SİYASƏT
A- A A+

Rusiya, Azərbaycan və Ermənistan dini liderlərindən birgə bəyanat

2017-09-09 09:55:13

Rusiya, Azərbaycan və Ermənistanın dini liderlərinin üçtərəfli görüşünün yekunlarına dair birgə bəyanat qəbul olunub

APA-nın Moskva müxbirinin verdiyi xəbərə görə, Rusiya patriarxı Kirill, Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadə və Ermənistanın katalikosu II qareginin imzaladığı sənəddə deyilir: "Bu gün biz - Azərbaycan və Ermənistanın dini liderləri Rusiya patriarxı Kirillin dəvəti ilə yenidən Moskvada görüşərək Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini müzakirə etdik. Bunsuz Qafqazda sülh və təhlükəsizlik əldə etmək mümkün deyil. Biz münaqişənin hərtərəfli həllinə kömək olacaq sülhməramlı dialoqun davamlı şəkildə inkişafına, danışıqların davam etdirilməsinə və beynəlxalq ictimaiyyətin vəsaitçəliyinə böyük önəm veririk. Əminik ki, fikir ayrılığını yalnız mehriban qonşuluq və mənəvi dəyərlərə əsaslanaraq aradan qaldırmaq mümkündür. Azərbaycan və erməni xalqları hər zaman çiyin-çiyinə yaşayacaqlar, bu səbəbdən sülh və əməkdaşlıqdan başqa perspektiv yoxdur. Çoxsaylı çağırışlarla üz-üzə qalan xalqların dini liderləri onlara cavab axtarmağa məcburdurlar. Biz sülhün qorunması və münaqişə ilə əlaqəli olan humanitar problemlərin həlli üçün dualarımızı əsirgəmirik və ictimai-siyasi xadimləri də buna çağırırıq. Müharibə və düşmənçilik ritorikasından imtina etmək olduqca vacibdir. Hərbi əməliyyatlarda iştirak etməyən dinc sakinlərin azadlığa buraxılması vacibdir. Dini liderlər olaraq biz kilsələrin, məscidlərin və digər müqəddəs yerlərin qorunmasına çağırıq. Dini abidələrin qorunması olduqca vacibdir. Biz Dağlıq Qarabağ münaqişəsinin həllinə yönəlmiş sülhməramlı təşəbbüsləri dəstəkləməyə hazırıq".


Kateqoriya : SİYASƏT Baxış sayı : 744

QHT və MEDİA

2019-08-24 08:00:14

QHT və MEDİA
Əliməmməd Nuriyev: “Ermənilərin avantüri...
Əliməmməd Nuriyev: “Ermənilərin avantüri...

Ermənistan KİV-in məlumatına görə, Ermənistan hökuməti qondarma Dağlıq Qaraba...

2019-08-24 07:40:00

QHT və MEDİA
Dinlərarası və Sivilizasiyalarası Əməkda...
Dinlərarası və Sivilizasiyalarası Əməkda...

Mərkəzdən APA-ya daxil olan bəyanatda bildirilir ki, bu il Birləşmiş Millətlə...

CƏMİYYƏT

2019-08-23 07:40:56

CƏMİYYƏT
Soyqırımdan bəhs edən və ingilis dilində...
Soyqırımdan bəhs edən və ingilis dilində...

Onu da qeyd edək ki, filmin ssenari müəllifi Əkrəm Bəydəmirli, məsləhətçi Ni...

2019-08-20 21:55:46

CƏMİYYƏT
Pakistan mətbuatı Azərbaycandan yazdı...
Pakistan mətbuatı Azərbaycandan yazdı...

Jurnalda dərc olunan məqalədə Azərbaycan xalqının uzun sürən azadlıq arzuları...

İQTİSADİ

2019-08-21 09:00:05

İQTİSADİ
Altı ayın uğurları: Azərbaycan liderliyi...
Altı ayın uğurları: Azərbaycan liderliyi...

Məlum olduğu kimi, iyulun 31-də dövlət başçısının yanında bu ilin ilk altı ay...

2019-08-19 12:05:41

İQTİSADİ
Yeddi ayda 45 milyard manatadək ümumi da...
Yeddi ayda 45 milyard manatadək ümumi da...

Dövlət Statistika Komitəsindən bildirilib ki, bu dövrdə informasiya və rabitə...