SOSİAL
A- A A+

Fərdi yaşayış evləri Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin istifadəsinə verilib

2017-09-12 10:05:40

.

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Şirvan şəhərində və Hacıqabul rayonunda inşa etdirilmiş 4 ədəd yeni fərdi yaşayış evi Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin istifadəsinə təqdim edilib. Evlərin istifadəyə verilməsi tədbirlərində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun, həmin rayonların İcra Hakimiyyətlərinin və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər. Hər birində müasir tələblərə uyğun yaşayış şəraiti yaradılmış evlərin açılış mərasimlərində vurğulanıb ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin sosial müdafiəsinə xüsusi diqqət və qayğısı həmin insanların maddi təminatlarının gücləndirilməsi, eləcə də mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində məqsədyönlü addımların atılmasına imkan yaradıb. Azərbaycan Prezidentinin 2014-cü il 20 iyun tarixli Sərəncamının icrası işlərinin davamı olaraq, son iki ildə və cari ilin ötən dövründə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 607 nəfər Qarabağ müharibəsi əlili və şəhid ailəsi yeni mənzillərlə təmin olunub. O cümlədən cari ildə nazirlik Şəmkir, Tərtər, Salyan, Astara, Füzuli, Zaqatala, Qazax, Sabirabad, İmişli, Şirvan, Hacıqabul və digər rayonlarda yeni fərdi yaşayış evlərini Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə təqdim edib. Hazırda bu kateqoriyadan olan şəxslərin mənzillə təminatı yönündə işlər davam etdirilir. Yeni mənzillə təmin olunan Qarabağ müharibəsi əlilləri və şəhid ailələri dövlət tərəfindən diqqət və qayğı ilə əhatə olunduqlarına, bu gün isə yeni yaşayış evləri ilə təmin edildiklərinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər. Çıxış edənlər ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi uğrunda döyüşlərdə əlil olmuş vətəndaşlar və şəhid ailələrinin sosial təminatlarının gücləndirilməsi yönündə həyata keçirilən tədbirlərə də toxunublar. Bu təbəqədən olan şəxslər Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdü, əmək pensiyası və ya aylıq sosial müavinətlə, eləcə də onların uşaqları aylıq sosial müavinətlə təmin edilirlər. Əlilliyi olan şəxslərin, o cümlədən Qarabağ müharibəsi əlillərinin səmərəli bərpa-müalicə xidmətləri və reabilitasiya vasitələri ilə təminatı diqqət mərkəzində saxlanılır.


Kateqoriya : SOSİAL Baxış sayı : 120

QHT və MEDİA

2017-09-22 11:55:45

QHT və MEDİA
Ermənişünaslıq sahəsinin tədqiqinə dair:...
Ermənişünaslıq sahəsinin tədqiqinə dair:...

Ermənişünaslıq ümumi şəkildə ermənilərin tarixi, dili, folkloru, ədəbiyyatı, ...

2017-09-21 22:30:56

QHT və MEDİA
Şura Şəmkirdə QHT-hökumət münasibətləri ...
Şura Şəmkirdə QHT-hökumət münasibətləri ...

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dö...

CƏMİYYƏT

2017-09-22 10:05:54

CƏMİYYƏT
Prezident İlham Əliyevin BMT-dəki çıxışı...
Prezident İlham Əliyevin BMT-dəki çıxışı...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin BMT Baş Assambleyasının ...

2017-09-21 09:55:18

CƏMİYYƏT
AŞPA-da ermənilərin dağıtdığı Azərbaycan...
AŞPA-da ermənilərin dağıtdığı Azərbaycan...

Avropa Şurası Parlament Asambleyasının (AŞPA) Mədəniyyət, elm, təhsil və medi...

İQTİSADİ

2017-09-15 07:50:47

İQTİSADİ
Yeni "Əsrin müqaviləsi" bizə nə vəd edir...
Yeni "Əsrin müqaviləsi" bizə nə vəd edir...

Belə ki, Heydər Əliyev Mərkəzində "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokun...

2017-09-11 10:10:38

İQTİSADİ
Qırğızıstanın altı televiziya və radio k...
Qırğızıstanın altı televiziya və radio k...

Qırğızıstanın altı televiziya və radio kanalı “Azerspace-1” peyki üzərindən y...