QHT və MEDİA
A- A A+

Fransız jurnalistilər Cəbrayılın Cocuq Mərcanlı, Füzuli rayonunun Alıxanlı kəndində olublar

2017-07-31 08:20:29

Azərbaycanda səfərdə olan Fransız jurnalisti, yazıçısı, Beynəlxalq Reyn Dərnəyinin prezidenti, qadın və uşaq hüquqlarının müdafiəçisi Jerar Kardon və köməkçisi Fransuaz Nicolas Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində olub

Cəbhə bölgəsində səfərdə olan fransalı qonaqlar, QHT rəhbərləri, ziyalılar və iyulun 29-də bərpa olunan Cəbrayıl rayonunun Cocuq Mərcanlı  kəndinə səfər ediblər.

Qonaqlara Cocuq Mərcanlı kəndinin bərpası çərçivəsində görülən işlər haqında geniş məlumat verilib.  Bildirilib ki,  Cocuq Mərcanlı kəndi cəmi bir neçə ay erməni işğalı altında olub. Bu bir neçə ay ərzində erməni işğalçı qüvvələri kəndi tamamilə dağıtmışdılar, bütün binaları sökmüşdülər. Keçən ilin aprelində erməni hərbi təxribatının qarşısını alarkən Azərbaycan Ordusu uğurlu əks-hücum əməliyyatı keçirmiş və minlərlə hektar Azərbaycan torpağını işğalçılardan azad etmişdir.

Qonaqlara tarixi Şuşa məscidi haqqında geniş məlumat verilib və eyni zamanda onun bənzəri olan Cocuq Mərcanlı məscidinə baş çəkilib.

Fransalı qonaqlar   əhali ilə səmimi söhbət edib, onların şəraiti ilə və məktəb binası ilə tanış olublar.

 Fransalı jurnalist Jerar Kardon qeyd edib ki, onların bölgəyə səfərinin əsas məqsədi burada baş verənləri öz gözləri ilə görüb ətraflı informasiya toplayaraq öz ölkələrində yaymaqdır.

Xatırladaq ki,  Fransız jurnalisti və yazıçısı Jerar Kardon və köməkçisi Fransuaz Nicolas  Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə    "Kür - Xəzər" xeyriyyə ictimai birliyi tərəfindən həyata keçirilən  “Azərbaycan həqiqətləri Fransa mətbuatında” layihəsi çərçivəsində iyulun 23-dən Azərbaycanda səfərdədirlər.

Daha sonra  Azərbaycanda səfərdə olan Fransız jurnalisti, yazıçısı, Beynəlxalq Reyn Dərnəyinin prezidenti, qadın və uşaq hüquqlarının müdafiəçisi  Jerar Kardon və köməkçisi Fransuaz Nicolas   Füzuli rayonunun Alıxanlı kəndində olublar.

Qonaqlar iyulun 29-də erməni hərbçilərinin qətlə yetirdiyi 2 yaşlı Zəhra Quliyeva və nənəsi Sahibə Allahverdiyevanın məzarını ziyarət ediblər.

 Qonaqlar daha sonra hadisənin baş verdiyi əraziyə baxıblar. Burada kənd sakinləri və Quliyevlər ailəsi ilə görüşən qonaqlara cəbhə kəndindəki vəziyətlə bağlı ətraflı məlumat verilib.

  Fransalı qonaqlar mülki əhaliyə qarşı silahlı işlədilməsin pisləyərək, bunun beynəlxalq hüquq normalarına və konvensiyalara zidd olduğunu bildirblər. Eyni zamanda Jerar Kardon qeyd edib ki, onların bölgəyə səfərinin əsas məqsədi burada baş verənləri öz gözləri ilə görüb ətraflı informasiya toplayaraq öz ölkələrində yaymaqdır.
 Fact-info.az

 

 

 


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 329

QHT və MEDİA

2018-07-18 08:25:25

QHT və MEDİA
İtaliya mətbuatı Ermənistanın həmvətənlə...
İtaliya mətbuatı Ermənistanın həmvətənlə...

Soydaşlarımız Dilqəm Əsgərovun və Şahbaz Quliyevin Ermənistan silahlı qüvvələ...

2018-07-17 09:25:06

QHT və MEDİA
Fransanın “Lettre Diplomatique” jurnalın...
Fransanın “Lettre Diplomatique” jurnalın...

Fransanın “Lettre Diplomatique” jurnalının növbəti nömrəsi Azərbaycana həsr o...

CƏMİYYƏT

2018-07-18 21:15:54

CƏMİYYƏT
Yüz yaşlı güvənc və iftixar mənbəyimiz...
Yüz yaşlı güvənc və iftixar mənbəyimiz...

Tariximizin ən şanlı və parlaq səhifələrindən olan Azərbaycan Xalq Cümhuriyyə...

2018-07-16 09:25:44

CƏMİYYƏT
Azərbaycanın multikulturalizm siyasəti ö...
Azərbaycanın multikulturalizm siyasəti ö...

Fact-info.az-ın məlumatına görə, bu barədə Azərbaycan Respublikası Prezident...

İQTİSADİ

2018-07-18 07:05:04

İQTİSADİ
“Yanar dağ” dövlət tarix-mədəniyyət və t...
“Yanar dağ” dövlət tarix-mədəniyyət və t...

Sərəncama görə, “Yanar dağ” dövlət tarix-mədəniyyət və təbiət qoruğunun müasi...

2018-07-13 10:25:36

İQTİSADİ
Zurab Pololikaşvili: Azərbaycanda turizm...
Zurab Pololikaşvili: Azərbaycanda turizm...

Görüşdə son illər Azərbaycanda turizm sektorunda reallaşdırılmış tədbirlərin ...