SİYASƏT
A- A A+

“Ermənistan rəhbərliyi müxtəlif intriqalarla Rusiyaya təzyiq göstərməyə çalışır”

2017-08-24 08:30:54

Ermənistan rəhbərliyi Avropa İttifaqı, NATO, ümumilikdə Qərb koalisiyası ilə yaxınlaşmaq kimi intriqa yolundan istifadə etməklə Rusiyaya təzyiq göstərməyə cəhd edir

Bunu Trend-ə Rusiya Prezidentinin səlahiyyətli nümayəndəsi, Rusiya İctimai Palatasının üzvü, politoloq Sergey Markov deyib. S.Markov qeyd edib ki, Ermənistan rəhbərliyi bu addımı atmaqla bir neçə məsələni həll etməyə çalışır: "Birincisi, Moskvanın Yerevana təzyiq göstərməməsi, Ermənistanı Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ciddi və məzmunlu danışıqlar masasına qayıtmağa məcbur etməməsi üçün Rusiyaya təsir göstərməkdir. Məlumdur ki, Ermənistan rəhbərliyi danışıqların əleyhinə deyil, lakin məzmunlu danışıqların əleyhinədir və danışıqlarda sadəcə danışıqlar xatirinə iştirak etmək istəyir". Politoloqun sözlərinə görə, Rusiyada güman edirlər ki, əgər konstruktiv danışıqlar prosesi davam etməsə, hərbi fəaliyyətin bərpası ehtimalı mövcuddur və mürəkkəb şəraitdə ciddi və məzmunlu danışıqları bərpa etmək doğru olardı. Ekspert bildirib ki, Ermənistan rəhbərliyi Dağlıq Qarabağ münaqişəsi üzrə indiki vəziyyəti yaradır və Yerevan bu münaqişənin həllində irəliləyiş istəmir: "Əksinə, Dağlıq Qarabağ və işğal olunmuş ətraf ərazilər üzərində nəzarəti özündə saxlamaq istəyir". S.Markov hesab edir ki, belə olan halda Ermənistanın gələcəkdə Dağlıq Qarabağ ətrafındakı işğal olunmuş əraziləri Azərbaycan tərəfinə güzəştə getmək şansı qalır: "Avropa İttifaqı, ABŞ, ümumilikdə Qərb koalisiyası ilə yaxınlaşmaq kimi intriqa yolu ilə, həmçinin avqustun əvvəlində Gürcüstanda ABŞ-ın vitse-prezidenti Mayk Pensin himayəsi altında keçirilən NATO-nun "Layiqli tərəfdaş 2017" çoxmillətli təlimlərində iştirak etməklə Ermənistan rəhbərliyi Rusiyaya təzyiq göstərməyə çalışır". Politoloq bildirir ki, ikincisi, Yerevan Aİ və ABŞ-la yaxınlaşmaq hesabına ölkənin iqtisadi vəziyyətini yaxşılaşdırmaq istəyir: "Ermənistan rəhbərliyi çox gözəl başa düşür ki, Qərb, o cümlədən Aİ pulu elə-belə deyil, siyasi əməkdaşlıq üçün verir. Buna görə, Aİ ilə nə qədər siyasi əməkdaşlıq edilsə, bir o qədər çox pul gələr". Ekspertin fikrincə, üçüncüsü, Ermənistan rəhbərliyi nə qədər ki ölkə daxilində qərbyönümlü və antirusiya mövqeyindən çıxış edən ciddi ictimai-siyasi qüvvələr mövcuddur, daxili siyasi vəziyyəti yaxşılaşdırmaq istəyir: "İndi bəyanatlar səsləndirilir ki, Ermənistan Ukraynanın yolu ilə gedir, ölkədə guya "Maydan" hazırlanır. Buna görə də erməni "Maydan"ının yaranmasına yol verməmək, Ermənistanda bir sıra qərbyönümlü qüvvələri sakitləşdirmək, həmçinin ölkədə etirazlara Qərb tərəfindən mümkün dəstəyin qarşısını almaq üçün ölkə rəhbərliyi Aİ ilə yaxınlaşmağa getməyə məcburdur".


Kateqoriya : SİYASƏT Baxış sayı : 907

QHT və MEDİA

2020-06-03 09:15:29

QHT və MEDİA
Şura qrant müsabiqəsi elan edir
Şura qrant müsabiqəsi elan edir

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dö...

2020-06-02 07:55:01

QHT və MEDİA
“La Vanguardia”: Azərbaycan işğal olunmu...
“La Vanguardia”: Azərbaycan işğal olunmu...

İspaniyanın populyar “La Vanguardia” qəzeti Azərbaycanın Müdafiə naziri Zakir...

CƏMİYYƏT

2020-06-03 08:40:48

CƏMİYYƏT
Azərbaycan Ordusu - 102
Azərbaycan Ordusu - 102

“Danışıqlar öz yerində, ancaq indi dünyada siz də yaxşı görürsünüz ki, güc a...

2020-06-01 07:40:01

CƏMİYYƏT
Türkdilli dövlətlər arasında strateji əm...
Türkdilli dövlətlər arasında strateji əm...

“Türkdilli ölkələr arasında çoxtərəfli formatda əlaqələrin qurulmasına ötən ə...

İQTİSADİ

2020-05-29 09:30:52

İQTİSADİ
Azərbaycan postpandemiya dövründə biznes...
Azərbaycan postpandemiya dövründə biznes...

Dünyanın aparıcı şirkətlərinin Azərbaycana marağı artmaqdadır. Hətta pandemiy...

2020-05-15 10:35:56

İQTİSADİ
Azərbaycan Qafqazdan keçən Avrasiya nəql...
Azərbaycan Qafqazdan keçən Avrasiya nəql...

Azərbaycan Qafqaz regionundan keçən Avrasiya nəqliyyat marşrutlarının inkişaf...