SOSİAL
A- A A+

Müdafiə Nazirliyinin bir qrup hərbi qulluqçusu kiçik Zəhranın və nənəsinin 40 mərasimində iştirak edib

2017-08-14 22:25:13

.

Müdafiə Nazirliyinin bir qrup hərbi qulluqçusu Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndinin atəşə tutulması nəticəsində həlak olmuş iki yaşlı Zəhranın və onun nənəsinin 40 mərasimində iştirak edib. Erməni vandalizminin qurbanlarının ailə üzvlərinə nazirliyin rəhbərliyinin bir daha başsağlığı çatdırılıb, onların qisasının alındığı və düşmənə layiqli cavab verildiyi bildirilib.

Mərasim iştirakçılarına Əməkdar İncəsənət Xadimi Abdulla Qurbaninin “Məsum Zəhra” elegiyası təqdim edilib (sözləri A.Qurbaniyə, bəstəsi isə Fərahim Qulubəyliyə aid olan elegiya Əməkdar Artist Cahangir Qurbanovun ifasında lentə alınıb).

Zabitlərdən Elşad Əbilov, Yaşar Səfərov, Seymur Həbibullayev, Əməkdar Jurnalist, “Azərbaycan Ordusu” qəzetinin əməkdaşı Rəşid Faxralı və başqaları çıxış edərək Ermənistan silahlı bölmələrinin intensiv olaraq mövqelərimizi, eləcə də yaşayış məntəqələrini atəşə tutmasını pisləyib, dinc əhalinin həlak olmasının beynəlxalq qanunlara sığmadığını qeyd ediblər. Vurğulanıb ki, bütün bunlara baxmayaraq Azərbaycan tərəfi heç vaxt dinc əhaliyə atəş açmır, düşmən atəşləri vaxtında susdurulur, təxribatların qarşısı qətiyyətlə alınır.

Mərasimdə Azərbaycan Prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda dediyi “Ordumuz düşmənə sarsıdıcı zərbələr endirdi. Zəhranın və nənəsinin qanı yerdə qalmadı” sözləri xatırlanıb və xalqla ordunun Ali Baş Komandanın hər bir əmrinə hər an hazır olduqları bəyan edilib.

Erməni təcavüzü qurbanlarının ailə üzvləri, ağsaqqallar və ziyalılar müdafiə naziri, general-polkovnik Zakir Həsənovun faciədən dərhal sonra hadisə yerinə gəlməsini və zərərçəkənlərin ailə üzvləri ilə görüşməsini, ağır və üzüntülü günlərdə onlara ürək-dirək verməsini, dayaq olmasını yada salaraq, bu gün yenə də onların diqqət və qayğı ilə əhatə olunmasını minnətdarlıqla bildiriblər.

 A.Qurbani nəzərə çatdırıb ki, bu yaxınlarda rayon ictimaiyyətinin və hərbçilərin iştirakı ilə Müdafiə Nazirliyinin yeni layihələri - balaca Zəhranın xatirəsinə həsr olunmuş “Erməni təcavüzünün qurbanları: məsum körpələr” kitabı və Müdafiə Nazirliyi nəzdində Sənədli və Tədris Filmləri Kinostudiyasının istehsalı olan “Məsum Zəhra” qısametrajlı sənədli filminin təqdimatı keçiriləcək.


Kateqoriya : SOSİAL Baxış sayı : 309

QHT və MEDİA

2018-06-19 07:05:37

QHT və MEDİA
Danışıqlar uzansa Qarabağın …..
Danışıqlar uzansa Qarabağın …..

Ermənistan rəhbərlərinin Qarabağa maneəsiz və qorxusuz gəlib getmələrinə Azər...

2018-06-17 09:40:14

QHT və MEDİA
Ukrayna ictimaiyyəti Milli Qurtuluş Günü...
Ukrayna ictimaiyyəti Milli Qurtuluş Günü...

Bu fikirləri Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev “Pryamiy” və “Rada”...

CƏMİYYƏT

2018-06-19 08:55:32

CƏMİYYƏT
“Kolokol Rossii”: Ermənistanın Paşinyan ...
“Kolokol Rossii”: Ermənistanın Paşinyan ...

Fact-info.az AZƏRTAC-a istinadən müəllifi Aleksandr Nikişin olan məqaləni tə...

2018-06-19 07:50:35

CƏMİYYƏT
Xələf Xələfov sərhədlərin delimitasiyası...
Xələf Xələfov sərhədlərin delimitasiyası...

"Rusiya ilə sərhədin demarkasiyası prosesi davam edir. Bu, uzunmüddətli prose...

İQTİSADİ

2018-06-13 10:15:31

İQTİSADİ
Azərbaycan müdafiə və təhlükəsizlik xərc...
Azərbaycan müdafiə və təhlükəsizlik xərc...

Fact-info.az-ın Trend-ə istinadən məlumatına görə, 2018-ci ilin dövlət büdcəs...

2018-06-12 08:35:08

İQTİSADİ
Hərbi məhsullarımız Fransada keçirilən s...
Hərbi məhsullarımız Fransada keçirilən s...

Müdafiə Sənayesi Nazirliyindən APA-ya verilən məlumata görə, açılışda müdafiə...