TƏDQİQATLAR
A- A A+

“Metsamor AES region üçün ekoloji bombadır”

2017-09-14 00:00:57

.

“Elm” nəşriyyatında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Hüquq və İnsan Haqları İnstitutunun böyük elmi işçisi, siyasi elmlər üzrə fəlsəfə doktoru Rövşən Vəlizadənin “Metsamor AES region üçün ekoloji bombadır” adlı kitabı (rus dilində - «Мецаморская АЭС - экологическая бомба для региона») çapdan çıxıb. AZƏRTAC xəbər verir ki, bu nəşr az öyrənilmiş, lakin müfəssəl tədqiqat tələb edən bir problemə həsr olunub. Müəllif qeyd edir ki, Çernobıl AES-in və acı təcrübəsinə “Fukusima-1” AES-də baş vermiş faciəyə baxmayaraq növbəti nüvə təhlükəsi mənbəyi – Ermənistan Respublikasının ərazisində yerləşən Metsamor AES ilə bağlı problem həll edilməmiş qalır. Hərçənd, uzun illər boyu qəza vəziyyətində olan bu stansiya təkcə region üçün deyil, bütün dünya üçün təhlükə mənbəyidir. Öz ambisiyalarını hər şeydən üstün tutan Ermənistanın nüvə proqramının təhlili əsasında sübut edilir ki, Metsamor AES bu proqramın ayrılmaz tərkib hissəsi, nüvə döyüş başlıqları və radioloji silah istehsalı üçün daimi xammal mənbəyi kimi qalmaqdadır. Kitabda təkzibolunmaz faktlar əsasında göstərilir ki, Ermənistan Metsamor AES-i bilərəkdən deaktivasiya etmir və mövcud təhlükəyə baxmayaraq bu atom elektrik stansiyasından siyasi manipulyasiyalar üçün istifadə edilməsində maraqlıdır. Nəşrin elmi məsləhətçisi, AMEA hüquq və insan haqları institutunun direktoru, hüquq üzrə elmlər doktoru, Milli Məclisin deputatı Aytən Mustafazadə kitaba müqəddimə, Azərbaycan Milli Aviasiya Akademiyasının hüquqşünaslıq kafedrasının müdiri, hüquq üzrə elmlər doktoru, professor İbrahim Quliyev isə ön söz yazıb. Qeyd olunur ki, bu gün ayrı-ayrı dövlətlər, etnik qruplar və terrorçular tərəfindən dünyanı təhdid edən nüvə təhlükəsi həmişəkindən daha ciddi xarakter daşıyır. Bununla belə, dünyanın bir sıra ölkələrində yaranmış vəziyyət bu və ya digər dərəcədə terror təhlükəsi hesab edilə bilər. Beynəlxalq terrorizmin güvəndiyi belə mənbələrdən biri də Metsamor AES-dir. Belə ki, AES kimi obyektlərə qarşı təxribatlar terrorçular üçün çox cəlbedicidir. Özü də təkcə bu təxribatların doğura biləcəyi ağır nəticələrə görə deyil, həm də ona görə ki, bundan ötrü xüsusi hazırlıq və təchizat tələb olunmur. Nəşrdə qeyd edildiyi kimi, Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərində Metsamor AES üçün anbarlar kimi istifadə olunan obyektlər aşkar edilib. Tədqiqat materiallarına görə, həmin anbarlardakı radioaktiv materialların kütləvi şəkildə oğurlanması və satılması haqda məlumat vardır. Bundan əlavə, Ermənistan ərazisində radiaoaktiv materiallarının saxlandığı hərbi və sənaye təyinatlı çoxlu obyektlər yaranıb. Beləliklə, həmin tullantılar “çirkli bombalar” yaradılmasında istifadə edilə bilər. Kitabda Ermənistanın soyqırımı siyasətinin tərkib hissəsi olan nüvə proqramı geniş təhlil edilib. Məlumdur ki, erməni terrorizminin kökləri XIX əsrin sonunda, daha dəqiq desək 1890-cı ildə “Daşnaksütyun” partiyasının yaradılması ilə bağlıdır. Çoxsaylı tarixi faktlar təsdiq edir ki, terrorizm, ekstremizm və zorakılıq erməni siyasətinin ayrılmaz tərkib hissələridir. Kitab geniş biblioqrafik siyahı ilə təchiz olunub.


Kateqoriya : TƏDQİQATLAR Baxış sayı : 468

QHT və MEDİA

2018-11-22 08:55:09

QHT və MEDİA
Yaşar Güler: Üçtərəfli formatda əməkdaşl...
Yaşar Güler: Üçtərəfli formatda əməkdaşl...

Bunu noyabrın 21-də Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rə...

2018-11-21 09:35:25

QHT və MEDİA
QHT-lərə Dövlət Dəstəyi Şurası haqqında ...
QHT-lərə Dövlət Dəstəyi Şurası haqqında ...

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəh...

CƏMİYYƏT

2018-11-21 08:40:21

CƏMİYYƏT
"Belarusun Qarabağ məsələsinin həllində ...
"Belarusun Qarabağ məsələsinin həllində ...

Bunu Trend-ə açıqlamasında "Bakı xəbər" qəzetinin baş redaktoru, ekspert Aydı...

2018-11-19 18:35:16

CƏMİYYƏT
Ramiz Mehdiyevin “Qriqorian kilsəsi Səfə...
Ramiz Mehdiyevin “Qriqorian kilsəsi Səfə...

Azərbaycan tarixinin, onun dövlətçiliyinin təşəkkülünün, Ermənistan-Azərbayca...

İQTİSADİ

2018-11-19 21:05:53

İQTİSADİ
SOCAR-ın Daxili Təqaüdünü qazanmış tələb...
SOCAR-ın Daxili Təqaüdünü qazanmış tələb...

Fact-info.az-a verilən məlumata görə, tədbir SOCAR-ın gənclər siyasətinə həsr...

2018-11-11 10:00:35

İQTİSADİ
Bakı-Tbilisi-Qars dəmir yolu Naxçıvana q...
Bakı-Tbilisi-Qars dəmir yolu Naxçıvana q...

Bu barədə Trend-ə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib. Səfiri...