SOSİAL
A- A A+

Bakıda “Dəniz Kuboku-2017”nin açılış mərasimi keçirildi

2017-08-02 07:30:13

Dənizkənarı Milli Parkda (Saat qülləsinin qarşısında) “Dəniz Kuboku – 2017” beynəlxalq yarışlarının təntənəli açılış mərasimi keçirilib

APA-nın məlumatına görə, “Beynəlxalq Ordu Oyunları - 2017” yarışları çərçivəsində avqustun 1-dən 11-dək Bakıda keçiriləcək “Dəniz Kuboku – 2017”nin açılış mərasimində ictimaiyyət nümayəndələri, şəhər sakinləri, hərbçilər və ölkəmizdə akkreditə olunmuş xarici ölkələrin nümayəndələri iştirak ediblər.
 “Dəniz Kuboku – 2017” yarışlarında Azərbaycan, Rusiya, İran və Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin gəmi heyətləri, müşahidəçi qismində isə Türkiyə, Səudiyyə Ərəbistanı və Bəhreyn silahlı qüvvələrinin nümayəndələri iştirak edirlər. “Dəniz Kuboku - 2017”də Azərbaycan Hərbi Dəniz Qüvvələri G-124, G-122 gözətçi gəmiləri, Rusiya Hərbi Dəniz Donanmasının Xəzər flotiliyası “Qrad Sviyajsk” kiçik raket, “CB-45” xilasetmə yedək gəmisi, İran Hərbi Dəniz Qüvvələri “Peykan” və “Cövşən” raket katerləri və Qazaxıstan Hərbi Dəniz Qüvvələri “Qazaxıstan” və “Sarıarka” raket-artilleriya və “Jayık” hidroqrafiya gəmiləri iştirak edəcək. 300-ə yaxın şəxsi heyətin iştirak edəcəyi “Dəniz Kuboku - 2017” yarışları 3 mərhələdə - artilleriya atəşlərinin yerinə yetirilməsi, gəminin dayanıqlığı uğrunda mübarizə və xilasetmə hazırlığı və dəniz hazırlığı üzrə keçiriləcək.
 Mərasimdə Azərbaycanla bağlı video-çarx nümayiş olunub, yarışların simvolu olan qayıq meydana daxil olub. "Azərbaycan fanfarası" ilə tədbirin başlandığı elan olunub. Meydanda yarışlara qatılan komandaların keçidi olub, Azərbaycanın dövlət himni oxunub. Sonra “Beynəlxalq Ordu Oyunları - 2017” və “Dəniz Kuboku – 2017” yarışlarının bayraqları qaldırılıb.
 Mərasimdə çıxış edən “Dəniz Kuboku – 2017” beynəlxalq yarışları təşkilat komitəsinin sədri, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini – Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin rəisi, general-leytenant Nizam Osmanov bildirib ki, Beynəlxalq Ordu Oyunları Rusiya Federasiyasının Müdafiə Nazirliyinin təşəbbüsü ilə təşkil olunub. Onun sözlərinə görə, Beynəlxalq Ordu Oyunlarının tərkib hissəsi olan “Xəzər-2015” müsabiqəsinin nəticələrinə görə Azərbaycan Hərbi Dəniz Qüvvələrinin komandası 3-cü, “Xəzər-2016” müsabiqəsində isə 2-ci yerə layiq görülüb və “Admiral-480” motorlu qayığı ilə mükafatlandırılıb. İki gün öncə isə III Beynəlxalq Ordu Oyunlarına Moskvanın Alabino poliqonunda start verilib. Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri yarışların beş növündə güclərini sınayacaqlar.
 N.Osmanov deyib ki,  III Beynəlxalq Ordu Oyunları çərçivəsində Azərbaycanda keçirilən “Dəniz Kuboku-2017” beynəlxalq yarışlarının şəffaf və yüksək səviyyədə təşkili üçün hər cür şərait yaradılıb: "Azərbaycanın Xəzər dənizindəki ərazi sularında iştirakçılar üç mərhələ və altı epizodda yarışacaqlar. Onların Vətənimizdən xoş təəssüratlarla ayrılacağına əminəm. Beynəlxalq Ordu Oyunlarının digər yarışları kimi “Dəniz Kuboku-2017” də iştirakçı ölkələrin Silahlı Qüvvələri arasında qarşılıqlı etimad mühitinin inkişafına, qarşılıqlı əməkdaşlığın möhkəmləndirilməsinə, dostluq və rəqabət gücünün artırılmasına, şəxsi heyətin  döyüş və mənəvi-psixoloji hazırlıqlarının daha da yüksəlməsinə xidmət edəcək".
 Açılış mərasimində çıxış edən müdafiə naziri Zakir Həsənov isə Azərbaycan prezidenti İlham Əliyevin təbrik məktubunu oxuyub. Sonra müdafiə naziri “Dəniz Kuboku – 2017” beynəlxalq yarışlarını açıq elan edib.
 Qeyd edək ki, iyulun 29-dan avqustun 12-dək 5 ölkə - Azərbaycan, Belarus, Qazaxıstan, Çin və Rusiya ərazisində keçiriləcək “Beynəlxalq Ordu Oyunları - 2017” yarışlarında Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri də iştirak edirlər. “Beynəlxalq Ordu Oyunları - 2017” yarışlarında Azərbaycan hərbçiləri “Tank biatlonu”, “Səhra mətbəxi”, “Snayper həddi”, “Artilleriya atəşinin ustaları” və “Dəniz Kuboku – 2017” yarışlarına qatılıblar.
 

 

 

 

 

 

 

 


Kateqoriya : SOSİAL Baxış sayı : 200

QHT və MEDİA

2018-01-18 09:00:42

QHT və MEDİA
Fransa mətbuatı avropalıların XIX əsrdə ...
Fransa mətbuatı avropalıların XIX əsrdə ...

Fransanın www.demuseele.com portalında “Bakını kəşf edək. Üq Kraftın Qafqaz s...

2018-01-17 14:10:14

QHT və MEDİA
2017-ci ildə 354 müəllifin 667 əsəri qey...
2017-ci ildə 354 müəllifin 667 əsəri qey...

Bu barədə Müəllif Hüquqları Agentliyinin 2017-ci ilin yekunlarına dair hesaba...

CƏMİYYƏT

2018-01-17 11:10:33

CƏMİYYƏT
“Jerusalem Post” qəzeti: Müstəqil və güc...
“Jerusalem Post” qəzeti: Müstəqil və güc...

Sovetlər dönəmində Azərbaycan – Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu...

2018-01-12 19:40:25

CƏMİYYƏT
Şəhid Cəlil Fərzəliyevin həyat hekayəti...
Şəhid Cəlil Fərzəliyevin həyat hekayəti...

Azərbaycan tarixi müstəqilliyinə qovuşduqdan sonra şəhid sözü qəhrəmanlıq si...

İQTİSADİ

2018-01-15 08:50:31

İQTİSADİ
Azərbaycan dünyada ən güclü xalq-iqtidar...
Azərbaycan dünyada ən güclü xalq-iqtidar...

Dünya İqtisadi Forumunun "2017-2018 Qlobal Rəqabətlilik Hesabatı"nın "Siyasət...

2018-01-11 09:35:28

İQTİSADİ
“Azerspace-2” peyki aprel ayında orbitə ...
“Azerspace-2” peyki aprel ayında orbitə ...

“APA-Economics”in məlumatına görə, bunu bu gün Azərbaycan prezidenti İlham Ə...