SİYASƏT
A- A A+

"Ermənistan münaqişənin danışıqlar yolu ilə həllində maraqlı deyil"

2017-07-25 09:15:57

.

Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistan xarici işlər naziri Edvard Nalbandyanın “Qandzasar777” dini mərasimində iştirak adı altında Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonuna səfəri ilə əlaqədar məlumat yayıb.
 XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev APA-ya bildirib ki, E. Nalbandyanın Kəlbəcər rayonuna getməsi və “Qandzasar777” dini mərasimində iştirak etməsi Ermənistan tərəfindən dövlət səviyyəsində tarixi və dini saxtakarlığa siyasi don geyindirilməsinin növbəti nümunəsidir. Onun sözlərinə görə, Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş Kəlbəcər rayonu ərazisində yerləşən bu alban xristian məbədinin adı “Qandzasar” deyil, Gəncəsərdır və erməni qriqoryan kilsəsi ilə heç bir əlaqəsi yoxdur və bu Azərbaycan və beynəlxalq tarixçi mütəxəssislər tərəfindən bu tutarlı faktlarla sübut edilib.
 “Məbəd kompleksinin memarlıq planlaşdırma və kompozisiya həlli, heykəltəraşlıq nümunələri və diofizit xarakterli elementləri bu abidəni çoxəsrlik ənənələri olan Qafqaz Albaniyası memarlığına aid olduğunu təsdiq edir. Saxta erməni tarixşünaslığı Gəncəsar məbədinin memarlıq və digər xüsusiyyətlərinə görə erməni kilsəsindən köklü fərqini izah etməkdə acizliyini davam etdirir.Azərbaycanın Çar Rusiyası tərəfindən işğalından sonra 1836-cı ildə “Rusiya Müqəddəs Sinodu”nun xüsusi qərarı ilə Alban kilsəsi  və onun bütün mülkiyyəti erməni qriqoryan kilsəsinin sərəncamına verilib. Bundan sonra erməni qriqoryan kilsəsi tərəfindən Alban xristian irsinin, o cümlədən Gəncəsər abidəsinin və alban yazılı məxəzlərinin erməniləşdirilməsi siyasəti aparılıb", - deyə H. Hacıyev bildirib
 Onun sözlərinə görə, Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində Azərbaycan xalqının tarixi irsinə aid olan İslam və xristian məbədlərini, digər maddi-mədəniyyət abidələrini özününküləşdirməsi, memarlıq üslubunun və digər xüsusiyyətlərini dəyişdirməsi beynəlxalq humanitar hüquq, xüsusilə Cenevrə konvensiyalarının kobud şəkildə pozulmasıdır.
 “Ermənistan xarici işlər nazirinin bu tədbirə qatılması bir daha onu göstərir ki, Ermənistan münaqişənin danışıqlar yolu ilə həllində maraqlı deyil və Ermənistan işğala əsaslanan status-kvonu saxlamaq və möhkəmləndirmək, məqsədyönlü şəkildə Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ və digər ətraf rayonlarının ilhaq etmək siyasətini həyata keçirir”, - deyə H. Hacıyev vurğulayıb. 

 

 

 

 


Kateqoriya : SİYASƏT Baxış sayı : 476

QHT və MEDİA

2018-12-14 10:20:57

QHT və MEDİA
Ukraynada Azərbaycanla bağlı beyin mərkə...
Ukraynada Azərbaycanla bağlı beyin mərkə...

Azərbaycanın Ukraynadakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, bu günlərdə ...

2018-12-12 11:00:04

QHT və MEDİA
Vladimir Suxoy: "Heydər Əliyev Azərbayca...
Vladimir Suxoy: "Heydər Əliyev Azərbayca...

Bu sözləri "Moskva-Bakı" xəbər portalına müsahibəsində rusiyalı telejurnalist...

CƏMİYYƏT

2018-12-14 19:20:47

CƏMİYYƏT
Leyla Əliyevanın bir qrup rusiyalı qadın...
Leyla Əliyevanın bir qrup rusiyalı qadın...

Bu yaxınlarda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın ünvanı...

2018-12-08 11:05:14

CƏMİYYƏT
Azərbaycan Parlamenti necə yarandı
Azərbaycan Parlamenti necə yarandı

2018-ci il dekabr ayının 7-də Azərbaycanda parlamentarizmin tarixində əlamət...

İQTİSADİ

2018-12-12 08:45:08

İQTİSADİ
"Novo Nordisk" Dağlıq Qarabağ ərazisində...
"Novo Nordisk" Dağlıq Qarabağ ərazisində...

Danimarkanın dərman preparatları istehsalçısı olan "Novo Nordisk" şirkəti tər...

2018-12-06 18:25:31

İQTİSADİ
SOCAR modernləşmə proqramı üçün “Honeywe...
SOCAR modernləşmə proqramı üçün “Honeywe...

SOCAR Heydər Əliyev adına Neft Emalı Zavodunun modernizasiyası prosesində yük...