CƏMİYYƏT
A- A A+

İndoneziya ictimaiyyəti Qarabağ həqiqətləri barədə məlumatlandırılıb

2017-09-06 10:05:15

.

İndoneziyanın ANTARA dövlət xəbər agentliyi və müsəlman icmasının məşhur aylıq nəşrlərindən sayılan “Hidayətullah” jurnalı Azərbaycanın bu ölkədəki səfiri Tamerlan Qarayevin müsahibəsini yayıb. ANTARA tərəfindən yayılan və Ermənistanın Azərbaycana qarşı təcavüzünə həsr olunan müsahibədə səfir bildirib ki, Qarabağ məsələsi birmənalı olaraq Ermənistanın Azərbaycana qarşı təcavüzü, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal edilməsi, yerli əhalinin etnik təmizləməyə məruz qalması faktıdır. Bu fakt beynəlxalq təşkilatlar, müşahidəçilər, jurnalistlər, şahidlər, o cümlədən BMT və digər qurumlar tərəfindən təsdiq olunub. Lakin Qərbin bu cinayətə ikili standartlarla yanaşması və biganəliyi ucbatından Ermənistan təcavüzü hələ də davam etdirir. Azərbaycanlı diplomat təcavüzün tarixi, ermənilərin törətdikləri cinayətlər haqqında ətraflı söz açıb və BMT Təhlükəsizlik Şurasının (822, 853, 874 və 884), İslam Əməkdaşlıq Təşkilatının qətnamələri və Avropa İnsan Haqları Məhkəməsinin “Çıraqov və başqaları” işinə dair çıxardığı qərar haqqında jurnalistləri məlumatlandırıb. Cəbhə bölgəsində son hadisələrə toxunan səfir başqa ölkələrdə olduğu kimi, İndoneziya KİV-lərində də geniş işıqlandırılmış 2 yaşlı Zəhra və nənəsinin Ermənistan ordusu tərəfindən qətlə yetirilməsi faktını qeyd edib. Ermənistanın təcavüzünə dair İndoneziya hökumətinin mövqeyi haqqında sualı cavablandıran səfir bildirib ki, İndoneziya digər ölkələr kimi Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir, beynəlxalq təşkilatlar çərçivəsində, həmçinin ikitərəfli formatda qarşılıqlı yüksək səviyyəli əməkdaşlıq davam edir. Lakin həm İƏT üzvü kimi, həm ən böyük müsəlman ölkəsi, həm də dost ölkə olaraq Azərbaycan İndoneziyadan daha çox təsirə malik addımlar gözləyir. İndoneziyalı jurnalistlərə müraciət edən səfir onları Qarabağ haqqında, xüsusilə də Ermənistan səfirliyindən, ümumiyyətlə, erməni mənbələrindən qaynaqlanan məlumatları dərc etməzdən əvvəl araşdırma aparmağa, məlumatın nə dərəcədə doğru və qərəzsiz olduğunu dəqiqləşdirməyə çağırıb. ANTARA agentliyinin yaydığı müsahibə digər xəbər portallarında da yer alıb.(Azərtac)


Kateqoriya : CƏMİYYƏT Baxış sayı : 469

QHT və MEDİA

2019-04-22 08:00:03

QHT və MEDİA
Avropada Azərbaycan mədəniyyəti nümayiş ...
Avropada Azərbaycan mədəniyyəti nümayiş ...

İsveç paytaxtının mərkəzində yerləşən “Kunqstredqorden” parkında baş tutan tə...

2019-04-19 09:00:31

QHT və MEDİA
Ərtoğrol Cavidin yubileyi keçiriləcək...
Ərtoğrol Cavidin yubileyi keçiriləcək...

Naxçıvan Muxtar Respublikasında Ərtoğrol Cavidin 100 illik yubileyi keçiriləc...

CƏMİYYƏT

2019-04-22 07:40:17

CƏMİYYƏT
Tarix dünənki siyasət, siyasət isə bugün...
Tarix dünənki siyasət, siyasət isə bugün...

Tarixə düzgün qiymət vermək, onu düzgün təhlil etmək gərəkdir” (1;67) və “Tar...

2019-04-19 08:50:54

CƏMİYYƏT
"Anlamaq dərdi"ni anlamaq dərdi
"Anlamaq dərdi"ni anlamaq dərdi

Bu mənada Cəlil Məmmədquluzadə, Üzeyir Hacıbəyli, Məhəmməd Əmin Rəsulzadə, Rə...

İQTİSADİ

2019-04-18 11:35:23

İQTİSADİ
TANAP vasitəsilə Avropaya qaz nəqlində s...
TANAP vasitəsilə Avropaya qaz nəqlində s...

Avropaya qaz nəqli üçün nəzərdə tutulan 2-ci fazanın istismara verilməsi çər...

2019-04-17 09:45:15

İQTİSADİ
İtaliya mətbuatında Azərbaycanın neft sə...
İtaliya mətbuatında Azərbaycanın neft sə...

İtaliyanın nüfuzlu “Agenzia Nova” xəbər saytında “Azərbaycan neft sənayesinə ...