QHT və MEDİA
A- A A+

QHT layihə çərçivəsində kitabça nəşr etdi

2017-09-04 10:00:59

Qloballaşan Dünyaya İnteqrasiya İctimai Birliyi Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirilən “Azərbaycan həqiqətlərinin sosial və internet mediada təbliği” layihəsi çərçivəsində “Xarici internet və sosial mediada Azərbaycan həqiqətlərinin yayılması günün tələbidir” adlı kitabça nəşr edib

Birlikdən Fact-info.az-a verilən məlumata görə, kitabçada adıçəkilən layihənin icrası, təlimlərin və saytda əksini tapmış məqalələrin yeni ideyaverici məqamları əsasında əksini tapmış məlumat və şəkillərlə yanaşı, Azərbaycan həqiqətlərinin təbliği yönündə ekspert, diaspor və gənclər təşkilatları nümayəndələrinin fikirləri yer alıb. Kitabça müvafiq sahə üzrə ekspertlər, gənclər təşkilatları, diaspor nümayəndələri arasında paylanmaq üçün nəzərdə tutulub. Kitabçanın çap olunması və paylanması ilə “Azərbaycan həqiqətlərinin sosial və internet mediada təbliği” layihəsinə yekun vurulub. Məlumat üçün bildirək ki, layihə çərçivəsində, həmçinin, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində “Sosial şəbəkələrdə Azərbaycan həqiqətləri, Qarabağ problemi mövzusunda aktiv və düzgün iştirak”, “Xarici internet mediada Azərbaycan həqiqətləri və Qarabağ problemi mövzusunda kəsərli məqalələrlə çıxış”, Bakı İslam Universitetində xarici dil bilən və internetdə aktiv olan gənclər üçün “Azərbaycan həqiqətləri və Qarabağ problemi mövzusunda effektli bloqçuluq” mövzularında təlimlər keçirilib. Təlimlərdə 65-dən artıq gənc mütəxəssis və tələbə iştirak edib. Təlimlərdə xarici dillərdə Azərbaycan həqiqətləri və Qarabağ problemi mövzusunda yazılarla, statuslarla və bloqçu kimi çıxış etməyin effektli yolları iştirakçılara başa salınıb, gənclərə Azərbaycan həqiqətləri, Qarabağ probleminin dünyada təqdimatı mövzusunda məlumatlar verilib, mənbələr göstərilib. Sonda təlimləri uğurla başa vurmuş gənclərə sertifikatlar təqdim edilib. Həmçinin, layihə çərçivəsində “Yenimedia.info” saytı Azərbaycan həqiqətləri və Qarabağ problemi ilə bağlı mövzulara və xarici internet və sosial mediada işıqlandırılmasına həsr edilmiş məqalələrlə yenilənməkdədir.


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 329

QHT və MEDİA

2018-06-19 07:05:37

QHT və MEDİA
Danışıqlar uzansa Qarabağın …..
Danışıqlar uzansa Qarabağın …..

Ermənistan rəhbərlərinin Qarabağa maneəsiz və qorxusuz gəlib getmələrinə Azər...

2018-06-17 09:40:14

QHT və MEDİA
Ukrayna ictimaiyyəti Milli Qurtuluş Günü...
Ukrayna ictimaiyyəti Milli Qurtuluş Günü...

Bu fikirləri Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev “Pryamiy” və “Rada”...

CƏMİYYƏT

2018-06-19 08:55:32

CƏMİYYƏT
“Kolokol Rossii”: Ermənistanın Paşinyan ...
“Kolokol Rossii”: Ermənistanın Paşinyan ...

Fact-info.az AZƏRTAC-a istinadən müəllifi Aleksandr Nikişin olan məqaləni tə...

2018-06-19 07:50:35

CƏMİYYƏT
Xələf Xələfov sərhədlərin delimitasiyası...
Xələf Xələfov sərhədlərin delimitasiyası...

"Rusiya ilə sərhədin demarkasiyası prosesi davam edir. Bu, uzunmüddətli prose...

İQTİSADİ

2018-06-13 10:15:31

İQTİSADİ
Azərbaycan müdafiə və təhlükəsizlik xərc...
Azərbaycan müdafiə və təhlükəsizlik xərc...

Fact-info.az-ın Trend-ə istinadən məlumatına görə, 2018-ci ilin dövlət büdcəs...

2018-06-12 08:35:08

İQTİSADİ
Hərbi məhsullarımız Fransada keçirilən s...
Hərbi məhsullarımız Fransada keçirilən s...

Müdafiə Sənayesi Nazirliyindən APA-ya verilən məlumata görə, açılışda müdafiə...