SOSİAL
A- A A+

Ermənistandakı ermənilərin sayı yarıbayarı azala bilər

2017-08-17 09:50:14

.

XXI əsrin sonuna qədər Ermənistandakı ermənilərin yarıbayarı azalacağı təsbit edilib; Düşmən ölkənin ekspertləri həyəcan təbili çalırlar

Ermənistan Milli Statistika Xidməti bu yaxınlarda ölkəni tərk edən vətəndaşların və ümumiyyətlə əhalinin sayı ilə bağlı yeni məlumatlar açıqlayıb.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, Statistika xidmətinin bu ilin iyulun 1-nə qədər olan məlumatına əsasən Ermənistan əhalisinin sayı 2 979 900 nəfər təşkil edir. Hesabata görə, yanvarın 1-dən etibarən ölkə əhalisi 6,2 min nəfər (0,21%) azalıb. Onlardan 3,4 mini şəhər insanlarıdır.

Rəsmi qurumun özünün etirafı ilə ölkə əhalisinin sayında 10 ildir, sabit şəkildə davam edən azalma var. Son on ildə 243,8 min nəfər (7,57%) ölkəni bu və ya digər səbəblərdən tərk edib. Onlardan 168 mini şəhərlilərdir.

Ölkə ekspertləri isə əhalinin ilbəil azalma tendensiyasının milli təhlükəsizlik baxımından qorxulu hal aldığını söyləyirlər.

Məsələ ilə bağlı Ermənistan Milli Assambleyasında hökumətin ünvanına, özü də iqtidar partiyasından ciddi tənqidlər səslənməyə başlanıb. Ermənistan parlamentinin deputatları Samvel Fərmanyan və Miqran Akobyan demoqrafik vəziyyətin pisləşməyə doğru getməsi ilə əlaqədar payızda çoxpartiyalı qrupun yaradılması təşəbbüsünü irəli sürəcəklərini bəyan ediblər.

Ermənistanın Qafqaz İnstituunun elmi əməkdaşı Hrant Mikaelyan statistika idarəsinin hələ rəqəmləri qəsdən kiçildtiyini bildirir. Onun fikrincə ölkəni tərk edənlərlə daxil olanlar arasında azı 2 dəfə neqativ fərq mövcuddur.

Mikaelyan azalma prosesinin xüsusilə 2016-cı ildə sürətləndiyini bildirir. Bunun əsas səbəblərinin sırasında iqtisadi inkişafın olduqca aşağı səviyyəyə enməsi ilə bərabər həmin ilin aprel ayında Dağlıq Qarabağda münaqişənin şiddətlənməsi, həmçinin daxili siyasətdə baş verən siyasi təlatümlər və nəhayət ölkədə məhsuldarlığın düşməsini qeyd edir.

“Bütün bunlar emiqrasiyanın artmasına vəsilə yaradıb. Hərbi əməliyyatlar və siyasi problemlər insanların getmək haqqında qərarına ciddi təsir göstərib. Eyni zamanda 2017-ci ildə insanların öz vətənlərnə geri dönməsində xeyli azalma müşahidə edilib”, – erməni ekspert söyləyir.

Politoloqun fikrincə, uzunmüddətli perpektivdə əhalinin sayının azalması ölkənin müdafiə qabiliyyətinin aşağı düşməsi, istehlak bazarının daha da daralması ilə sıx bağlı olacaq.

Ermənistanın miqrasiya məsələləri ilə bağlı digər eksperti Armen Kazaryan isə prosesin uzunmüddətli perspektiv baxımından ölkənin milli təhlükəsizliyinə təhdid törətdiyini bildirir.

Onun rəyinə görə, bir sıra geopolitik faktorlar və bölgədəki münaqişələr səbəbindən Ermənistan özünün azsaylı əhalisinə rəğmən böyük ordu saxlamağa məcburdur. Əhalinin sayının azalması isə ölkənin silahlı qüvvələrinin insan ehtiyatları ilə təminatına daha çox çətinlik yaradır.

“Bizim hökumətin guya miqrasiyanı önləməklə bağlı konsepsiyası mövcuddur. Lakin indi bu problemə təhlükəsizliyə yönəlik təhdid kimi baxılmalıdır. Buna görə də 2007-ci ildə qəbul edilən milli təhlükəsizlik doktrinasında dəyişikliklər etməyin vaxtıdır”, – Kazaryan vurğulayıb.

Əslində Kazaryanın dediklərini beynəlxalq təşklatlar və qurumlar da təsdiqləyir. BMT-nin İqtisadi və sosil məsələlər üzrə departamentinin iyunun 21-də yaydığı məruzədə Ermənistanın əhalisinin azalma prosesinin XXI əsr boyu davam edəcəyi göstərilib. Proqnozlara əsasən 2017-ci ildə Ermənistanın 2,93 mlyonluq əhalisi 2030-cu ildə 2,91 milyona, 2050-ci ildə 2,7 milyona, 2100-cü ildə isə 1,8 milyona enəcək.

Etnoqraf Hranuş Xaratyan isə prezident Serj Sarkisyanın ölkə əhalisinin 2040-cı ilə qədər 4 milyon nəfərə çatdırılması ilə bağlı bəyanatını gülünc hesab edib: “Miqrasiyanın azalmasının iqtisadi səbəblərini dərindən analiz etmək lazımdır. Ermənistanda həyat uğrunda mübarizə və insanların acgözlüyü sayəsində torpaqların səhralaşması prosesi gedir. Ölkənin meyvə-tərəvəz təsərrüfatının cəmləşdiyi Ararat (Ağrı) vadisində əkilən torpaq sahələri ilbəil azalır. Kənd əhalisinə yardım göstərə biləcək sosial proramlar yoxdur. Bundan başqa torpaqların səhralaşması prosesinin qarşısının alınması üçün heç bir tədbir görülmür”.

 

 

 


Kateqoriya : SOSİAL Baxış sayı : 172

QHT və MEDİA

2017-11-22 20:15:10

QHT və MEDİA
Azay Quliyev: QHT-lərə lazımı qədər mali...
Azay Quliyev: QHT-lərə lazımı qədər mali...

O, dövlət büdcəsindn QHT-lərin inkişafı və maliyyələşdirilməsi üçün ayrılan ...

2017-11-22 08:20:55

QHT və MEDİA
Ermənistanın faşizmi dövlət siyasəti seç...
Ermənistanın faşizmi dövlət siyasəti seç...

Hətta nasistlərin simvolu işğalçı ölkənin hakim partiyasının rəmzidir. Ermən...

CƏMİYYƏT

2017-11-23 08:45:29

CƏMİYYƏT
Mühafizə olunan “Tarix Muzeyi kolleksiya...
Mühafizə olunan “Tarix Muzeyi kolleksiya...

MEK-in Komplektləşdirmə bölməsinin əməkdaşları Mehri Həsənli və Şəlalə Eyvaz...

2017-11-20 08:40:24

CƏMİYYƏT
NTV televiziya kanalı: Azərbaycan türk d...
NTV televiziya kanalı: Azərbaycan türk d...

Türkiyənin nüfuzlu NTV televiziya kanalında Azərbaycan tarixi ilə bağlı “Odla...

İQTİSADİ

2017-11-23 08:50:53

İQTİSADİ
“Hər il Qarabağ əlilləri və şəhid ailələ...
“Hər il Qarabağ əlilləri və şəhid ailələ...

“APA-Economics”in məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naz...

2017-11-20 08:45:14

İQTİSADİ
Əcnəbi media Azərbaycanın qeyri-neft sek...
Əcnəbi media Azərbaycanın qeyri-neft sek...

Azərbaycanın qeyri-neft sənayesi 2018-2021-ci illər ərzində hər il 7,3 faiz a...