İQTİSADİ
A- A A+

Qırğızıstanın altı televiziya və radio kanalı “Azerspace-1” üzərindən yayıma başlayıb

2017-09-11 10:10:38

.

Qırğızıstanın altı televiziya və radio kanalı “Azerspace-1” peyki üzərindən yayıma başlayıb. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Trend-ə verilən məlumata görə, Qırğızıstanın altı televiziya – “Asia TV”, “Osh Pirim TV”, “Kyrgyzstan TV”, “Sentyabr TV”, “Ekho Manas TV” və “Next” FM radio kanalları "Azerspace-1" peyki üzərindən yayıma başlayıb. "Azərkosmos" ASC ilə imzalanan müqaviləyə əsasən, sentyabr ayından etibarən televiziya kanalları 11015/H/13000 və radio kanalı 11095/V/30000 tezliyi ilə yayımlanır. Adıçəkilən kanallar vasitəsilə qırğız və rus dillərində ictimai, siyasi, iqtisadi, idman, musiqi, əyləncə və mədəniyyət verilişləri nümayiş edilir. Cənubi Qafqazda ilk peyk operatoru olan “Azərkosmos” ASC telekommunikasiya və coğrafi kəşfiyyat sahələri üçün yüksək keyfiyyətli peyk xidmətləri təqdim edir. 2013-cü ilin fevral ayında orbitə buraxılan və “Azərkosmos” tərəfindən idarə edilən “Azerspace-1” peyki 46° şərq uzunluğu orbital mövqeyində yerləşir və Avropa, Afrika, Yaxın Şərq, Qafqaz və Mərkəzi Asiya regionlarını əhatə edir. Ən azı 15 il müddətində orbitdə fəaliyyət göstərəcək peykin faydalı yükü 36 transponderdən ibarətdir: C diapazonda 24, Ku diapazonda 12 transponder. 2014-cü ilin dekabr ayından etibarən “Azərkosmos” sayca ikinci, təyinatına görə yüksək ayırdetməli (1,5 m ayırdetmə) Yer səthinin məsafədən müşahidə peyki olan “Azersky”-ın idarəçiliyini təhvil almış və bununla da geoinformasiya xidmətləri də daxil olmaqla Yer səthinin məsafədən müşahidəsinin kommersiya fəaliyyətinə başlamışdır. Şirkətin strateji inkişaf planlarına əhatə dairəsinin və xidmətlər spektrinin genişləndirilməsi daxildir. Bu məqsədlə, “Azərkosmos” 2018-ci ildə ikinci telekommunikasiya peyki “Azerspace-2”-ni 45° şərq uzunluğu orbital mövqeyinə çıxarmağı planlaşdırır. Daha ətraflı məlumatı www.azercosmos.com internet səhifəsindən ala bilərsiniz.


Kateqoriya : İQTİSADİ Baxış sayı : 259

QHT və MEDİA

2018-04-20 20:05:48

QHT və MEDİA
Şura QHT-lər üçün məlumatlandırma sessiy...
Şura QHT-lər üçün məlumatlandırma sessiy...

Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası ...

2018-04-20 10:55:20

QHT və MEDİA
“Kəlbəcərlilər dövlət və dövlətçilik nam...
“Kəlbəcərlilər dövlət və dövlətçilik nam...

Tədbirdə “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin sədr müavini Həbib...

CƏMİYYƏT

2018-04-20 08:20:56

CƏMİYYƏT
“Ordu üçün bütün işlər görülür, görüləcə...
“Ordu üçün bütün işlər görülür, görüləcə...

“Bu reallıq bir də onu göstərir ki, bizim ordu quruculuğu ilə bağlı apardığı...

2018-04-20 07:45:17

CƏMİYYƏT
Şamil Sabiroğlunun Daxili İşlər Nazirli...
Şamil Sabiroğlunun Daxili İşlər Nazirli...

Azərbaycanın Dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi altında ölkədə y...

İQTİSADİ

2018-04-20 07:55:10

İQTİSADİ
Nazir: “Hərbi əməliyyatlarda həlak olan ...
Nazir: “Hərbi əməliyyatlarda həlak olan ...

"APA-Economics" xəbər verir ki, əmək və əhalinin sosial müdafiəsi naziri vəzi...

2018-04-16 21:45:12

İQTİSADİ
UNEC ilə Türkiyənin İnönü Universitetini...
UNEC ilə Türkiyənin İnönü Universitetini...

Sənədə əsasən, tərəflər müəllim, bakalavr, magistr, doktorant və tədqiqatçıla...