CƏMİYYƏT
A- A A+

“Vətən dahiləri” kitabı

2017-08-21 08:25:28

Tanınmış yazıçı, şair, dramaturq və kinorejissor Əmir Pəhləvanın yeni kitabı “Vətən dahiləri” adlanır

400 səhifəlik kitaba “Ön söz”ü Xalq Şairi Sabir Rüstəmxanlı yazıb. Kitabda müxtəlif dövrlərdə yaşamış elm-sənət adamlarının, əfsanəvi və tarixi qəhrəmanların, tanınmış şəxsiyyətlərin həyat və yaradıcılıqları araşdırılıb və onların hər birinə şeirlər həsr olunub. Əmir Pəhləvan belə bir böyük işin öhdəsindən məharətlə gəlib. Mahiyyət etibarilə poetik publisistik ensiklopediya məzmunu daşıyan əsər Dədə Qorqudla başlayıb, çağdaş şəxsiyyətlərlə qurtarır. Şeirlərin əksəriyyəti həsr olunduğu şəxsin kimliyinin və xidmətlərinin daha aydın və əhatəli dərk olunmasına yardım məqsədi daşıyır. Əmir Pəhləvanın müəllifi olduğu “Vətən dahiləri" kitabı tək Azərbaycanı deyil, həmçinin bütün Avrasiya coğrafiyasını əhatə etdiyindən bu gün üçün daha da aktualdır. Əlbəttə, bu insanların böyük əksəriyyəti həm Azərbaycan, həm də türk-slavyan dünyası ilə bağlıdırlar. Kitabda dahi rus mütəfəkkiri Lev Qmulyovun anası Anna Axmatovaya xüsusi yer ayrılması və ona ithaf edilən şeir olduqca dəyərlidir və mühüm əhəmiyyət daşıyır. Yaxud da rus şərqşünaslıq elminin banilərindən biri Mirzə Kazım Bəyə ithaf edilən şeir bu və ya digər formada avrasiyaçılıq baxımından xüsusi əhəmiyyətə malikdir. O cümlədən Nəsrəddin Tusi, Əmir Teymur, Nəimi, Nəsimi, Məhəmməd Füzuli, Mirzə Fətəli Axundov, Məmməd Araz və başqa şəxsiyyətlərin Avrasiya coğrafiyasında böyük təsirə malik söz sahibləri kimi Azərbaycan oxucularına geniş məlumatlar verilir. Kitabı Azərbaycan tarixi, ədəbiyyatı və mədəniyyətinə yeni bir töhfə hesab etmək olar.(Azərtac)


Kateqoriya : CƏMİYYƏT Baxış sayı : 297

QHT və MEDİA

2018-07-18 08:25:25

QHT və MEDİA
İtaliya mətbuatı Ermənistanın həmvətənlə...
İtaliya mətbuatı Ermənistanın həmvətənlə...

Soydaşlarımız Dilqəm Əsgərovun və Şahbaz Quliyevin Ermənistan silahlı qüvvələ...

2018-07-17 09:25:06

QHT və MEDİA
Fransanın “Lettre Diplomatique” jurnalın...
Fransanın “Lettre Diplomatique” jurnalın...

Fransanın “Lettre Diplomatique” jurnalının növbəti nömrəsi Azərbaycana həsr o...

CƏMİYYƏT

2018-07-18 21:15:54

CƏMİYYƏT
Yüz yaşlı güvənc və iftixar mənbəyimiz...
Yüz yaşlı güvənc və iftixar mənbəyimiz...

Tariximizin ən şanlı və parlaq səhifələrindən olan Azərbaycan Xalq Cümhuriyyə...

2018-07-16 09:25:44

CƏMİYYƏT
Azərbaycanın multikulturalizm siyasəti ö...
Azərbaycanın multikulturalizm siyasəti ö...

Fact-info.az-ın məlumatına görə, bu barədə Azərbaycan Respublikası Prezident...

İQTİSADİ

2018-07-18 07:05:04

İQTİSADİ
“Yanar dağ” dövlət tarix-mədəniyyət və t...
“Yanar dağ” dövlət tarix-mədəniyyət və t...

Sərəncama görə, “Yanar dağ” dövlət tarix-mədəniyyət və təbiət qoruğunun müasi...

2018-07-13 10:25:36

İQTİSADİ
Zurab Pololikaşvili: Azərbaycanda turizm...
Zurab Pololikaşvili: Azərbaycanda turizm...

Görüşdə son illər Azərbaycanda turizm sektorunda reallaşdırılmış tədbirlərin ...