2017-08-22 10:15:02 | QHT VƏ MEDİA
Müharibə şəraitində medianın davranışı

Dağlıq Qarabağ münaqişəsinin davam etdiyi bir vaxtda hərbi hərəkətlərlə bağlı informasiyaların yayılmasında medianın həssas davranışı zəruri məsələdir

. Heç şübhəsiz ki, dünyada müharibə şəraitində medianın davranışı və müxtəlif ərazilərdə gedən döyüşlər, münaqişə ocaqları haqqında verilən informasiyaların düzgün idarəolunması ilə bağlı beynəlxalq aləmdə yetərincə təcrübə var. Belə məsələlərin tənzimlənməsi hüquqda əks olunub. Hərbi təcavüzlə üzləşən ölkə təbii ki, həmin hüquqa istinad etməlidir.

Hazırda dünyanın heç bir regionunu müharibəsiz, münaqişəsiz, hətta terrorsuz təəssəvür etmək çətindi. Heç şübhəsiz ki, ötən əsrin 90-cı illərində soyuq müharibə başa çatsa da, bu gün bir çox bölgələrdə supergüclərin yaratdığı etnik münaqişələr davam etməkdədir. Belə konfliktlərdən biri, daha uzun çəkəni erməni terroru nəticəsində yaradılan Dağlıq Qarabağ münaqişəsidir. 30 ilə yaxın davam edən bu münaqişə təbii ki, hər zaman medianın gündəmini zəbt edib. Müşahidələr göstərir ki, hərbi əməliyyatlar zamanı və bu sahədə informasiyaların çatdırılmasında bizim mediamızda ciddi problemlər var. Əslində hərbi əməliyyatlar zamanı medianın peşəkar davranışı həm Ordumuz üçün, həm də cəmiyyət üçün zəruridir.

Təəssüf ki, qeyri peşəkarlıqdan qaynaqlanan bəzi internet saytlarının və sosial şəbəkə iştirakçılarının fəaliyyəti düşmən tərəfi üçün yaxşı informasiya mənbəyinə çevrilir. Diqqət yetirəndə görərik ki, belə resursların fəaliyyəti bir çox hallarda qeyri peşəkarlıqdan irəli gəlir. İstisna olunmur ki, düşmən təxribatına dəstək verən media resusrları da yox deyil. Ümumiyyətlə, müharibə şəraitində media necə fəaliyyət göstərməlidir, bu sahədə dünyada hansı hüquqi təcrübələr var və belə şəraitdə medianın fəaliyyəti necə mədudlaşdırıla bilər? Bu məqamlara qısaca nəzər salaq.

İfadə azadlığı nadir hallarda məhdudlaşdırıla bilər. Məhdudlaşdırılma zamanı heç bir halda ifadə azadlığının məzmununa toxunulmamalıdır. Məhdudlaşdırma ilə bağlı Avropa Konvensiyasının 17-ci maddəsində deyilir: “Bu Konvensiya heç də hər hansı dövlətin, qrupun və şəxsin burada təsbit olunan hüquq və azadlıqlarınının ləğvi konvensiyada nəzərdə tutulanlardan artıq məhdudlaşdırıla bilməz”. Avropa Konvensiyasının 10-cu maddəsinin 2-ci bəndində ifadə azadlığının məhdudlaşdırılmasına yol verilən hallar qeyd olunur: Milli təhlükəsizlik, ərazi bütövlüyü və ictimai asayişin təmin edilməsi, iğtişaşın və cinayətin qarşısının alınması və digər hallarda məhdudiyyətlər nəzərdə tutulur.

Həmin beynəlxalq sənədlərə istinad olunub hazırlanan və qəbul edilən Azərbaycan Konstitusiyasının 3.6-cı maddəsinə əsasən söz və mətbuat azadlığı dövlət təhlükəsizliyi mənafeləri, sağlamlığın, vətəndaşların azadlıqlarının qorunması, cinayətin qarşısının alınması, dövlətin ərazi bütövlüyünün təmin edilməsi və digər hallarda məhdudlaşdırmalar nəzərdə tutulur. Erməni təcavüzü ilə üzləşən Azərbaycanda beynəlxalq hüquqa istinad edilərək müharibə şəraitində medianın fəaliyyəti ilə bağlı məhdudlaşdırmaların tətbiqi məntiqlidir.

Dünyada müharibə aparan və yaxud təcavüzlə üzləşən ölkələrdə belə təcrübə mövcuddur. ABŞ-ın İraqa müdaxiləsi zamanı demokratiyanın beşiyi sayılan Amerikada KİV-in fəaliyyəti ilə bağlı ciddi məhdudlaşmalar tətbiq olundu. Onu da qeyd edək ki, dünyanın bir çox ölkələrində məhdudlaşdırma halları baş vermişdir. Unutmaq olmaz ki, hər hansı mədudlaşdırma jurnalisti informasiya təcridinə məruz qoymamalıdır. Təbii ki, Azərbaycan da terrordan əziyyət çəkən ölkədir. Belə məqamda bu sahə ilə bağlı hüququ bazanın təkmilləşməsinə və həmçinin müharibə jurnalistikasının ixtisaslaşmasına zərurət var. Əgər hərbi jurnalistikanın fəaliyyəti mövcud hüquq və reallığı nəzərə alaraq tənzimlənməsə o zaman milli təhlükəsizlik üçün potensial təhdidlər davam edəcək.

Biz Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının vəsaiti ilə Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin layihəsi çərçivəsində müharibə şəraitində medianın davranışı mövzusunda 500 nəfər qht-media və ictimaiyyət nümayəndələri arasında 3 ay müddətində sorğu-araşdırma aparmışdıq. Səmimi etiraf etmək lazımdır ki, fikrini öyrəndiyimiz şəxslərin böyük əksəriyyəti hərbi jurnalistikanın ixtisaslaşmasını, bu sahədə peşəkarlığın artırılmasını, müxtəlif qanunlarda məhdudiyyətlərin tətbiqinin zəruri olduğunu açıqlayıblar. Apardığımız araşdırmaların nəticəsini nəzərə alaraq, hazırkı məqamda medianın davranışı ilə bağlı bəzi tövsiyə xarakterli təklifləri diqqətə çatdırmaq istərdik.

Müasir hərbi əməliyyatların və onun mediada işıqlanması zamanı beynəlxalq metodologiyaların öyrənilməsi və tətbiqi genişlənməlidir; Jurnalist cəbhə qanunlarını bilməlidir. Əgər bilmirsə QHT-lərin Müdafiə Nazirliyi ilə birlikdə təşkil edəcəyi maarifləndirici təlimlərdə aktiv iştirak etməlidir;

Müharibə şəraitində media cəmiyyətə təqdim edəcəyi informasiyalarla Silahlı Qüvvələrin şəxsi heyətinin mənəvi hazırlığına, həm də müharibə şəraitində əhalinin milli ruhunun yüksəldilməsinə xidmət etməlidir;

Döyüş zamanı jurnalistlərin baş verən toqquşmalar haqqında bəzən səhv informasiya verməsinin qarşısını almaq üçün güc nazirliklərinin mətbuat xidmətlərinin fəaliyyətinin daha da təkmilləşməsinə, informasiya təminatının daha operativ və dəqiq şəkildə həyata keçirilməsinə zərurət var;

Azərbaycan mediasının ekstremal şəraitdə davranışını tənzimləmək məqsədilə hərbdən yazan jurnalistlər üçün maarifləndirici vəsaitlərin, kitabların çapı həyata keçirilməlidir;

Jurnalistika ixtisaslaşmalıdır, yəni hərbdən yazan jurnalistlərin peşəkar səviyyədə formalaşması üçün kompleks tədbirlərin və QHT layihələrinin icrasına ehtiyac var;

Müharibə şəraitində media ilə bərabər sosial şəbəkələrdə vətənpərvərlik ruhunu qaldırmaq üçün bu sahədə fəaliyyətlə məşğul olan ictimai qurumların koordinasiyasının təşkili aktuallıq kəsb edir;

Müharibə ilə bağlı dəqiq olmayan informasiyaların qarşısını almaq üçün mütəmadi monitorinqlərin keçirilməsi zəruridir;

Heç şübhəsiz ki, hərbdən yazan jurnalist ən azından elementar səviyyədə hərbi biliklərə sahib olmalı və ekstremal şəraitdə necə davranmağı bilməlidir; Həmçinin media baş verən döyüşlər zamanı ümumilikdə cəmiyyəti, əsgər valideynlərini, ordunun döyüşkən ruhunu nəzərə almalıdır;

Jurnalist hərbi sirr olduğu ehtimal edilən informasiyanı yaymamışdan qabaq həmin xəbərin törədə biləcəyi fəsadlar barədə düşünməlidir; Əkrəm Bəydəmirli

Baxış sayı : 2723
ADA Universiteti Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə repatriasiyanın proqnozlaşdırılması və səmərəli təşkili mövzusunda sosioloji tədqiqat layihəsini həyata keçirəcək 2021-01-23 10:20:38 Azərbaycanın enerji strategiyası uzaqgörənlik, effektiv qərar qəbuletmə və koordinasiyalı fəaliyyət planı üzrə uğurla icra olunur 2021-01-23 10:05:42 Bazar iqtisadiyyatı şəraitində biznesin borc təcrübəsi 2021-01-23 09:55:17 "Böyük Qayıdış” qısametrajlı bədii və animasiya film layihələri müsabiqəsi elan edildi 2021-01-22 16:35:09 Avropa azərbaycanlıları 20 Yanvar faciəsini törədən SSRİ rəhbərliyinin cəzalandırılmasını tələb edir 2021-01-22 11:50:22 Ermənilərin ən böyük problemi öz uydurduqları yalanlara özlərinin inanmalarıdır 2021-01-22 10:35:09 Haaqada “20 Yanvar uşaqların gözü ilə” adlı virtual sərgi 2021-01-22 09:40:15 Prezident İlham Əliyev: Xəzəryanı ölkələrin əməkdaşlığı çox dinamik, qarşılıqlı anlaşma ruhunda inkişaf edir 2021-01-22 09:15:12 Türkmənistan Prezidenti: Xəzərdə birgə uğurlu fəaliyyətin əsas rəhni türkmən və Azərbaycan xalqlarının möhkəm qardaşlıq telləridir 2021-01-22 09:05:54 Professor Surxay Musayev: “Vətən müharibəsi və COVİD- 19 pandemiyası zamanı bütün tibbi heyət üzərinə düşən vəzifəni ləyaqətlə yerinə yetirdi” 2021-01-21 14:15:02 Azərbaycan Prezidenti İlham Əliyevlə Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov arasında videokonfrans formatında görüş keçirilib 2021-01-21 13:40:37 Şuşada “Xarı bülbül” festivalı və Vaqif poeziya günlərinin keçirilməsi ilə bağlı işlərə başlanıb 2021-01-21 12:55:15 Türkiyə Milli Müdafiə Nazirliyi: 20 Yanvar - Unutmadıq, unutmayacağıq! 2021-01-21 12:40:40 Könül Nurullayeva: “İşğaldan azad edilmiş torpaqların inkişaf modeli nümunəvi xarakter daşıyacaq” 2021-01-21 11:50:58 Türk şirkətləri azad edilmiş ərazilərdə tekstil sahəsinə 50 milyon dollar yatırım edəcək 2021-01-21 11:40:09 “20 yanvar qəhrəmanlıq tarixindən Qarabağ zəfərinə” 2021-01-20 17:50:20 20 Yanvar faciəsinin ildönümü Şuşada qeyd olunub 2021-01-20 19:05:56 Prezident və birinci xanım Şəhidlər xiyabanını ziyarət etdilər 2021-01-20 12:45:16 Arye Qut: Azərbaycan postsovet məkanında öz ərazi bütövlüyünü bərpa etməyə nail olmuş yeganə ölkədir 2021-01-20 10:20:14 Tariximizin şanlı qəhrəmanlıq səhifəsi 2021-01-20 09:50:06 Zəfər savaşından bütün şəhidlərimizi yeni ruh və qürur hissi ilə anırıq, bütün şəhidlərimizin ruhu şaddır - Hikmət Hacıyev 2021-01-20 09:05:38 Prezidentin "Facebook" səhifəsində 20 Yanvar faciəsi ilə bağlı paylaşım edildi 2021-01-20 09:00:31 Azad edilmiş ərazilərdə Prezidentin xüsusi nümayəndəlikləri təsis edilir - Fərman 2021-01-20 07:55:54 Şuşaya çəkilən “Zəfər yolu” sentyabr ayınadək istifadəyə veriləcək 2021-01-19 16:55:50