SOSİAL
A- A A+

Əzizağa Qəni-zadə: Ermənistan tərəfi öz cinayət əməlləri ilə Azərbaycan Ordusunu təxribata sövq edir

2017-08-12 07:15:43

.

Ermənistan tərəfi Azərbaycan xalqını qıcıqlandırmaq istəyir və Azərbaycan Ordusunu onların özlərinin törətdiyi cinayət əməllərinə qarşı eyni tərzdə cavab verməyə sövq edir.

Bu fikri AZƏRTAC-a ehtiyatda olan polkovnik Əzizağa Qəni-zadə Tovuz rayonunda Ermənistan silahlı qüvvələrinin dinc sakinləri atəşə tutmasına və azyaşlı Ramin Yusifova xəsarət yetirməsinə münasibət bildirərkən deyib.

Ə.Qəni-zadə bildirib ki, Ermənistan silahlı birləşmələri mütəmadi olaraq müxtəlif növ ağır və atıcı silahlardan istifadə edərək təmas xəttində yerləşən ərazilərdə dinc sakinləri, yaşayış məntəqələrini atəşə tutarlar. Bunun nəticəsində də əhali arasında ağır itkilər olur. Düşmənlə təmas xəttində yaşayış məntəqələrimizin yenidən atəş altına alınması nəticəsində bu il avqustun 8-də Tovuzun Qaralar kəndində daha bir azyaşlıya qarşı qəddarlıq törədilib və Ramin Yusifov yaralanıb: “Təəssüf ki, Ermənistan hərbçilərinin düşünülmüş şəkildə mülki əhaliyə qarşı həyata keçirdiyi bu addımlar beynəlxalq təşkilatlar tərəfindən biganəliklə qarşılanır. Odur ki, qısa müddət ərzində düşmən ikinci dəfədir azyaşlı uşaqların ölüm və yaralanmasına səbəb olur. Erməni tərəfi bu addımlarla Azərbaycan xalqını qıcıqlandırmaq istəyir və Azərbaycan Ordusunu onların özlərinin törətdiyi cinayət əməllərinə qarşı eyni tərzdə cavab verməyə sövq edir.

Lakin Azərbaycan Ordusu heç vaxt dinc əhaliyə atəş açmayacaq və onların atdığı bu çirkin addımı təkrarlamayacaq. Amma Silahlı Qüvvələrimiz ermənilərin bu təxribatçı hərəkətlərinə qarşı daha ciddi cavab tədbirləri görəcək, düşmənin dinc əhaliyə atəş açan mövqelərinə ağır zərbələr endirərək onları ağır itkilərə məruz qoyacaq”.

 

 


Kateqoriya : SOSİAL Baxış sayı : 168

QHT və MEDİA

2017-11-20 20:10:02

QHT və MEDİA
“Xocalı Soyqırımını Tanıtma”ictimai birl...
“Xocalı Soyqırımını Tanıtma”ictimai birl...

Respublikamızın ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı şəhid olan, yar...

2017-11-18 10:05:29

QHT və MEDİA
Sakarya şəhərində Xocalı soyqırımı ilə b...
Sakarya şəhərində Xocalı soyqırımı ilə b...

Azərbaycanın İstanbuldakı baş konsul Məsim Hacıyev Sakarya şəhərində bələdiyy...

CƏMİYYƏT

2017-11-20 08:40:24

CƏMİYYƏT
NTV televiziya kanalı: Azərbaycan türk d...
NTV televiziya kanalı: Azərbaycan türk d...

Türkiyənin nüfuzlu NTV televiziya kanalında Azərbaycan tarixi ilə bağlı “Odla...

2017-11-15 21:00:49

CƏMİYYƏT
Şura 2018-ci il üçün 1-ci qrant müsabiqə...
Şura 2018-ci il üçün 1-ci qrant müsabiqə...

15 noyabr 2017-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hö...

İQTİSADİ

2017-11-20 08:45:14

İQTİSADİ
Əcnəbi media Azərbaycanın qeyri-neft sek...
Əcnəbi media Azərbaycanın qeyri-neft sek...

Azərbaycanın qeyri-neft sənayesi 2018-2021-ci illər ərzində hər il 7,3 faiz a...

2017-11-13 09:10:16

İQTİSADİ
“Cənub Qaz Dəhlizi”nin reallaşması Azərb...
“Cənub Qaz Dəhlizi”nin reallaşması Azərb...

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, çoxşaxəli əməkdaşlığa m...