QHT və MEDİA
A- A A+

Fransa kanalında “Qafqazın Mirvarisi” verilişi

2017-07-26 11:00:14

.

Azərbaycanın Dostları Assosiyasiyasının baş katibi və Paris Azərbaycan Evinin rəhbəri Mirvari Fətəliyeva Fransanın Aljanoubia kanalında “Qafqazın Mirvarisi” adlandırılan verilişin qonağı olub.

 Avropa.info xəbər verir ki, Mirvari Fətəliyeva verilişdə özü haqqında – Qubadlı rayonundan məcburi köçkünluk həyatından bəhs edib.

 M.Fətəliyeva həmçinin Dağlıq Qarabağ məsələsi, Xocalı soyqırımı, münaqişənin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupunun fəaliyyəti və BMT-nin Təhlükəsizlik Şurasının 4 qətnaməsinin icra olunmaması, 1 milyona yaxın qaçqın və məcburi köçkünün hüquqlarının tapdalanması, erməni icmasının niyə o ərazidə çoxluq təşkil etməsinin səbəbləri, bütün dünyanın Azərbaycanın ərazi bütövlüyünü tanıması haqqında Fransa ictimaiyyətinə geniş və ətraflı məlumat verib. Xüsusilə, son illər iki ölkə arasında əlaqələrin inkişafından da bəhs edib.

 Baş katib demokratik dövlətin ilk dəfə Şərqdə – 1918-ci ildə Azərbaycanda qurulduğunu və məhz Şərqdə qadınlara ilk dəfə seçki hüququnu verən dövlətin Azərbaycan olduğunu qeyd edərək, 2018-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə geniş hazırlıqların görüldüyünü bildirib.

M.Fətəliyeva daha sonra ölkədə təşkil olunan beynəlxalq iri miqyaslı tədbirlərdən (Avrovision, Formula-1, Humanitar Forum, Avropa Oyunları və.s), Heydər Əliyev Fondunun Fransada həyata keçirtdiyi böyük və uğurlu layihələrdən, həmçinin Azərbaycanda turizmin inkişafından, mədəniyyətindən, mətbəxindən, ölkədə multikulturalizm və dini tolerantlıqdan bəhs edib. 

 

 


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 481

QHT və MEDİA

2019-01-15 11:05:39

QHT və MEDİA
Vüsal Qasımlı: "Struktur islahatları ida...
Vüsal Qasımlı: "Struktur islahatları ida...

Bunu Trend-ə Prezident İlham Əliyev tərəfindən aparılan struktur islahatların...

2019-01-12 18:15:19

QHT və MEDİA
Azay Quliyev beynəlxalq təşkilatlara və ...
Azay Quliyev beynəlxalq təşkilatlara və ...

Fact-info.az xəbər verir ki, bunu ATƏT PA-nın vitse-prezidenti, millət vəkili...

CƏMİYYƏT

2019-01-16 09:30:10

CƏMİYYƏT
İsveçrə mediası 20 Yanvar hadisələrindən...
İsveçrə mediası 20 Yanvar hadisələrindən...

“Milli azadlıqla xalq matəmi arasında” sərlövhəli məqalədə 20 Yanvar faciəsin...

2019-01-14 08:30:18

CƏMİYYƏT
Akademik: 2019-cu ilin "Nəsimi ili" elan...
Akademik: 2019-cu ilin "Nəsimi ili" elan...

Bunu Trend-ə Milli Məclisin deputatı, AMEA akademik Ziya Bünyadov adına Şərqş...

İQTİSADİ

2019-01-14 20:25:40

İQTİSADİ
Müdafiə Sənayesi Nazirliyinin əsasında “...
Müdafiə Sənayesi Nazirliyinin əsasında “...

Fərmana əsasən, ölkədə dövlət idarəetmə strukturunu optimallaşdırmaq, müdafiə...

2019-01-13 13:40:27

İQTİSADİ
Neft tariximizə böyük ehtiram hissilə...
Neft tariximizə böyük ehtiram hissilə...

Azərbaycanda neftin sənaye üsulu ilə hasilatı XIX əsrin ortalarından başlanmı...