QHT və MEDİA
A- A A+

Mətbuatımızın 142 yaşı tamam oldu

2017-07-22 09:45:39

Azərbaycan milli mətbuatının yaranmasından 142 il ötdü

APA-nın məlumatına görə, ölkədə ilk mətbu orqanın - əsası Həsən bəy Zərdabi tərəfindən qoyulmuş “Əkinçi” qəzetinin nəşrə başladığı 22 iyul 1991-ci ildən Azərbaycanda Milli Mətbuat günü kimi qeyd olunur.
 “Əkinçi”nin 1875-ci il iyulun 22-dən 1877-ci ilin sentyabrınadək cəmi 56 sayı işıq üzü görsə də, onun Azərbaycan milli mətbuatının təşəkkül tapmasında, inkişafında əvəzsiz rolu olub. Əsasən maarifçilik missiyasını üzərinə götürmüş “Əkinçi” az müddətdə həm ziyalı təbəqə, həm də sadə insanlar arasında çox məşhurlaşdı. Təsadüfi deyil ki, dövrünün görkəmli ziyalıları və qələm sahibləri qəzetlə əməkdaşlıq edir, müntəzəm məqalələrlə çıxış edirdilər. Lakin “Əkinçi”nin ömrü uzun sürmədi. Çar Rusiyası qəzetin insanların maariflənməsində, ictimai-siyasi proseslərə daha yaxından bələd olmasındakı rolundan çəkinməyə başladı və sonda qəzetin nəşrini dayandırdı.
O vaxtdan müxtəlif tənəzzül və intibah dövrləri keçən Azərbaycan mətbuatı daim cəmiyyətin proseslərə baxışını əks etdirən güzgü rolunu oynayıb. 1998-ci ilin avqustunda senzuranın ləğvi isə Azərbaycanda mətbuatın inkişafına ciddi təkan verib.
 Hazırda respublikada çoxlu sayda müxtəlif qəzet və jurnallar nəşr olunur, internet qəzetçilik inkişaf edir. Müasir dövrdə informasiya texnologiyalarının inkişafı Azərbaycan mətbuatını qlobal informasiya şəbəkəsinin bir hissəsinə çevirib. Bütün dünyada gedən qloballaşma prosesi mətbuatdan da yan ötməyib. Bu gün yüzlərlə jurnalist beynəlxalq təşkilatların dəstəyi ilə təşkil olunan peşə artımı kurslarında treninq və təkmilləşmə kursları keçirlər.
 Azərbaycanda Mətbuat Şurasının formalaşması media sahəsində pərakəndəliyi aradan qaldırmağa müvəffəq olub, Jurnalistlərin Peşə Kodeksinin yaradılması isə media qurumları arasında problemlərin həllinə müsbət təsir göstərib. Azərbaycan Konstitusiyasında söz və mətbuat azadlığının təməl prinsip olaraq əksini tapması ölkədə medianın azad və güclü bir cəmiyyət institutu kimi formalaşmasına təkan verib. Sözsüz ki, bütün bu proseslərin əsas iştirakçıları, əldə olunan nəticələrin əsas səbəbkarları Azərbaycan jurnalistləridir.
 Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə jurnalistlər üçün inşa olunmuş ikinci binanın bu il iyulun 20-də açılışı olub. İkinci binada 255 jurnalist mənzillə təmin olunub.
 Dövlət başçısının iştirakı ilə keçirilən açılış mərasiminin ardınca üçüncü binanın təməlqoyma mərasimi keçirilib. Prezident İlham Əliyev üçüncü binanın inşasına ilkin olaraq 5 milyon manat ayrılması barədə sərəncam imzalayıb. 

 

 

 

 

 

 

 


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 548

QHT və MEDİA

2019-04-23 08:25:31

QHT və MEDİA
Milli Qəhrəman Samid İmanovun adı əbədil...
Milli Qəhrəman Samid İmanovun adı əbədil...

Azərbaycanın Milli Qəhrəmanı Samid İmanovun adı əbədiləşdirilib. Baş Nazir No...

2019-04-22 08:00:03

QHT və MEDİA
Avropada Azərbaycan mədəniyyəti nümayiş ...
Avropada Azərbaycan mədəniyyəti nümayiş ...

İsveç paytaxtının mərkəzində yerləşən “Kunqstredqorden” parkında baş tutan tə...

CƏMİYYƏT

2019-04-22 07:40:17

CƏMİYYƏT
Tarix dünənki siyasət, siyasət isə bugün...
Tarix dünənki siyasət, siyasət isə bugün...

Tarixə düzgün qiymət vermək, onu düzgün təhlil etmək gərəkdir” (1;67) və “Tar...

2019-04-19 08:50:54

CƏMİYYƏT
"Anlamaq dərdi"ni anlamaq dərdi
"Anlamaq dərdi"ni anlamaq dərdi

Bu mənada Cəlil Məmmədquluzadə, Üzeyir Hacıbəyli, Məhəmməd Əmin Rəsulzadə, Rə...

İQTİSADİ

2019-04-18 11:35:23

İQTİSADİ
TANAP vasitəsilə Avropaya qaz nəqlində s...
TANAP vasitəsilə Avropaya qaz nəqlində s...

Avropaya qaz nəqli üçün nəzərdə tutulan 2-ci fazanın istismara verilməsi çər...

2019-04-17 09:45:15

İQTİSADİ
İtaliya mətbuatında Azərbaycanın neft sə...
İtaliya mətbuatında Azərbaycanın neft sə...

İtaliyanın nüfuzlu “Agenzia Nova” xəbər saytında “Azərbaycan neft sənayesinə ...