QHT və MEDİA
A- A A+

"Hədsiz imkanları olan həyat" adlı VII Yaradıcılıq Festivalı

2017-08-26 07:30:22

.

Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində sağlamlıq imkanları məhdud olan gənclərin "Hədsiz imkanları olan həyat" (“Жизнь безграничных возможностей") adlı VII Yaradıcılıq Festivalı keçirilir. Festivalın təşkilatçısı sağlamlıq imkanları məhdud olan tələbələr üçün xüsusi şəraitə malik Moskva Dövlət Humanitar-İqtisad Universitetidir. Festival Rusiya Federasiyasının Təhsil və Elm Nazirliyinin dəstəyi ilə keçirilir. 24 avqust tarixində "Hədsiz imkanları olan həyat" adlı VII Yaradıcılıq Festivalının açılışına həsr olunmuş təntənəli mərasimdə iştirakçıları salamlayan festivalın Təşkilat Komitəsinin sədri və Moskva Dövlət Humanitar-İqtisad Universitetinin rektoru, professor Vaqif Bayramov əsas məqsədin əlilliyi olan istedadlı gəncləri dəstəkləmək, onların yaradıcılığını və sosial adaptasiyasını inkişaf etdirməkdən ibarət olduğunu bildirdi. Festivalda 15-20 yaş arası sağlamlıq imkanları məhdud olan tələbələr, Rusiyada və xarici ölkələrdə fəaliyyət göstərən sağlamlıq imkanları məhdud gənclər təşkilatlarının nümayəndələri iştirak edir. Onlar müxtəlif yaradıcı istiqamətlər üzrə vokal, instrumental, rəqs nümunələri ilə çıxış edəcəklər. Həmin festivalda respublikamızı "Beynəlxalaq Əlillər Cəmiyyəti" İctimai Birliyi təmsil edir. Onlar festivala qarşılıqlı əməkdaşlıq etdiyi Moskva Dövlət Humanitar-İqtisad Universiteti tərəfindən dəvət almışlar. "Beynəlxalq Əlillər Cəmiyyəti" İB-in sədri Tahir Xudiyevin rəhbərliyi ilə festivalda iştirak edən nümayəndə heyətinin tərkibinə rəqqasələr Nərgiz Əliyeva, Nisə Bağırlı, rəssam, 1-ci qrup əlil Cavid Həsənli, müğənni, xoreoqraf Kamil Ağazadə, İB-in hüquqşünası, 2-ci qrup Qarabağ müharibəsi əlili Əli Mahmudov və tərcüməci Sevinc Xudiyeva daxildır. Azərbaycandan bu festivala yeganə olaraq dəvət alan "Beynəlxalq Əlillər Cəmiyyəti"nin Mədəniyyət şöbəsinin üzvləri Nisə Bağırlı və Nərgiz Əliyevanın festivalın açılış mərasimində ifa etdikləri "Qaval rəsi" tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb. Bundan başqa digər çıxışlar da nəzərdə tutulub. Biz də öz növbəmizdə sağlamlıq imkanları məhdud olan gənclərin "Hədsiz imkanları olan həyat" (“Жизнь безграничных возможностей") adlı VII Yaradıcılıq Festivalının iştirakçılarına uğurlar arzulayırıq.


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 289

QHT və MEDİA

2018-04-22 15:40:49

QHT və MEDİA
Müharibə və ixtilaflar girdabında: dünya...
Müharibə və ixtilaflar girdabında: dünya...

Böyük Britaniyada Sergey Skripal ilə bağlı insident isə vəziyyəti bir qədər d...

2018-04-21 21:15:39

QHT və MEDİA
Ermənistanın işğalçılıq siyasətində, abi...
Ermənistanın işğalçılıq siyasətində, abi...

Azərbaycan ərazilərinin işğal edilməsi, tarixinin və mədəniyyətinin mənimsəni...

CƏMİYYƏT

2018-04-21 14:05:40

CƏMİYYƏT
Erməni saxtakarlıqlarının ifşası mövzusu...
Erməni saxtakarlıqlarının ifşası mövzusu...

APA-nın məlumatına görə, konfransda çıxış edən agentliyin sədri Kamran İmanov...

2018-04-20 08:20:56

CƏMİYYƏT
“Ordu üçün bütün işlər görülür, görüləcə...
“Ordu üçün bütün işlər görülür, görüləcə...

“Bu reallıq bir də onu göstərir ki, bizim ordu quruculuğu ilə bağlı apardığı...

İQTİSADİ

2018-04-23 07:25:39

İQTİSADİ
ABŞ-da İpək Yolu ilə bağlı tədbir
ABŞ-da İpək Yolu ilə bağlı tədbir

Konfransa tarixi İpək Yolunda yerləşən region və dövlətlərin rəsmiləri, həmçi...

2018-04-20 07:55:10

İQTİSADİ
“Hərbi əməliyyatlarda həlak olan 8800 nə...
“Hərbi əməliyyatlarda həlak olan 8800 nə...

"APA-Economics" xəbər verir ki, əmək və əhalinin sosial müdafiəsi naziri vəzi...