QHT və MEDİA
A- A A+

Rusiyanın tanınmış azərbaycanlı vəkili ilə görüş keçirilib

2017-08-17 09:20:37

.

Azərbaycan Vətən Müharibəsi Veteranlar Birliyinin Səbail rayon təşkilatında Rusiyanın ən məhşur vəkillərindən biri, həmyerlimiz Elman Paşayevlə görüş keçirilib.

Görüş Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinin təşəbbüsü, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilib.

Görüşdə tanınmış vəkilin fəaliyyəti, uğurları və Azərbaycan həqiqətlərinin beynəlxalq aləmə çatdırılması istiqamətində görə biləcəyi işlər barədə danışılıb.

Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli diqqətə çatdırıb ki, son illərdə Moskvada baş tutmuş və hüquqları müdafiə olunan tərəfin qələbəsilə başa çatmış əksər məhkəmə proseslərinin altında məhz həmyerlimiz Elman Paşayevin imzası durur.

E.Həsənli qeyd edib ki, E.Paşayev Azərbaycanın haqq səsinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində xeyli işlər görüb.

Daha sonra E.Paşayev təhsili və fəaliyyəti haqqında məlumat verib. O qeyd edib ki, Moskva Hüquq İnstitutunu və Moskva Dövlət Hüquq Akademiyasını bitirib və 2004-cü ildən hüquqi fəaliyyətə başlayıb. E.Paşayev ABŞ və digər ölkələrdə ixtisas artırma kurslarında təhsil alıb.

 

 

 

 


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 287

QHT və MEDİA

2018-07-15 11:40:29

QHT və MEDİA
“Səhra həkimləri” sənədli filminin təqdi...
“Səhra həkimləri” sənədli filminin təqdi...

Bugünki vəziyyətdə Azərbaycanın ərazi bütövlüyünün bərpası güclü vətəndaşlı...

2018-07-13 17:10:51

QHT və MEDİA
Cənub bölgəsində Prezidentin Fərmanına i...
Cənub bölgəsində Prezidentin Fərmanına i...

11 iyul 2018-ci il tarixində, Azərbaycan Respublikasının Prezidenti yanında ...

CƏMİYYƏT

2018-07-14 09:05:08

CƏMİYYƏT
YAP Pirallahı rayon təşkilatının sədri H...
YAP Pirallahı rayon təşkilatının sədri H...

Ümummilli lider Heydər Əliyevin 1969-cu il iyulun 14-də Azərbaycan rəhbərl...

2018-07-13 14:30:58

CƏMİYYƏT
Rufiz Qonaqov: NATO Sammitinin yekun sən...
Rufiz Qonaqov: NATO Sammitinin yekun sən...

Azərbaycan Prezidenti İlham Əliyevin Brüsselə səfəri, keçirdiyi görüşlər, imz...

İQTİSADİ

2018-07-13 10:25:36

İQTİSADİ
Zurab Pololikaşvili: Azərbaycanda turizm...
Zurab Pololikaşvili: Azərbaycanda turizm...

Görüşdə son illər Azərbaycanda turizm sektorunda reallaşdırılmış tədbirlərin ...

2018-07-10 08:05:18

İQTİSADİ
Yüksək bal toplayanlara UNEC-də ikinci i...
Yüksək bal toplayanlara UNEC-də ikinci i...

2018/2019-cu tədris ilindən UNEC-ə 700 bal toplayaraq qəbul olan tələbələr pr...