İQTİSADİ
A- A A+

"Regionların inkişafı daim dövlət başçısının diqqətindədir"

2017-08-08 10:05:25

Azərbaycan Prezidenti İlham Əliyevin siyasətində regionların sosial-iqtisadi inkişafı çox əhəmiyyətli yer tutur

Bunu Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.
Deputat bildirib ki, dövlət başçısının diqqəti sayəsində Azərbaycan regionlarında infrastruktur tamamilə yenilənib: “Regionlarda hava limanlarının açılması, magistral və daxili yolların, o cümlədən dəmir yol xəttinin yenilənməsi, elektrik stansiyalarının inşası həm regionların simasını dəyişdi, həm də sonrakı inkişaf üçün baza rolunu oynadı. Eyni zamanda regionların inkişafı üçün ümumi xarakterik istiqamətlərdən başqa hər bir regionun xüsusiyyəti nəzərə alınmaqla konkret inkişaf proqamları hazırlandı. Prezident İlham Əliyevin bir neçə gün bundan öncə barama, tütün və fındıq istehsalının inkişafı məsələlərinə dair Qaxda keçirdiyi respublika müşavirəsi göstərdi ki, hər bir regionun inkişafı üçün kifayət qədər potensial var”.
A.Mirzəzadə bildirib ki, ümumilikdə götürdükdə sahibkarlığın inkişafına dövlət dəstəyi göz qarşısındadır: “Bunun nəticəsidir ki, neftin qiymətinin kəskin düşməsinə, eyni zamanda dünyada maliyyə böhranına baxmayaraq, Azərbaycanda artıq yarım ildir ki, milli valyutanın stabilləşməsi müşahidə olunur, valyuta ehtiyatları əhəmiyyətli dərəcədə artır. Qax müşavirəsi bir daha göstərdi ki, regionların inkişafı, əhalinin sosial rifahının yaxşılaşdırılması daim dövlətin, xüsusilə Prezident İlham Əliyevin diqqətindədir”. (Trend)

 

 

 


Kateqoriya : İQTİSADİ Baxış sayı : 335

QHT və MEDİA

2018-08-14 08:45:21

QHT və MEDİA
Mehriban Əliyevanın gördüyü işləri UNESC...
Mehriban Əliyevanın gördüyü işləri UNESC...

O, bu ada Azərbaycan şifahi xalq ədəbiyyatının və musiqi irsinin qorunub saxl...

2018-08-13 09:10:17

QHT və MEDİA
Rufiz Qonaqov: V XƏZƏR SAMMİTİ – XƏZƏRİN...
Rufiz Qonaqov: V XƏZƏR SAMMİTİ – XƏZƏRİN...

Qazaxıstanın Aktau şəhərində Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkməni...

CƏMİYYƏT

2018-08-13 20:55:07

CƏMİYYƏT
Xəzər dənizinin hüquqi statusuna dair Ko...
Xəzər dənizinin hüquqi statusuna dair Ko...

Qazaxıstanın Aktau şəhərində Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zir...

2018-08-10 10:55:07

CƏMİYYƏT
"Minsk qrupuna yeni dövlətlər cəlb etmək...
"Minsk qrupuna yeni dövlətlər cəlb etmək...

- Siz "Azərbaycan Cənubi Qafqazın lider dövləti" adlı kitabın həmmüəllifisini...

İQTİSADİ

2018-08-15 13:55:58

İQTİSADİ
Regionların sosial-iqtisadi inkişafı ölk...
Regionların sosial-iqtisadi inkişafı ölk...

Xalqımızın ümummilli lideri Heydər Əliyevin çevik ve məqsədyönlü sosial-iqtis...

2018-08-10 10:25:25

İQTİSADİ
“Financial Times”: Xəzəryanı dövlətlər b...
“Financial Times”: Xəzəryanı dövlətlər b...

“Financial Times” nəşri Xəzəryanı dövlətlərin prezidentlərinin Qazaxıstanın A...