SOSİAL
A- A A+

“Uğur kitabı”nın təqdimatı olub

2015-06-01 09:15:26

Beynəlxalq Mətbuat Mərkəzində Şimali Kiprin Doğu Akdeniz Universitetinin ictimai əlaqələr və reklamçılıq kafedrasının sonuncu kurs tələbəsi, azərbaycanlı Cəfər Mənsiminin tərtib etdiyi “Uğur kitabı”nın təqdimat mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə “Uğur kitabı”nın ideya müəllifi və tərtibatçısı Cəfər Mənsimi təqdim olunan kitabın uğura çatmağın sirlərindən bəhs etdiyini söyləyib.

Bildirilib ki, “Uğur kitabı”nın 111 müəllifi var. Kitab Azərbaycandan və Şimali Kiprdən olan müxtəlif vəzifə, peşə və sənət adamlarının mövzu ilə bağlı fikirlərindən ibarətdir. Müəlliflər uğura çatmağın sirlərini paylaşırlar. Bu yolda hər kəsin özünəməxsus təcrübəsinin olduğu diqqətə çatdırılır.

Kitabın nəşrinin məqsədi uğurla bağlı fərqli baxışları oxuculara təqdim etmək, yeni məqsəd və ideyalar formalaşdırmaqdır.

Tədbirdə Milli Məclisin deputatı Qənirə Paşayeva, nəşrin redaktoru Arzu Soltan kitabın əhəmiyyətindən danışıblar. Natiqlər zəngin tarixə və mədəniyyətə malik, dünya tarixinə görkəmli alimlər, sənət adamları bəxş etmiş Azərbaycan xalqının bacarıqlı nümayəndələrindən uğurun sirrinin öyrənilməsinin vacibliyini vurğulayıblar.

Bildirilib ki, “Uğur kitabı”na “Ön sözü” Şimali Kiprin üçüncü prezidenti Derviş Eroğlu yazıb.

Sonda A.Soltanın ssenarisi əsasında Bakı Uşaq Teatrının hazırladığı “Qucaqla məni” tamaşası göstərilib.

 

 


Kateqoriya : SOSİAL Baxış sayı : 1686

QHT və MEDİA

2020-06-06 10:20:15

QHT və MEDİA
“İngiltərənin geosiyasi maraqlarında “er...
“İngiltərənin geosiyasi maraqlarında “er...

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü...

2020-06-05 16:35:29

QHT və MEDİA
Ermənilərin soydaşlarımıza qarşı törətdi...
Ermənilərin soydaşlarımıza qarşı törətdi...

Demokratik cəmiyyət quruculuğu yolunda sürətlə irəliləyən, sosial-iqtisadi sa...

CƏMİYYƏT

2020-06-04 18:35:30

CƏMİYYƏT
Ekoloji təhlükəsizlik siyasəti
Ekoloji təhlükəsizlik siyasəti

Əvvəl "Ekoloji təhlükəsizlik" nədir sualına aydınlıq gətirməyə çalışaq. Ekolo...

2020-06-03 08:40:48

CƏMİYYƏT
Azərbaycan Ordusu - 102
Azərbaycan Ordusu - 102

“Danışıqlar öz yerində, ancaq indi dünyada siz də yaxşı görürsünüz ki, güc a...

İQTİSADİ

2020-05-29 09:30:52

İQTİSADİ
Azərbaycan postpandemiya dövründə biznes...
Azərbaycan postpandemiya dövründə biznes...

Dünyanın aparıcı şirkətlərinin Azərbaycana marağı artmaqdadır. Hətta pandemiy...

2020-05-15 10:35:56

İQTİSADİ
Azərbaycan Qafqazdan keçən Avrasiya nəql...
Azərbaycan Qafqazdan keçən Avrasiya nəql...

Azərbaycan Qafqaz regionundan keçən Avrasiya nəqliyyat marşrutlarının inkişaf...