TƏDQİQATLAR
A- A A+

Ermənistanın işğalçılıq siyasətindən bəhs edən kitab nəşr olunub

2017-07-20 09:20:57

.

Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun təşəbbüsü və dəstəyilə Los Ancelesdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair kitabça nəşr olunub.

Məlumata görə, kitabçanın nəşrində əsas məqsəd Ermənistanın işğalçılıq siyasəti barədə ABŞ ictimaiyyətinin dəqiq və tutarlı faktlarla məlumatlandırılmasıdır.

“Nagorno-Karabakh: Background and Facts” (Dağlıq Qarabağ: Tarix və Faktlar) adlı kitabçada Ermənistanın ölkəmizə qarşı apardığı tarixi işğalçılıq və etnik təmizləmə siyasətindən bəhs olunur. Kitabçanın “Azərbaycana Qarşı Təcavüz” və “Azərbaycan Torpaqlarında Aparılan Etnik Təmizləmə” bölmələrində Ermənistan tərəfindən Azərbaycana qarşı həyata keçirilmiş etnik təmizləmə siyasəti faktlarla işıqlandırılır.

Nəşrdə vurğulanır ki, dünya birliyi Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyır və ölkəmizin ərazi bütövlüyünü dəstəkləyir. Həmçinin, BMT Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının Azərbaycan torpaqlarından çıxarılmasını tələb edən qətnamələri, ABŞ prezidenti B.Klintonun, vitse-prezidenti D.Çeyninin və ABŞ Dövlət Departamentinin Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən və Ermənistanın işğalçılıq siyasətini pisləyən tarixi bəyanatları və digər hüquqi sənədlər də kitabçada öz əksini tapıb.

Kitabçanın, “Tarixi Faktlar” bölməsində isə Dağlıq Qarabağın tarixi haqqında məlumat verilir. Bildirilir ki, əzəli Azərbaycan torpağı olan Dağlıq Qarabağ tarixən müxtəlif Azərbaycan dövlətlərinin tərkibində olub və Azərbaycanın siyasi, iqtisadi və mədəni həyatında böyük rol oynayıb. Sözügedən bölmədə həmçinin, Kürəkçay və Türkmənçay müqavilələrinin vurduğu ağır zərbələrdən danışılır, bu müqavilələr nəticəsində Dağlıq Qarabağın erməni əhalisinin süni şəkildə artırıldığına diqqət çəkilir.

Nəşrdə xüsusi bir bölmə isə Xocalı soyqırımına həsr olunub. Bildirilir ki, soyqırım nəticəsində aralarında uşaqlar, qadınlar və yaşlılar da olmaqla günahsız dinc Xocalı sakinləri Ermənistan qoşunları tərəfindən qətlə yetiriliblər.

Kitabçada Xocalı soyqırımı barədə beynəlxalq ictimaiyyətin maarifləndirilməsinə dair Azərbaycan tərəfindən aparılan məqsədyönlü işin, xüsusilə “Xocalıya Ədalət” beynəlxalq kampaniyasının müsbət nəticələr verdiyi diqqətə çatdırılaraq, bu qətliamın dünyanın artıq bir çox dövləti, eləcə də ABŞ-ın 22 ştatı tərəfindən pislənildiyi bildirilir.

Qeyd edək ki, oxucuların daha dolğun və müqayisəli şəkildə məlumatlandırılması üçün Dağlıq Qarabağ və işğal olunmuş digər Azərbaycan ərazilərində mövcud olan mədəni-tarixi abidələrimizin, şəhər, kənd və qəsəbələrimizin müxtəlif illərə aid fotoşəkillərinə də yer verilir.

Kitabça ABŞ konqresmenlərinə, Kaliforniya və digər qərb ştatlarının qanunvericilərinə, ictimai-siyasi xadimlərə, KİV-lərə, elm və təhsil ocaqlarına təqdim olunacaq. (trend)

 

 

 

 


Kateqoriya : TƏDQİQATLAR Baxış sayı : 853

QHT və MEDİA

2020-07-12 11:30:25

QHT və MEDİA
Bölgədə artan gərginliyin məsuliyyəti bi...
Bölgədə artan gərginliyin məsuliyyəti bi...

Bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin...

2020-07-11 08:05:36

QHT və MEDİA
Azay Quliyev seçicilərlə videogörüş keçi...
Azay Quliyev seçicilərlə videogörüş keçi...

Deputat Azay Quliyev 8 saylı Binəqədi birinci seçki dairəsinin seçiciləri ilə...

CƏMİYYƏT

2020-07-07 16:10:31

CƏMİYYƏT
"Azərbaycan Ordusunun təlimləri düşmənin...
"Azərbaycan Ordusunun təlimləri düşmənin...

"Azərbaycan Ordusunun gecə vaxtı keçirdiyi döyüş atışlı taktiki təlimlər çox ...

2020-07-06 08:45:47

CƏMİYYƏT
Ellər unutmayıb o sənətkarı...
Ellər unutmayıb o sənətkarı...

H.Hüseynov 1927-ci ildə Kürdəmir rayonunun Muradxan kəndində anadan olub. Or...

İQTİSADİ

2020-07-10 09:55:19

İQTİSADİ
Deputat: Azərbaycan pandemiyanın iqtisad...
Deputat: Azərbaycan pandemiyanın iqtisad...

Pandemiya dövründə əhalinin sağlamlığının qorunması və iqtisadiyyatın yaxında...

2020-07-06 08:00:56

İQTİSADİ
"Azərbaycan beynəlxalq nəqliyyat-kommuni...
"Azərbaycan beynəlxalq nəqliyyat-kommuni...

“Prezident İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində hətta pandemiya ...