MƏDƏNİ
A- A A+

Türk dünyasına ədəbi-publisistik töhfə

2017-08-04 08:45:50

Yazıçı-jurnalist Afət Sadıqoğlunun “Türk dünyasının Kıbrısı” kitabı çapdan çıxıb

“Xalq qəzeti”nin baş redaktorunun müavini, Əməkdar Mədəniyyət İşçisi, Beynəlxalq Elmlər Akademiyasının akademiki, yazıçı-jurnalist Afət Sadıqoğlunun “Türk dünyasının Kıbrısı” kitabı çapdan çıxıb. Tarixi, beynəlxalq münasibətlər və bədii mövzularda bir neçə kitabın müəllifi olan Afət Sadıqoğlunun yeni kitabı Şimali Kipr Türk Respublikasına səfərlərinin təəssüratlarından və yol qeydlərindən ibarətdir. Müəllif ölkələrimiz arasında əlaqələrin genişlənməsi, Şimali Kipr Türk Respublikasının bayramlarında iştirakı, dövlət və hökumət rəhbərləri ilə görüşləri, onun tarixi, ictimai-siyasi, sosial-iqtisadi həyatı, inkişafı və Kipr problemi barədə qeydlərini səmimi məhəbbət duyğuları ilə qələmə alıb.

AZƏRTAC xəbər verir ki, “Elm və təhsil” nəşriyyatında nəfis tərtibatla çapdan çıxmış kitabın elmi redaktoru tarix elmləri doktoru, professor Abbas Seyidov, redaktoru Əməkdar Jurnalist İttifaq Mirzəbəyli, məsləhətçisi və “Ön söz”ün müəllifi Şimali Kipr Türk Respublikasının Bakı təmsilçisi Ufuk Turganerdir.

Kitabın “Kıbrıs adası” və “Tarixin səhifələri” bölmələrində müəllif Şimali Kipr Türk Respublikasına səfərini, onun qədim tarixindən tutmuş müasir dövrümüzədək keçdiyi yolu araşdırır. “Kıbrıs Türk Ticarət Palatası beynəlxalq arenada”, “Quzey Kıbrısda mətbuat”, “Turizm imkanları”, “Mədəniyyətlərin paytaxtı Lefkoşa”, “Kıbrısın turizm incisi Girnə” və digər bölmələrdə Şimali Kipr Türk Respublikasının inkişafı, sosial-iqtisadi, mədəni-mənəvi həyatı əks etdirilib. “Quzey Kıbrıs və Azərbaycan əlaqələri”, “Təhsil”, “Yaxın Doğu Universiteti”, “Azərbaycanı Kıbrısda tanıdan alim”, “Kıbrıs mətbəxi” və digər bölmələrdə isə ölkələrimiz arasında əlaqələrin, xüsusilə təhsil sahəsinin inkişafı, diasporumuzun fəaliyyətinin genişlənməsi, ölkə mətbəxinin şöhrəti, mədəniyyətlərin tərbiyəvi və dünyəvi əhəmiyyəti ilə bağlı məsələlər yer alıb.

Kitab Azərbaycan–Şimali Kipr Türk Respublikası əlaqələrinin tarixinin öyrənilməsi, əməkdaşlığının tədqiqi, turizm imkanlarının təbliği baxımından əhəmiyyət kəsb edir. “Son söz”də Afət Sadıqoğlu yazır: “İnanıram ki, bu kitab Azərbaycanla Türkiyənin və Türk Cümhuriyyəti olan Quzey Kıbrısın tarixi, siyasi, iqtisadi, mədəni-mənəvi, ədəbi əlaqələrinin daha da möhkəmlənməsinə kömək edəcək, türk dünyasının, türk xalqlarının qardaşlığı və dostluğu yolunda əbədi körpü olacaqdır”.

Geniş oxucu kütləsi üçün nəzərdə tutulan kitabın ərsəyə gəlməsində müəllif Azərbaycan, türk, rus və ingilis dillərində ədəbiyyatdan istifadə edib

 

 

 

 

 

 


Kateqoriya : MƏDƏNİ Baxış sayı : 424

QHT və MEDİA

2018-10-20 07:35:04

QHT və MEDİA
Şura 2019-cu ilin qrant müsabiqəsinin mö...
Şura 2019-cu ilin qrant müsabiqəsinin mö...

İclasda çıxış edən Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov Şuranı...

2018-10-19 09:10:04

QHT və MEDİA
Rusiyalı tarixçi: Ermənistanda faşizmin ...
Rusiyalı tarixçi: Ermənistanda faşizmin ...

Məsələn, Bolqarıstanda erməni nasisti Qaregin Njdenin abidəsinin qoyulması qe...

CƏMİYYƏT

2018-10-20 07:40:59

CƏMİYYƏT
ABŞ-ın “The Daily Caller” qəzeti Erməni...
ABŞ-ın “The Daily Caller” qəzeti Erməni...

ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun g...

2018-10-19 08:55:04

CƏMİYYƏT
Cümhuriyyətin naziri Əbdüləli bəy Əmirca...
Cümhuriyyətin naziri Əbdüləli bəy Əmirca...

O, 1876-1883-cü illərdə buradakı məktəbdə təhsil aldıqdan sonra Tiflisə getmi...

İQTİSADİ

2018-10-21 23:20:27

İQTİSADİ
“Star” neft emalı zavodunun açılışı regi...
“Star” neft emalı zavodunun açılışı regi...

Müasir geosiyasi şəraitdə Azərbaycanın etibarlı strateji tərəfdaşı olan Türki...

2018-10-19 23:45:29

İQTİSADİ
Hikmət Hacıyev: "Star" neft emalı zavodu...
Hikmət Hacıyev: "Star" neft emalı zavodu...

Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti Administrasiyasının Xari...