SOSİAL
A- A A+

Erməni vəkil: “Zabitlərin çoxu Ermənistanı tərk etmək niyyətindədirlər”

2017-08-19 13:25:37

.

“Bu gün zabitlərin əksəriyyəti Ermənistanı tərk etmək niyyətindədirlər”. “Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu zabitlərin hüquqlarını müdafiə edən vəkil Norayr Norikyan bildirib. “Bu bizim ümumi bəlamızdır və ordunun problemidir. Ermənistan ordusunun zabiti öz ailəsini saxlamaq iqtidarında deyil və bu səbəbdən xaricə getmək üçün çıxış yolları axtarır. Bu yalnız Müdafiə Nazirliyinin deyil, dövlətin strateji problemidir. Dövlət bu sahədə əsaslı dəyişikliklər etməyə borcludur. Elə şərait yaradılmalıdır ki, erməni ordusunun zabiti özbaşına xidməti tərk etməsin. Müdafiə Nazirliyi bu yolla ordudan axının qarşısını almağa çalışsa da, ancaq bu, mümkün deyil”, - vəkil vurğulayıb. N.Norikyan xatırladıb ki, Ermənistan müdafiə nazirinin cari il iyunun 20-də verdiyi əmrdən sonra 17 zabit məhkəmələrə hüquqlarının bərpa edilməsi tələbi ilə müraciət edib: “Yeni əmrdə zabitlərlə bağlanmış müqavilənin yeni dəyişdirilmiş variantı təklif olunub. Əmrə əsasən, hərbi təhsil müəssisəsini bitirmiş zabit 10 il başa çatmamış xidmətdən imtina edərsə, hər il üçün hazırda mövcud 250 min dram (880 AZN) əvəzinə, dövlətə 1 milyon dram (3525 AZN) ödəməlidir. Bir çox zabit yeni müqaviləni imzalamaqdan imtina ediblər”.


Kateqoriya : SOSİAL Baxış sayı : 291

QHT və MEDİA

2018-05-25 09:25:44

QHT və MEDİA
Heydər Əliyev Fondunun təşkilatçılığı il...
Heydər Əliyev Fondunun təşkilatçılığı il...

Tədbir iştirakçıları əvvəlcə Azərbaycan Xalq Cümhuriyyətinin tarixinə həsr ed...

2018-05-23 19:40:58

QHT və MEDİA
Şura Azərbaycan Xalq Cümhuriyyətinin yar...
Şura Azərbaycan Xalq Cümhuriyyətinin yar...

Şura sədri, Milli Məclisin deputatı Azay Quliyev bildirib ki, 1918-ci ildə Az...

CƏMİYYƏT

2018-05-24 09:40:56

CƏMİYYƏT
Türkiyə parlamentinin spikeri: "Qarabağ ...
Türkiyə parlamentinin spikeri: "Qarabağ ...

Azadinform-un "Anadolu" agentlyinə istinadən məlumatına görə, TBMM sədri F. M...

2018-05-22 09:25:48

CƏMİYYƏT
Azərbaycanın ABŞ-dakı diaspor təşkilatla...
Azərbaycanın ABŞ-dakı diaspor təşkilatla...

Azərbaycan-Amerika Mədəniyyət Assosiasiyasının və Nyu-Yorkda yaşayan Azərbayc...

İQTİSADİ

2018-05-23 06:35:13

İQTİSADİ
"Azərbaycanın borc dayanlıqlılığı istiqa...
"Azərbaycanın borc dayanlıqlılığı istiqa...

"APA-Economics"in məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, səna...

2018-05-17 08:45:07

İQTİSADİ
Bakı-Tbilisi-Ərzurum kəməri ilə 2,39 mlr...
Bakı-Tbilisi-Ərzurum kəməri ilə 2,39 mlr...

Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, magistral qaz kəm...