MÜSAHİBƏ
A- A A+

Rosen Plevneliev: Gələcəyimizin daha yaxşı qurulması üçün gənclərin bir araya gəlmələri çox önəmlidir

2017-08-22 08:00:58

.

Ümumiyyətlə, Qlobal Bakı Forumu özünü uğurla doğruldub. İndiyə qədər Bakıda Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə beş Qlobal Forum keçirilib. Dünyanın müxtəlif ölkələrindən siyasi liderlər, mədəniyyət adamları, ictimai xadimlər bu forumlarda planetimizin gələcəyi üçün vacib olan məsələləri müzakirə edir, önəmli qərarlar qəbul edirlər. İndi isə Bakıda Qlobal Gənc Liderlər Forumu keçirilir. İlk dəfə keçirilən bu forum çox önəmli tədbirdir. Bu fikirləri AZƏRTAC-a müsahibəsində Qlobal Gənc Liderlər Forumunda iştirak edən Bolqarıstanın sabiq Prezidenti Rosen Plevneliev deyib. Sabiq Prezident qeyd edib ki, Qlobal Gənc Liderlər Forumu gələcək həyatımız baxımından mühüm tədbirdir. Bu Forum dünyanın müxtəlif yerlərindən gəncləri bir məkanda toplayır. Gələcəyimizin daha yaxşı qurulması, planetimizin gələcək həyatına kömək üçün bundan yaxşı yol yoxdur. Gənclər həm fəaldırlar, həm də onların öz mövqeyi var. Ümumi fikrə gəlmək üçün debatları gənclərsiz təsəvvür etmək mümkün deyil. Bu baxımdan dünyanın müxtəlif ölkələrindən gənclərin Bakıya gələrək bu Forumda iştirakı çox önəmlidir. Onlar həm fikir mübadiləsi aparacaq, həm də gələcək fəaliyyət istiqamətlərini müəyyənləşdirəcəklər. Qlobal Gənc Liderlər Forumunda iştirak edən dünyanın nüfuzlu insanları, sabiq dövlət və hökumət başçıları çox müdrik insanlardır. Gənclərin və bu təcrübəli şəxslərin birgə müzakirə aparmaları çox əhəmiyyətlidir.


Kateqoriya : MÜSAHİBƏ Baxış sayı : 246

QHT və MEDİA

2018-02-23 10:00:44

QHT və MEDİA
Xarici mediada Xocalı soyqırımına dair ...
Xarici mediada Xocalı soyqırımına dair ...

Ukraynanın “Vechirniykiev” portalında AZƏRTAC-ın Ukrayna, Belarus, Moldova üz...

2018-02-22 17:10:35

QHT və MEDİA
Regionlarda gənclərin bilik və bacarıqla...
Regionlarda gənclərin bilik və bacarıqla...

“Tərəqqi” Sosial Tədqiqatlar İctimai Birliyi və Mərhəmət Kimsəsizlərə Yardım ...

CƏMİYYƏT

2018-02-23 13:25:31

CƏMİYYƏT
Sumqayıt hadisələri-məkrli planlar
Sumqayıt hadisələri-məkrli planlar

Hər il fevralın 27-28-də Sumqayıt hadisələri haqqında media yazır, müzakirəl...

2018-02-22 17:20:31

CƏMİYYƏT
“Xocalı şahidləri danışır” kitabının təq...
“Xocalı şahidləri danışır” kitabının təq...

Fevralın 22-də Beynəlxalq Mətbuat Mərkəzində “Xocalı şahidləri danışır” kitab...

İQTİSADİ

2018-02-22 10:10:43

İQTİSADİ
Bakı-Tbilisi-Qars dəmir yolu ilə sərnişi...
Bakı-Tbilisi-Qars dəmir yolu ilə sərnişi...

Bakı-Tbilisi-Qars dəmir yolu ilə sərnişin daşınması yəqin ki, bu ilin sonunad...

2018-02-20 08:10:24

İQTİSADİ
Bakıda "IT və IT Təhlükəsizlik üzrə konf...
Bakıda "IT və IT Təhlükəsizlik üzrə konf...

AZƏRTAC Azərbaycan Banklar Assosiasiyasına (ABA) istinadla xəbər verir ki, "A...