SİYASƏT
A- A A+

Ermənistan rəhbərliyinin cəbhədəki məğlubiyyətlərin əvəzini virtual məkanda çıxmaq niyyəti də uğursuzluqla nəticələnir

2017-08-11 11:10:27

Ermənistan rəhbərliyinin cəbhədəki məğlubiyyətlərin əvəzini virtual məkanda çıxmaq niyyəti ilə atdığı addımlar da uğursuzluqla nəticələnir

Bunu  hərbi ekspert, ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov bildirib.

Y.Aydəmirov deyib: “Erməni mətbuatı guya azərbaycanlı əhalinin cəbhəboyu kəndləri tərk etməsi barədə dezinformasiya xarakterli məlumatlar yayır. Əminliklə deyə bilərəm ki, bu cür məlumatların əsası yoxdur. Əhali Azərbaycan Ordusuna güvənir, kəndlərdə rahat, arxayın yaşayır, gündəlik təsərrüfat işləri ilə məşğul olur. Ermənistan silahlı qüvvələrinin vəziyyəti gərginləşdirmək məqsədilə yaşayış məntəqələrimizi və dinc əhalini mütəmadi atəşə məruz qoyması isə heç kəsi qorxutmur və kimsə də öz yurd-yuvasını tərk etmək niyyətində deyil”.

Ekspert qeyd edib ki, ermənilərin şişirdərək guya yaşayış məntəqələrimizdə atəş nöqtələrinin yerləşdirilməsi və bu səbəbdən əhali ilə hərbçilər arasında mübahisələrin yaranması barədə yazdıqları da növbəti erməni riyakarlığıdır. Atəş nöqtələrimizin kəndlərdə yerləşdirilməsi iddiası isə Ermənistan hərbi rəhbərliyinin real vəziyyətdən tamamilə bixəbər olmasının göstəricisidir. Qarşı tərəfdən fərqli olaraq Azərbaycanın hərbi kəşfiyyatı düşmən haqqında yetərincə və hərtərəfli məlumata malikdir. Odur ki, Ermənistan hərbi-siyasi rəhbərliyinin mətbuata ötürdüyü xəbərlər ancaq vəziyyətə bələd olmayan, daim aldadılan erməni əhalisi üçün keçərli ola bilər və bununla onlar özlərini təmizə çıxarmaq məqsədini güdürlər.

Dezinformasiya məqsədilə düşmən tərəfindən sonuncu yayılan və cəbhəboyu kəndlərdə vəziyyətlə bağlı olduğu iddia edilən guya “idarə rəisinin Müdafiə Nazirliyinin rəhbərliyi”nə ünvanladığı “məktub”dur.

Bu saxta “məktub” o dərəcədə bisavad və səriştəsiz hazırlanıb ki, onu ciddi qəbul etmək düzgün deyil. Bu, erməni qeyri-peşəkarları tərəfindən tələm-tələsik uydurulmuş və səliqəsiz düzüb-qoşulmuş bir kağız parçasıdır.

Ermənilərin bu kimi saxtakarlığı son günlər Azərbaycan mətbuatında işğalçı ordudakı neqativ hallar barədə yayılan faktlara cavab olaraq ermənisayağı atılmış növbəti bir addımdır.(Azərtac)

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


Kateqoriya : SİYASƏT Baxış sayı : 365

QHT və MEDİA

2018-08-14 08:45:21

QHT və MEDİA
Mehriban Əliyevanın gördüyü işləri UNESC...
Mehriban Əliyevanın gördüyü işləri UNESC...

O, bu ada Azərbaycan şifahi xalq ədəbiyyatının və musiqi irsinin qorunub saxl...

2018-08-13 09:10:17

QHT və MEDİA
Rufiz Qonaqov: V XƏZƏR SAMMİTİ – XƏZƏRİN...
Rufiz Qonaqov: V XƏZƏR SAMMİTİ – XƏZƏRİN...

Qazaxıstanın Aktau şəhərində Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkməni...

CƏMİYYƏT

2018-08-13 20:55:07

CƏMİYYƏT
Xəzər dənizinin hüquqi statusuna dair Ko...
Xəzər dənizinin hüquqi statusuna dair Ko...

Qazaxıstanın Aktau şəhərində Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zir...

2018-08-10 10:55:07

CƏMİYYƏT
"Minsk qrupuna yeni dövlətlər cəlb etmək...
"Minsk qrupuna yeni dövlətlər cəlb etmək...

- Siz "Azərbaycan Cənubi Qafqazın lider dövləti" adlı kitabın həmmüəllifisini...

İQTİSADİ

2018-08-15 13:55:58

İQTİSADİ
Regionların sosial-iqtisadi inkişafı ölk...
Regionların sosial-iqtisadi inkişafı ölk...

Xalqımızın ümummilli lideri Heydər Əliyevin çevik ve məqsədyönlü sosial-iqtis...

2018-08-10 10:25:25

İQTİSADİ
“Financial Times”: Xəzəryanı dövlətlər b...
“Financial Times”: Xəzəryanı dövlətlər b...

“Financial Times” nəşri Xəzəryanı dövlətlərin prezidentlərinin Qazaxıstanın A...