MƏDƏNİ
A- A A+

Ana dilinə sevgi ilə...

2017-08-10 09:10:28

.

Ali məktəblərə qəbul imtahanları başa çatdı. Beləliklə, bu il Azərbaycanda ali məktəblərə qəbul imtahanlarında 15 nəfər 700 bal toplayıb.

Bunu xatırlamağımız təsadüfi deyil. Çünki bu 15 nəfərin hamısı Azərbaycan bölməsinin məzunlarıdır, Azərbaycan dilində təhsil alıblar, Azərbaycan dilində düşünüblər...

Dilin təfəkkürə təsiri çoxdan sübut olunub.  Və bunun nəticəsində söz ehtiyatının artırılması təhsilin əsas hissəsi üçün mühüm rol oynayır.

Tədqiqatlara görə, orta məktəbi bitirən şagird 80 minə qədər söz bilir, bu, orta hesabla hər ilə 5000, gündəlik isə 13 sözün mənimsənilməsi deməkdir.

Ümumiyyətlə, insanın dil qabiliyyəti çoxlu suallar doğurur. Dilə yiyələnmə irsi amildən, mühitdən, davranışdan asılı olaraq bir neçə mərhələyə bölünür. Odur ki, ana dilində təhsil alanların digərlərinə nisbətən mədəni irsinə, keçmişinə daha bağlı olduğu müşahidə edilir.

Günümüzə qədər gəlib çatan Azərbaycan dili böyük inkişaf yolu keçmiş qədim ədəbi dillərdən biridir. Dilimizin yaşı 1300 ildən çoxdur. Müəyyən dövrlərdə tənəzzülə uğramış Ana dilimizdən müstəqilliyimizin bərpasından sonra yenidən vahid dövlət dili kimi istifadə olunmağa başlanılıb.

2001-ci ildən başlayaraq avqustun 1-i ölkəmizdə Azərbaycan əlifbası günü kimi qeyd edilir. Bu tarixin qeyd edilməsi latın qrafikasına keçidlə bağlıdır.

Tarixin bütün dönəmlərində "Ana dili"nin tədrisi yalniz linqvistik mənada deyil, sözün qiymətini, onun insana təsir etmək xüsusiyyətlərini, şagirdin təfəkkürünü, şəxsiyyət kimi inkişafını nəzərdə tutub. Məktəblərimizdə dil və ədəbiyyat dərslərinin tədrisi şagirdlərin mənəvi cəhətdən kamilləşməsində, daxilən zənginləşməsində böyük rol oynayır.

Buna görə də "Ana dilinin tədrisi" deyərkən yalnız dilin fonetikası, morfologiyası, sintaksisi deyil, bədii sözün imkanları, insana təsir etmə keyfiyyətləri də nəzərdə tutulur. Firudin bəy Köçərlinin təbirincə desək, "Ana dili millətin mənəvi diriliyidir. Ananın südü bədənin mayası olduğu kimi, Ana dili də ruhun qidasıdır".

Dilimizə hörmətlə, məhəbbətlə, sevgiylə...
Ana dilinə sevgi ilə...

Bənövşə MƏMMƏDOVA  Filologiya üzrə fəlsəfə doktoru

Bənövşə MƏMMƏDOVA
Filologiya üzrə fəlsəfə doktoru 

Kateqoriya : MƏDƏNİ Baxış sayı : 180

QHT və MEDİA

2017-11-22 20:15:10

QHT və MEDİA
Azay Quliyev: QHT-lərə lazımı qədər mali...

O, dövlət büdcəsindn QHT-lərin inkişafı və maliyyələşdirilməsi üçün ayrılan ...

2017-11-22 08:20:55

QHT və MEDİA
Ermənistanın faşizmi dövlət siyasəti seç...

Hətta nasistlərin simvolu işğalçı ölkənin hakim partiyasının rəmzidir. Ermən...

CƏMİYYƏT

2017-11-23 08:45:29

CƏMİYYƏT
Mühafizə olunan “Tarix Muzeyi kolleksiya...

MEK-in Komplektləşdirmə bölməsinin əməkdaşları Mehri Həsənli və Şəlalə Eyvaz...

2017-11-20 08:40:24

CƏMİYYƏT
NTV televiziya kanalı: Azərbaycan türk d...

Türkiyənin nüfuzlu NTV televiziya kanalında Azərbaycan tarixi ilə bağlı “Odla...

İQTİSADİ

2017-11-23 08:50:53

İQTİSADİ
“Hər il Qarabağ əlilləri və şəhid ailələ...

“APA-Economics”in məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naz...

2017-11-20 08:45:14

İQTİSADİ
Əcnəbi media Azərbaycanın qeyri-neft sek...

Azərbaycanın qeyri-neft sənayesi 2018-2021-ci illər ərzində hər il 7,3 faiz a...