QHT və MEDİA
A- A A+

Ermənistanın Azərbaycana qarşı işğalçılıq müharibəsi haqqında rus dilində elektron toplu hazırlanır

2017-07-25 09:35:17

layihə

 

"Effektiv Təşəbbüslər Mərkəzi” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə rus dilində Ermənistanın Azərbaycana qarşı işğalçılıq müharibəsinin nəticələrindən bəhs elektron toplunun hazırlanmasına başlayıb. 

 Layihə üzrə yaradılacaq “Война без правил” (“Qaydasız müharibə”) adlı elektron resurs Ermənistanın ölkəmizə qarşı 25 ildir davam edən hərbi təcavüzünün tam mənzərəsini (etnik təmizləmə, işğal olunmuş ərazilərdə qanunsuz məskunlaşdırma, təbii sərvətlərin istismarı, tarixi abidələrə qarşı vandalizm, yer adlarının dəyişdirilməsi, ətraf mühitə vurulan ziyan) əhatə edəcək.

 Tarix boyu bütün müharibələr qırğınlar, dağıntılar, talanlarla yadda qalıb. Amma onların hamısı amansız olmayıb, bəzi savaşlarda qadın, uşaq və qocalara rəhm edilib, dini inanc yerləri, məzarlıqlar, tarixi-mədəni abidələr dağıdılmayıb. XIX əsrin sonlarında bununla bağlı beynəlxalq konvensiyalar qəbul olunub və müharibələrin, belə demək mümkünsə, ümumi qaydaları müəyyənləşib. 

Ermənistanın Azərbaycana qarşı başladığı müharibə ilk günlərdən qəddar, insanlıq əleyhinə cinayətlər, etnik təmizləmə, soyqırımı, vandalizm aktları ilə müşayiət olunub. Bu barədə bir çox sübutlar, faktlar var. Amma bizim bildiyimiz həqiqətləri dünyaya da daha geniş şəkildə yaymaq lazımdır. “Война без правил” elektron toplusu bu məqsədə xidmət edir və Ermənistanın işğalçılıq əməllərinin rusdilli internet məkanında yayılmasına zəmin olacaq. Elektron toplu Effektiv Təşəbbüslər Mərkəzinin www.azerbaycanli.org saytında yerləşdiriləcək.

 Dörd ay müddətində icra olunacaq layihə ictimai birliyin Şuranın maliyyə yardımı ilə həyata keçirdiyi “www.azerbaycanli.org - milli eyniyyətdən qlobal dünyaya pəncərə” internet platformasının növbəti mərhələsidir. İndiyədək bu platformada Azərbaycan və rus dillərində “Qarabağ tarixi”, “Qarabağ ədəbiyyatı” və s. elektron resurslar yaradılıb. 

 

 


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 558

QHT və MEDİA

2019-08-19 11:45:38

QHT və MEDİA
ABŞ Çernobıl faciəsi ilə bağlı DƏHŞƏTLİ ...
ABŞ Çernobıl faciəsi ilə bağlı DƏHŞƏTLİ ...

Fact-info.az Publika.az-a istinadən xəbər verir ki, bu haqda Milli Təhlükəsiz...

2019-08-19 09:15:10

QHT və MEDİA
Azərbaycanın diplomatik xidmət orqanları...
Azərbaycanın diplomatik xidmət orqanları...

Azərbaycanın Braziliyadakı səfirliyinin təşkilatçılığı və UNESKO üzrə Azərbay...

CƏMİYYƏT

2019-08-17 11:20:15

CƏMİYYƏT
Dünyanı fəth edən ecazkar səs
Dünyanı fəth edən ecazkar səs

Hər bir bəşər övladının ölümündən sonrakı vaxt axarında böyük bir boşluq yara...

2019-08-14 16:15:54

CƏMİYYƏT
Nəsimi haqqında “Son gecə” filmi çəkilib...
Nəsimi haqqında “Son gecə” filmi çəkilib...

AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a verilə...

İQTİSADİ

2019-08-19 12:05:41

İQTİSADİ
Yeddi ayda 45 milyard manatadək ümumi da...
Yeddi ayda 45 milyard manatadək ümumi da...

Dövlət Statistika Komitəsindən bildirilib ki, bu dövrdə informasiya və rabitə...

2019-08-18 08:05:57

İQTİSADİ
Xəzər İqtisadi Forumu: perspektivli yeni...
Xəzər İqtisadi Forumu: perspektivli yeni...

2018-ci ildə Xəzərin hüquqi statusu ilə bağlı sənədlər qəbul ediləndən sonra ...