SİYASƏT
A- A A+

“Xalqla Ordu əl-ələ” hərbi vətənpərvərlik marafonu davam edir

2017-07-22 09:55:29

Müdafiə Nazirliyinin yerli icra hakimiyyəti orqanları ilə birgə təşkil etdiyi “Xalqla Ordu əl-ələ” hərbi vətənpərvərlik marafonu davam edir

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Şəmkir şəhərindəki Bayraq meydanında marafonun açılışına həsr olunmuş mərasim keçirilib.

Əvvəlcə Müdafiə Nazirliyinin rəsmiləri, Şəmkir Rayon İcra Hakimiyyətinin rəhbərliyi xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət edərək Ulu Öndərə ehtiramlarını bildiriblər.

Bayraq meydanının yay teatrında keçirilən hərbi vətənpərvərlik marafonunda layihə müəllifi, Əməkdar İncəsənət Xadimi, Prezidentin fərdi təqaüdçüsü Abdulla Qurbani çıxış edərək bir ay davam edəcək marafonun mahiyyətindən, respublikanın müxtəlif bölgələrində təşkil ediləcək silsilə tədbirlərdən danışıb.

Qeyd olunub ki, bu tədbirlər xalqla ordunun birlik və həmrəyliyinin daha da möhkəmlənməsinə xidmət edəcək, həm xalqı, həm də Silahlı Qüvvələrin şəxsi heyətini Azərbaycan naminə, Qarabağ uğrunda mübarizədə Ali Baş Komandanın əmrlərinə hər an hazır olmağa səsləyəcək.

Nəzərə çatdırılıb ki, əbədiyaşar Ali Baş Komandanımız, ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə xalq ilə ordunun birliyinə həmişə xüsusi önəm verərək dəfələrlə deyərdi ki, xalqla ordunun birliyi həm xalqın qüdrətini, həm də ordunu daha da qüvvətli edir. Ona görə də qarşımızda duran əsas vəzifələrdən biri xalqla ordunun sağlam mənəvi birliyini təmin etməkdən ibarətdir. Ordu mövzusu, ordunun yaranması, formalaşması bizim bütün həyatımızda əsas mövzulardan biri olmalıdır. Gənclərin orduda xidmət etmək üçün tərbiyələndirilməsi bizim əsas vəzifələrimizdən biri olmalıdır və bu vəzifələri biz ardıcıl surətdə həyata keçirməliyik.

Prezident İlham Əliyev də ordu ilə xalqın monolit birliyi məsələlərinə bu gün xüsusi diqqət yetirir və Ali Baş Komandanımızın rəhbərliyi altında bu istiqamətdə genişmiqyaslı tədbirlər həyata keçirilir.

Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov tədbir iştirakçılarını salamlayıb, belə bir möhtəşəm tədbirin açılışının Şəmkir şəhərində reallaşdırıldığına görə Müdafiə Nazirliyinin rəhbərliyinə şəmkirlilər adından minnətdarlığını bildirib. O, tədbir iştirakçılarını əmin edib ki, şəmkirlilər bundan sonra da ordu hissələri ilə əlaqələrini daha da genişləndirəcək, Azərbaycan əsgərinə həmişə arxa-dayaq olacaqlar.

Müdafiə Nazirliyi Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi, general-mayor Rasim Əliyev müdafiə naziri, general-polkovnik Zakir Həsənovun salamlarını tədbir iştirakçılarına çatdırıb. R.Əliyev şəmkirlilərə ordumuza daim dəstək olduqlarına, Silahlı Qüvvələrimizin uğur və nailiyyətləri ilə qürur hissi keçirdiklərinə, ordumuz üçün layiqli əsgərlər tərbiyə etdiklərinə görə təşəkkürünü bildirib.

Silahlı Qüvvələrin Mahnı və Rəqs Ansamblının, eləcə də yerli özfəaliyyət kollektivlərinin iştirakı ilə hərbi vətənpərvərlik mahnı və marşları, kütləvi rəqslər ifa edilib.

“Xalqla Ordu əl-ələ” hərbi vətənpərvərlik marafonunun estafetini gəncəlilər və tovuzlular da böyük coşqu ilə qəbul edərək möhtəşəm tədbirlərdə ordumuzla həmrəy olduqlarını bir daha nümayiş etdiriblər.

Hərbi vətənpərvərlik marafonu davam edir.

 

 

 

 

 

 

 

 

 

 


Kateqoriya : SİYASƏT Baxış sayı : 878

QHT və MEDİA

2020-06-06 16:55:00

QHT və MEDİA
Anar Məmmədov: İkili standartlar olan ...
Anar Məmmədov: İkili standartlar olan ...

Müstəqilliyin bərpasından ötən dövr ərzində Azərbaycan demokratik inkişaf ist...

2020-06-06 10:20:15

QHT və MEDİA
“İngiltərənin geosiyasi maraqlarında “er...
“İngiltərənin geosiyasi maraqlarında “er...

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü...

CƏMİYYƏT

2020-06-04 18:35:30

CƏMİYYƏT
Ekoloji təhlükəsizlik siyasəti
Ekoloji təhlükəsizlik siyasəti

Əvvəl "Ekoloji təhlükəsizlik" nədir sualına aydınlıq gətirməyə çalışaq. Ekolo...

2020-06-03 08:40:48

CƏMİYYƏT
Azərbaycan Ordusu - 102
Azərbaycan Ordusu - 102

“Danışıqlar öz yerində, ancaq indi dünyada siz də yaxşı görürsünüz ki, güc a...

İQTİSADİ

2020-05-29 09:30:52

İQTİSADİ
Azərbaycan postpandemiya dövründə biznes...
Azərbaycan postpandemiya dövründə biznes...

Dünyanın aparıcı şirkətlərinin Azərbaycana marağı artmaqdadır. Hətta pandemiy...

2020-05-15 10:35:56

İQTİSADİ
Azərbaycan Qafqazdan keçən Avrasiya nəql...
Azərbaycan Qafqazdan keçən Avrasiya nəql...

Azərbaycan Qafqaz regionundan keçən Avrasiya nəqliyyat marşrutlarının inkişaf...