SİYASƏT
A- A A+

Azərbaycanlı məzun Ayla Cəfərova ölkəmizin təbliğatçısı kimi yadda qalıb

2017-07-28 08:40:14

.

 

Ayla İordaniya Universitetində təhsil aldığı bu dörd il ərzində burada Azərbaycanın “elçisi” olub və biz onun sayəsində bu ölkə barədə çox şey öyrənmişik. Bu sözləri İordaniya Dövlət Universitetinin müəllimi və dekanı Zoubi Zoubi 2017-ci il məzunlarının təntənəli yığıncağında həmvətənimiz Ayla Cəfərovanı ali məktəbi biznesin idarə olunması ixtisası üzrə müvəffəqiyyətlə bitirməsi münasibətilə təbrik edərkən söyləyib.

Bəli, regionun ən nüfuzlu ali məktəblərindən birinin həm müəllimlərində, həm də tələbələrində həmvətənimiz barədə məhz bu fikir möhkəm qərarlaşıb. A.Cəfərova bu təhsil ocağında oxuduğu illər ərzində yaxşı nəticələr əldə etməklə bərabər, vətəndaş fəallığı və vətənpərvərliyi ilə seçilib. O, yorulmaq bilmədən hamını ölkəsi ilə tanış etməyə çalışıb, dəfələrlə Azərbaycandan, onun iqtisadi nailiyyətlərindən, ölkəmizin beynəlxalq məkanda yerindən və rolundan, qədim və zəngin mədəniyyətindən, adət-ənənələrindən bəhs edən təqdimatlar keçirib, ətrafındakı insanları Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə məlumatlandırıb.

 Aydın məsələdir ki, tələbənin əsas vəzifəsi yaxşı oxumaqdır. Xarici ölkənin ali məktəbində oxumaq isə təmsil etdiyin ölkəyə və xalqa görə üzərinə ikiqat məsuliyyət qoyur. Bu baxımdan təhsilində yüksək nəticələr əldə etmiş və oxuduğu ali məktəbin kollektivi arasında böyük nüfuz qazanmış həmvətənimizlə fəxr edə bilərik. (Azərtac)


Kateqoriya : SİYASƏT Baxış sayı : 381

QHT və MEDİA

2018-10-16 12:00:51

QHT və MEDİA
Agentliyin nizamnamə və strukturu təsdiq...
Agentliyin nizamnamə və strukturu təsdiq...

Bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb. Qərara əsasən, Əqli Mül...

2018-10-15 19:25:35

QHT və MEDİA
Şuranın 10 illiyi və regionların inkişaf...
Şuranın 10 illiyi və regionların inkişaf...

Toplantını açan Şəki şəhər icra hakimiyyətinin ictimai-siyasi məsələlər şöbəs...

CƏMİYYƏT

2018-10-16 09:55:59

CƏMİYYƏT
30 illik Azərbaycan Respublikası Müharib...
30 illik Azərbaycan Respublikası Müharib...

Öncə, Azərbaycan Respublikası “Beynəlmiləlçi Əlil Döyuşçülər” Fondunun İdar...

2018-10-12 22:25:37

CƏMİYYƏT
Azərbaycanlıların Ermənistandakı ata-bab...
Azərbaycanlıların Ermənistandakı ata-bab...

Trend-in məlumatına görə, Q.Paşayeva bildirib ki, Azərbaycanın qədim bölgəsi ...

İQTİSADİ

2018-10-15 09:15:37

İQTİSADİ
"Azərbaycan Cənubi Qafqaz regionunda ABŞ...
"Azərbaycan Cənubi Qafqaz regionunda ABŞ...

Bunu Trend-ə Qumilyov adına Avrasiya Milli Universitetinin regionşünaslıq kaf...

2018-10-08 10:05:23

İQTİSADİ
QHT regionlarda maarifləndirici tədbirin...
QHT regionlarda maarifləndirici tədbirin...

Regionlarda sahibkarların biznes imkanlarının genişləndirilməsi üçün tədbirlə...