QHT və MEDİA
A- A A+

Türkiyənin diplomatik jurnalı Ermənistan hərbçilərinin qətlə yetirdikləri balaca Zəhradan yazır

2017-08-10 08:50:57

.

Türkiyə Azərbaycan Dərnəyinin sədr müavini Gəncəxan Babişin Ermənistan silahlıları tərəfindən öldürülən balaca Zəhra, həmçinin ermənilərin cəbhə xəttindəki son təxribatları barədə məqaləsi Türkiyədə türk və ingilis dillərində yayımlanıb.

Diaspora İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, G.Babiş məqaləsində erməni terroruna məruz qalan azərbaycanlı uşaqlardan bəhs edib. “Xocalıdan Füzuliyə erməni terrorunun son uşaq qurbanı: Zəhra” başlıqlı məqalə “Diplomatik Gözlem” və “Diplomatic Observer” jurnallarının avqust nömrəsində dərc olunub.

G.Babiş yazısında Zəhranın Ermənistan hərbçiləri tərəfindən qətlə yetirilən ilk azərbaycanlı uşaq olmadığını vurğulayaraq, Xocalıdakı erməni vəhşiliyinin Füzulidə davam etdirildiyini bildirib. “2011-ci ildə ermənilər tərəfindən Tovuz çayına buraxılan içi partlayıcılarla dolu oyuncağı Əlibəyli kəndindən 13 yaşlı Aygün Şahmalıyevanın götürməsi və bu oyuncağın partlaması nəticəsində uşağın ölməsi və anasının yaralanması unudulmayıb. Daha sonra həmin ildə Ağdamda 9 yaşlı Fariz Bədəlov erməni snayper tərəfindən vurularaq öldürülüb. Bundan başqa, ermənilər tərəfindən 1992-ci il fevralın 25-dən 26-na keçən gecə beşikdəki körpələrin qətl edildiyi Xocalı soyqırımından 25 il sonra yenə 2 yaşlı məsum körpə bu dəfə Füzulidə erməni vandalizminin qurbanı olub. Göründüyü kimi, Xocalıdakı vəhşiliklər hələ də davam edir”, - deyə müəllif qeyd edib.

G.Babiş 2016-cı ilin aprel döyüşləri zamanı Azərbaycanın böyük uğur qazandığını və Ermənistanın xaricdən asılı vəziyyətdə olduğunu oxucuların diqqətinə çatdırıb.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 308

QHT və MEDİA

2018-08-20 07:45:01

QHT və MEDİA
Polşanın “Ambasador” jurnalı Azərbaycan ...
Polşanın “Ambasador” jurnalı Azərbaycan ...

Polşada nəşr edilən “Ambasador” jurnalının 35-ci sayında Azərbaycan Xalq Cümh...

2018-08-18 12:25:34

QHT və MEDİA
ABŞ-ın populyar radio-şousunun efirində ...
ABŞ-ın populyar radio-şousunun efirində ...

Xəbər verdiyimiz kimi, Amerika Birləşmiş Ştatlarının məşhur və geniş auditori...

CƏMİYYƏT

2018-08-19 19:10:24

CƏMİYYƏT
“Jewish Journal”: Nə Koçaryan, nə də Sar...
“Jewish Journal”: Nə Koçaryan, nə də Sar...

D.Ağayeva məqalədə dinc Xocalı sakinlərinin kütləvi qətlinin əsas günahkarla...

2018-08-17 08:50:12

CƏMİYYƏT
Sərhəd Qoşunlarının yaradılması müstəqil...
Sərhəd Qoşunlarının yaradılması müstəqil...

Hər bir dövlətin tarixi həm də onun sərhədlərinin tarixidir. Belə bir deyim v...

İQTİSADİ

2018-08-18 11:35:02

İQTİSADİ
UNEC beyxəlxalq proqrama qəbul olunub
UNEC beyxəlxalq proqrama qəbul olunub

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Beynəlxalq İqtisadiyyat Məktəbi...

2018-08-15 13:55:58

İQTİSADİ
Regionların sosial-iqtisadi inkişafı ölk...
Regionların sosial-iqtisadi inkişafı ölk...

Xalqımızın ümummilli lideri Heydər Əliyevin çevik ve məqsədyönlü sosial-iqtis...