SOSİAL
A- A A+

Fransalı jurnalistlər Azərbaycanda görüşlərini davam etdiriblər

2017-07-28 22:10:23

.

 

"Kür - Xəzər" xeyriyyə ictimai birliyinin dəvəti ilə  Azərbaycanda səfərdə olan Fransız jurnalisti, yazıçısı, Beynəlxalq Reyn Dərnəyinin prezidenti, qadın və uşaq hüquqlarının müdafiəçisi  Jerar Kardon və köməkçisi Fransuaz Nikolas Mətbuat Şurasında olublar.
 
Səfər Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən  “Azərbaycan həqiqətləri Fransa mətbuatında” layihəsi çərçivəsində reallaşır.
Qonağı salamlayan MŞ sədri, Milli Məclisin deputatı Əflatun Amaşov onlara rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətləri barədə geniş məlumat verib. O bildirib ki, Şura yalnız Azərbaycanda deyil, ümumən postsovet məkanında medianın ilk özünütənzimləmə qurumudur. Onun başlıca missiyası kütləvi informasiya vasitələri ilə bağlı şikayətlərin araşdırılmasından ibarətdir.
Qonaqları ölkəmizdə medianın hazırkı durumu ilə bağlı ətraflı məlumatlandıran Ə.Amaşov habelə söz və ifadə azadlığı məsələləri ətrafında müqayisələr aparıb. Qarşılıqlı fikir mübadiləsi şəraitində keçən görüşdə MŞ sədri Azərbaycanda media fəaliyyətinə, eləcə də Mətbuat Şurasının iş prinsiplərinə dair sualları da cavablandırıb."Kür - Xəzər" xeyriyyə ictimai birliyinin sədri Akif Kərimov səfər çərçivəsində keçirilən və planlaşdırılan görüşlər haqqında məlumat verərək, səfərin əsas məqsədinin Azərbaycan həqiqətlərinin:  Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, qaçqın və məcburi köçkünlər ilə bağlı məsələlərin, Xocalı soyqırımının, Azərbaycanda multikulturalizm, tolerantlıq və birgə yaşayışın öyrənilməsi, Azərbaycanın sosial və iqtisadi inkişafı və digər məsələlər ilə bağlı vəziyyətin Fransa mətbuatında işıqlandırlmasından ibarət olduğunu bildirb.

 

 

 

 

 

 

 

 

 


Kateqoriya : SOSİAL Baxış sayı : 162

QHT və MEDİA

2017-11-22 20:15:10

QHT və MEDİA
Azay Quliyev: QHT-lərə lazımı qədər mali...
Azay Quliyev: QHT-lərə lazımı qədər mali...

O, dövlət büdcəsindn QHT-lərin inkişafı və maliyyələşdirilməsi üçün ayrılan ...

2017-11-22 08:20:55

QHT və MEDİA
Ermənistanın faşizmi dövlət siyasəti seç...
Ermənistanın faşizmi dövlət siyasəti seç...

Hətta nasistlərin simvolu işğalçı ölkənin hakim partiyasının rəmzidir. Ermən...

CƏMİYYƏT

2017-11-23 08:45:29

CƏMİYYƏT
Mühafizə olunan “Tarix Muzeyi kolleksiya...
Mühafizə olunan “Tarix Muzeyi kolleksiya...

MEK-in Komplektləşdirmə bölməsinin əməkdaşları Mehri Həsənli və Şəlalə Eyvaz...

2017-11-20 08:40:24

CƏMİYYƏT
NTV televiziya kanalı: Azərbaycan türk d...
NTV televiziya kanalı: Azərbaycan türk d...

Türkiyənin nüfuzlu NTV televiziya kanalında Azərbaycan tarixi ilə bağlı “Odla...

İQTİSADİ

2017-11-23 08:50:53

İQTİSADİ
“Hər il Qarabağ əlilləri və şəhid ailələ...
“Hər il Qarabağ əlilləri və şəhid ailələ...

“APA-Economics”in məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naz...

2017-11-20 08:45:14

İQTİSADİ
Əcnəbi media Azərbaycanın qeyri-neft sek...
Əcnəbi media Azərbaycanın qeyri-neft sek...

Azərbaycanın qeyri-neft sənayesi 2018-2021-ci illər ərzində hər il 7,3 faiz a...