SOSİAL
A- A A+

BMT-nin sabiq baş katibi: Azərbaycanın dünyada sülhün bərqərar olmasına verdiyi töhfələr təqdirəlayiqdir

2017-08-16 09:35:38

.

Milli Məclis sədrinin müavini, təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov Birləşmiş Millətlər Təşkilatının sabiq baş katibi Pan Gi Mun və Koreya Respublikası Milli Assambleyasının bir qrup deputatından ibarət nümayəndə heyəti ilə görüşüb. Vitse-spiker Valeh Ələsgərov səfərin uğurlu keçəcəyinə və qarşıya qoyulan məqsədə nail olacaqlarına əminliyini bildirdi.

BMT-nin sabiq baş katibi Pan Gi Mun Bakıda keçirilən 41-ci Dünya Skaut Konfransında iştirak edən Koreya nümayəndə heyətinə başçılıq etdiyini söylədi. Diqqətə çatdırıldı ki, 2020-ci ildə Koreyada Skaut Hərəkatının başlamasının 100 illiyi qeyd olunacaq. Qonaq 2022-ci ildə Skaut Konfransının Koreyada keçirilməsi üçün Azərbaycanın dəstəyinə inamını ifadə etdi.

Pan Gi Mun bildirdi ki, bu il Azərbaycanla Koreya arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyi qeyd olunur, bununla bağlı müxtəlif tədbirlər keçirilir. O, BMT-nin baş katibi olduğu dövrdə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşünü xatırladı. Ölkəmizin dünyada sülhün bərqərar olmasında verdiyi töhfələri təqdir etdi və təşəkkürünü bildirdi.

Pan Gi Mun ilk dəfə Azərbaycanda 2006-cı ildə olduğunu, ötən müddət ərzində ölkəmizin uğurla inkişaf etdiyini vurğuladı, əldə edilən nailiyyətləri yüksək dəyərləndirdi. O, Prezident İlham Əliyevin, Milli Məclisin sədri Oqtay Əsədovun Koreyaya səfərləri barədə fikirlərini bildirdi.

Milli Məclis sədrinin müavini Valeh Ələsgərov Bakıda keçirilən 41-ci Dünya Skaut Konfransının böyük hadisə olduğunu dedi. Diqqətə çatdırıldı ki, cari ilin dekabr ayında Azərbaycanda Skaut Hərəkatının 20 illiyi qeyd olunacaq. O, konfransın yüksək səviyyədə təşkil olunmasını xüsusi vurğulayaraq bildirdi ki, Azərbaycan gənc dövlət olmasına baxmayaraq, beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsində böyük təcrübəyə malikdir.

Söhbət zamanı ölkələrimiz arasında iqtisadi, siyasi, parlamentlər səviyyəsində əməkdaşlığın inkişafı barədə fikir mübadiləsi aparıldı.

 

 

 

 

 

 

 

 

 


Kateqoriya : SOSİAL Baxış sayı : 221

QHT və MEDİA

2018-02-22 17:10:35

QHT və MEDİA
Regionlarda gənclərin bilik və bacarıqla...
Regionlarda gənclərin bilik və bacarıqla...

“Tərəqqi” Sosial Tədqiqatlar İctimai Birliyi və Mərhəmət Kimsəsizlərə Yardım ...

2018-02-21 17:00:17

QHT və MEDİA
“Cəzasız cinayət” - Xocalı soyqırımından...
“Cəzasız cinayət” - Xocalı soyqırımından...

Filmin məsləhətçisi BDU-nun rektoru, akademik Abel Məhərrəmov, ssenari müəlli...

CƏMİYYƏT

2018-02-22 17:20:31

CƏMİYYƏT
“Xocalı şahidləri danışır” kitabının təq...
“Xocalı şahidləri danışır” kitabının təq...

Fevralın 22-də Beynəlxalq Mətbuat Mərkəzində “Xocalı şahidləri danışır” kitab...

2018-02-20 08:25:22

CƏMİYYƏT
Şəhid atası: "Övladımın şəhidliyi mənə m...
Şəhid atası: "Övladımın şəhidliyi mənə m...

UNEC-in İqtisadiyyat fakültəsində keçirilən tədbirdə şəhidin müəllimləri, dos...

İQTİSADİ

2018-02-22 10:10:43

İQTİSADİ
Bakı-Tbilisi-Qars dəmir yolu ilə sərnişi...
Bakı-Tbilisi-Qars dəmir yolu ilə sərnişi...

Bakı-Tbilisi-Qars dəmir yolu ilə sərnişin daşınması yəqin ki, bu ilin sonunad...

2018-02-20 08:10:24

İQTİSADİ
Bakıda "IT və IT Təhlükəsizlik üzrə konf...
Bakıda "IT və IT Təhlükəsizlik üzrə konf...

AZƏRTAC Azərbaycan Banklar Assosiasiyasına (ABA) istinadla xəbər verir ki, "A...