SİYASƏT
A- A A+

“Dağlıq Qarabağın azərbaycanlı icması dialoq üçün səy göstərsə də, erməni tərəfi bu görüşdən qaçır”

2015-06-04 09:30:12

ATƏT-in fəaliyyətdə olan sədri, Serbiyanın xarici işlər naziri İvitsa Daçiç iyun ayının 1-də Azərbaycana səfər etdi.

Bununla yanaşı o, Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyi ilə müzakirələr aparıb. İcmanın İdarə Heyətinin üzvü, deputat Rövşən Rzayev açıqlamasında bildirib ki, müzakirələr zamanı ətraflı fikir mübadiləsi aparılıb:  

“ATƏT sədri bizə söz verdi ki, təşkilata rəhbərlik etdiyi dövr ərzində Qarabağ münaqişəsinin həlli ilə bağlı tutarlı addımlar atılacaq. Azərbaycan xalqı və biz də lazımi addımların atılmasını və ərazi bütövlüyümüzün təmin olunmasını istəyirik”.   Rövşən Rzayev onu da deyib ki, görüşdə icma nümayəndələri Ermənistanın Dağlıq Qarabağda girov saxladığı azərbaycanlılar - Dilqəm Əsgərov və Şahbaz Quliyevin azadlığa buraxılmasını da xahiş ediblər. (modern.az)

 Deputat Dağlıq Qarabağın azərbaycanlı icması ilə erməni icması arasında görüş keçirilməsi perspektivi ətrafında da fikir mübadiləsi aparıldığını vurğulayıb: “ATƏT sədri və onun başçılıq etdiyi nümayəndə heyəti icmaların görüşü ilə əlaqədar bizə çox maraqlı suallar verdi. Bizim icmanın Dağlıq Qarabağın erməni icması ilə uzun müddətdir görüşmədiyini diqqətə çatdırdıq. Bildirdik ki, Dağlıq Qarabağın azərbaycanlı icması dialoq üçün səy göstərsə də, erməni tərəfi bu görüşdən qaçır. ATƏT sədrindən xahiş etdik ki, bu istiqamətdə bizə dəstək olsunlar”.  


Kateqoriya : SİYASƏT Baxış sayı : 630

QHT və MEDİA

2018-06-19 07:05:37

QHT və MEDİA
Danışıqlar uzansa Qarabağın …..
Danışıqlar uzansa Qarabağın …..

Ermənistan rəhbərlərinin Qarabağa maneəsiz və qorxusuz gəlib getmələrinə Azər...

2018-06-17 09:40:14

QHT və MEDİA
Ukrayna ictimaiyyəti Milli Qurtuluş Günü...
Ukrayna ictimaiyyəti Milli Qurtuluş Günü...

Bu fikirləri Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev “Pryamiy” və “Rada”...

CƏMİYYƏT

2018-06-19 08:55:32

CƏMİYYƏT
“Kolokol Rossii”: Ermənistanın Paşinyan ...
“Kolokol Rossii”: Ermənistanın Paşinyan ...

Fact-info.az AZƏRTAC-a istinadən müəllifi Aleksandr Nikişin olan məqaləni tə...

2018-06-19 07:50:35

CƏMİYYƏT
Xələf Xələfov sərhədlərin delimitasiyası...
Xələf Xələfov sərhədlərin delimitasiyası...

"Rusiya ilə sərhədin demarkasiyası prosesi davam edir. Bu, uzunmüddətli prose...

İQTİSADİ

2018-06-13 10:15:31

İQTİSADİ
Azərbaycan müdafiə və təhlükəsizlik xərc...
Azərbaycan müdafiə və təhlükəsizlik xərc...

Fact-info.az-ın Trend-ə istinadən məlumatına görə, 2018-ci ilin dövlət büdcəs...

2018-06-12 08:35:08

İQTİSADİ
Hərbi məhsullarımız Fransada keçirilən s...
Hərbi məhsullarımız Fransada keçirilən s...

Müdafiə Sənayesi Nazirliyindən APA-ya verilən məlumata görə, açılışda müdafiə...