SİYASƏT
A- A A+

Nazir: “Ermənistan etiraf edirsə, substantiv danışıqlara başlamaq lazımdır”

2017-08-26 07:25:44

Ermənistan ATƏT Minsk qrupunun amerikalı həmsədri Riçard Hoqlandın vurğuladığı prinsipləri qəbul etdiyini etiraf edirsə, onda artıq substantiv danışıqlara başlamaq lazımdır

Bunu Azərbaycanın XİN rəhbəri Elmar Məmmədyarov ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Riçard Hoqlandın son açıqlamasını şərh edərkən deyib. Nazir bildirib ki, ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin dövlət başçılarının Akvil, Muskoka və Los-Kabos bəyanatlarında Helsinki Yekun Aktı əsasında münaqişənin mərhələli həllinin əsas elementləri öz əksini tapıb: “Bu elementlər də yenilənmiş Madrid prinsiplərinin fundamental əsasını təşkil edir. ABŞ-dan olan həmsədr Riçard Hoqland tərəfindən də bu prinsiplər bir daha vurğulandı. Biri digərini tamamlayan bu prinsiplərin ardıcıllığında ilkin addım Azərbaycanın Dağlıq Qarabağ regionu ətrafındakı işğal olunmuş ərazilərindən Ermənistan qoşunlarının çıxarılmasıdır. İşğal faktının aradan qaldırılması ilə məcburi köçkünlərin öz doğma torpaqlarına geri qayıtması və zəruri təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi təmin olunmalıdır. Onu da qeyd etmək lazımdır ki, Ermənistan münaqişə ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələblərini də yerinə yetirmir”. E. Məmmədyarov bildirib ki, Ermənistan tərəfi bu prinsiplərin yeni olmadığını və onları qəbul etdiyini etiraf edirsə, onda artıq təfərrüatları müzakirə etmək üçün substantiv danışıqlara başlamaq lazımdır. Münaqişənin həlli ilə yaranacaq əməkdaşlıq imkanlarından erməni xalqı faydalana biləcək: “Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, həmsədr ölkələrin dövlət başçıları səviyyəsində qəbuledilməz hesab olunan status-kvonun dəyişdirilməsi, münaqişənin tezliklə həlli və regionda davamlı sülhün təmin olunması üçün ciddi danışıqlara hazırdır”.(Azadinform)


Kateqoriya : SİYASƏT Baxış sayı : 699

QHT və MEDİA

2019-09-18 07:35:57

QHT və MEDİA
“Paşinyan Cənubi Qafqazı müharibəyə apar...
“Paşinyan Cənubi Qafqazı müharibəyə apar...

“Nikol Paşinyanın növbəti bəyanatı onu göstərir ki, artıq məsələ aydındır və ...

2019-09-17 08:50:20

QHT və MEDİA
Bilal Dündar: Bakının xilası Türkiyə-Azə...
Bilal Dündar: Bakının xilası Türkiyə-Azə...

Yüz bir il əvvəl Osmanlı dövlətinin özü çətin vəziyyətdə olmasına baxmayaraq,...

CƏMİYYƏT

2019-09-17 08:20:20

CƏMİYYƏT
Türkiyənin Təkaltı dağının zirvəsində Az...
Türkiyənin Təkaltı dağının zirvəsində Az...

Türkiyənin Tuzluca rayonunda yerləşən Təkaltı dağına doğru Azərbaycan-Türkiyə...

2019-09-15 05:55:09

CƏMİYYƏT
“Unudulmayan tarix”i dünyaya xatırladan ...
“Unudulmayan tarix”i dünyaya xatırladan ...

Doğrudur,bir zamanlar bu faciələri xalqımızın qan yaddaşından silməyə çalışa...

İQTİSADİ

2019-09-18 07:25:49

İQTİSADİ
Hikmət Hacıyev: "Azərbaycan türkmən qazı...
Hikmət Hacıyev: "Azərbaycan türkmən qazı...

Türkmən qazının idxalatçıları və ya Aşqabad tərəfindən təşəbbüs olarsa, Azərb...

2019-09-16 09:20:33

İQTİSADİ
“Yeni Əsrin müqaviləsi”nin imzalanmasınd...
“Yeni Əsrin müqaviləsi”nin imzalanmasınd...

Xəzər dənizinin Azərbaycan sektorundakı “Azəri”, “Çıraq” yataqlarının və “Gün...