MƏDƏNİ
A- A A+

“Kitabi-Dədə Qorqud” Baltik xalqlarının dilində” nəşr edildi

2017-08-26 07:50:23

.

2017-ci ilin fevralında Azərbaycandakı “Elm və təhsil” nəşriyyatında tanınmış ədəbiyyatşünas, publisist və tərcüməçi, Litva Azərbaycanlılar Cəmiyyətinin sədri Mahir Həmzəyevin “Kitabi-Dədə Qorqud” Baltik xalqlarının dilində” monoqrafiyası çapdan çıxıb. Kitabın elmi redaktoru və ön sözün müəllifi Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəylidir. Mahir Həmzəyev AzərTAc-a müsahibəsində qeyd edib ki, bu monoqrafiya Azərbaycan və Baltik ölkələri ədəbiyyatşünaslığında bu mövzuya həsr edilmiş ilk tədqiqat işidir. Kitaba “Kitabi-Dədə Qorqud” eposunun Litva, latış və eston dillərinə tərcümələri ilə əlaqədar müəllifin apardığı ədəbiyyatşünaslıq və linqvistik araşdırmalarının orijinal nəticələri, bu eposun öyrənilməsinə dair Estoniya və Latviya müəlliflərinin ən mühüm mədəniyyətşünaslıq işlərinin təhlili və qiymətləndirilməsi, habelə adı çəkilən tərcümələrlə əlaqədar Baltik ölkələri ədəbiyyatşünaslarının rəylərinin analitik icmalı daxil edilib. Mahir Həmzəyev vurğulayıb ki, bu monoqrafiyanın əsas məqsədi Azərbaycan folklorunun bu möhtəşəm və qiymətli abidəsi haqqında 1940-cı ildən başlayaraq Baltik ölkələrinin ədəbi və elmi nəşrlərində dərc edilmiş elmi-publisistik materialların toplanması, öyrənilməsi və ümumiləşdirilməsi olub. M.Həmzəyev bildirib ki, monoqrafiyaya nadir biblioqrafik faktlar və bu eposun 1978-2013-cü illərdə eston, latış və Litva dillərinə tərcümələrinin tədqiqi sahəsində kəşflər daxil edilib. Mahir Həmzəyev qeyd edib ki, Azərbaycan xalqının etnik və mədəni irsinin qədim abidəsi olan “Kitabi-Dədə Qorqud” eposunun Baltik xalqlarının dillərində nəşr edilməsi çoxəsrlik Azərbaycan-Baltika mədəni əlaqələri tarixində parlaq beynəlxalq ədəbi-mədəni hadisədir. Monoqrafiyada göstərilən tərcümələr və araşdırmalar, Baltik xalqlarının akademik dairələrinin nümayəndələri tərəfindən bu eposun öyrənilməsi, onun eston, latış və Litva dillərində nəşrləri, habelə bu epos haqqında Baltik ölkələrində nəşr edilmiş əsərlər, heç şübhəsiz, “Kitabi-Dədə Qorqud”un dünya xalqlarının mənəvi dəyərləri xəzinəsinə daxil olmasını əks etdirən zəngin elmi salnamənin orijinal və qiymətli səhifəsidir. Akademik İsa Həbibbəylinin bu kitaba ön söz kimi yazdığı “Qorqud müdrikliyi və müasirlik” adlı məqaləsində qeyd edilir ki, Azərbaycan xalq ədəbiyyatı abidəsi olan “Kitabi-Dədə Qorqud” qəhrəmanlıq eposunun Baltik xalqlarının dillərinə tərcümə edilməsi və həmin ölkələrdə bu eposla bağlı tədqiqatlar mühüm hadisədir. İ.Həbibbəylinin sözlərinə görə, M.Həmzəyev eposun tərcümələrini öyrənir və həmin ölkələrdə aparılmış tədqiqatların mühüm nəticələrini Azərbaycanın geniş ictimaiyyətinə təqdim edir. Bu nəticələr, eyni zamanda, Azərbaycan qorqudşünaslığının qiymətli Baltik səhifələridir.


Kateqoriya : MƏDƏNİ Baxış sayı : 210

QHT və MEDİA

2018-01-14 08:40:12

QHT və MEDİA
“Dağlıq Qarabağ münaqişəsi Avropa İttifa...
“Dağlıq Qarabağ münaqişəsi Avropa İttifa...

“Dağlıq Qarabağ münaqişəsi Avropa İttifaqının diqqətindədir”. Bu barədə Avro...

2018-01-13 09:10:40

QHT və MEDİA
Yeni muzeyin açılış mərasimi keçirilib...
Yeni muzeyin açılış mərasimi keçirilib...

Azərbaycan Tibb Universitetinin İnsan Anatomiyası Kafedrasının müdiri, əməkda...

CƏMİYYƏT

2018-01-12 19:40:25

CƏMİYYƏT
Şəhid Cəlil Fərzəliyevin həyat hekayəti...
Şəhid Cəlil Fərzəliyevin həyat hekayəti...

Azərbaycan tarixi müstəqilliyinə qovuşduqdan sonra şəhid sözü qəhrəmanlıq si...

2018-01-12 09:35:45

CƏMİYYƏT
Əzizağa Qənizadə: Azərbaycan Ordusunun h...
Əzizağa Qənizadə: Azərbaycan Ordusunun h...

Azərbaycan Ordusunun hərb yolu ilə düşmən üzərində tam qələbə əldə etməsi şüb...

İQTİSADİ

2018-01-15 08:50:31

İQTİSADİ
Azərbaycan dünyada ən güclü xalq-iqtidar...
Azərbaycan dünyada ən güclü xalq-iqtidar...

Dünya İqtisadi Forumunun "2017-2018 Qlobal Rəqabətlilik Hesabatı"nın "Siyasət...

2018-01-11 09:35:28

İQTİSADİ
“Azerspace-2” peyki aprel ayında orbitə ...
“Azerspace-2” peyki aprel ayında orbitə ...

“APA-Economics”in məlumatına görə, bunu bu gün Azərbaycan prezidenti İlham Ə...