht.az saytında, facebook sosial şəbəkəsində, QHT TV-nin youtube və myvideo.az kanalında yayımlanıb. Cəsarət Hüseynzadə alternativ imkanlar çərçivəsində QHT TV-nin davamlı inkişafına nail olmaq üçün çalışacaqlarını bildirib. O bunun üçün müxtəlif resursların olduğunu bildirərək, təşkilat rəhbərlərini QHT TV-yə dəstək olmağa çağırıb. Daha sonra QHT TV-nin hazırladığı xəbər, reportaj və müsahibələrdən ibarət çarx nümayiş edilib.

Tədbirdə çıxış edən Milli QHT Forumunun prezidenti Rauf Zeyni QHT TV-nin fəaliyyətinin vətəndaş cəmiyyəti inkişafına yönəlmiş bir layihə olduğunu və QHT TV komandasının kiçik maliyyə və texniki imkanlar çərçivəsində bu fəaliyyətləri uğurla həyata keçirdiyini bildirib.

Digər QHT rəhbərləri və nümayəndələri Akif Kərimiov, Davud Rəhimli, Mehriban Abdullayeva, İradə Əlilli, Firuzə Əsədullayeva, Tahirə Məmmədova, Mətanət Əsgərqızı, Yaşar Zeynalov, Ayaz Hüseynov, Tahirə Nağiyeva, Şəhla Qarayeva, Ziba Nəbiyeva, Cəmilə Abdulova, Ülkər Priyeva və digərləri QHT TV-nin fəaliyyətə başlamasın müsbət addım kimi dəyərləndirərək, QHT-lərin fəaliyyətinin işıqlandırlması baxımından bu layihənin önəmli olduğunu bildirmişlər.

Eyni zamanda QHT rəhbərləri internet televiziyanın gələcək fəaliyyəti ilə bağlı təklif və tövsiyələrini də səsləndiriblər.


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 279

QHT və MEDİA

2018-05-25 09:25:44

QHT və MEDİA
Heydər Əliyev Fondunun təşkilatçılığı il...
Heydər Əliyev Fondunun təşkilatçılığı il...

Tədbir iştirakçıları əvvəlcə Azərbaycan Xalq Cümhuriyyətinin tarixinə həsr ed...

2018-05-23 19:40:58

QHT və MEDİA
Şura Azərbaycan Xalq Cümhuriyyətinin yar...
Şura Azərbaycan Xalq Cümhuriyyətinin yar...

Şura sədri, Milli Məclisin deputatı Azay Quliyev bildirib ki, 1918-ci ildə Az...

CƏMİYYƏT

2018-05-24 09:40:56

CƏMİYYƏT
Türkiyə parlamentinin spikeri: "Qarabağ ...
Türkiyə parlamentinin spikeri: "Qarabağ ...

Azadinform-un "Anadolu" agentlyinə istinadən məlumatına görə, TBMM sədri F. M...

2018-05-22 09:25:48

CƏMİYYƏT
Azərbaycanın ABŞ-dakı diaspor təşkilatla...
Azərbaycanın ABŞ-dakı diaspor təşkilatla...

Azərbaycan-Amerika Mədəniyyət Assosiasiyasının və Nyu-Yorkda yaşayan Azərbayc...

İQTİSADİ

2018-05-23 06:35:13

İQTİSADİ
"Azərbaycanın borc dayanlıqlılığı istiqa...
"Azərbaycanın borc dayanlıqlılığı istiqa...

"APA-Economics"in məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, səna...

2018-05-17 08:45:07

İQTİSADİ
Bakı-Tbilisi-Ərzurum kəməri ilə 2,39 mlr...
Bakı-Tbilisi-Ərzurum kəməri ilə 2,39 mlr...

Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, magistral qaz kəm...