QHT və MEDİA
A- A A+

Azərbaycanda ilk dəfə QHT-lər üçün ixtisaslaşmış internet televiziya yaradılır

2017-07-19 11:20:02

QHT-lər üçün internet televizya yaradılır

Azərbaycanda ilk dəfə QHT-lər üçün ixtisaslaşmış internet televiziya yaradılır.

Bu barədə ““QHT TV” - vətəndaş cəmiyyəti təşkilatları üçün media imkanlarının genişləndirilməsi” layihəsinin rəhbəri Cəsarət Hüseynzadə məlumat verib.

Layihə rəhbəri bildirib ki, layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Şəmsi Əsədullayev” xeyriyyə ictimai birliyi tərəfindən həyata keçirilir.

Layihənin əsas mahiyyəti QHT-lərin fəaliyyəti haqqında video informasiyaların hazırlanması və yayımını təşkil etməklə, Azərbaycanda ixtisaslaşmış ilk QHT TV-nin (internet TV) formalaşdırlmasıdır.

QHT TV-nin rəhbəri vurğulayıb ki, layihə QHT-lərin fəaliyyəti haqqında cəmiyyətdə dolğun məlumatların formalaşması və VCT-lər haqqında informasiyanın əlçatanlığının inkişaf etdirilməsini hədəfləyir.

QHT TV-nin əsas vəzifələrindən biri qeyri-kommersiya təşkilatları, vətəndaş birlikləri, vətəndaşların və gənclərin fəal hissəsinin fəaliyyətini təbliğ etməkdir. Layihə problemləri və onların həlli yollarını axtaran qrupların fəaliyyətini ümumi auditoriyaya çatdırmaq üçün informasiya təminatını həyata keçirəcəkdir.

Bu fəaliyyət Azərbaycanda qeyri-kommersiya sektorunun təbliğini, QHT-lərin sosial və digər problemlərin həllinə verdiyi töhfələri, sektorlar arası ünsiyyət və qarşılıqlı inamın inkişaf etdirlməsinə dəstək verməyi hədəfləyir.

Layihə çərçivəsində artıq 20-yə yaxın reportaj hazırlanaraq QHT.az saytı və sosial şəbəkələr vasitəsi ilə yayımlanmışdır.

Yaxın zamanda isə QHT TV-nin video reportajları www.qhttv.az vasitəsi ilə yayımlanacaq. Beləki sayt üzərində tamamlanma işləri aparılır.

Cəsarət Hüseynzadə alternativ imkanlar çərçivəsində QHT TV-nin davamlı inkişafına nail olmaq üçün çalışacaqlarını bildirib. O bunun üçün müxtəlif resursların olduğunu bildirərək, təşkilat rəhbərlərini QHT TV-yə dəstək olmağa çağırıb.

Qeyd edək ki, Cəsarət Hüseynzadə bundan öncə www.qht.az saytı üzərindən ilk dəfə Azərbaycanda QHT-lərin elektron bazasını və şəbəkəsini formalaşdırmışdır.

 Hazırda həmin şəbəkədə 550 QHT haqqında informasiya bazası formalaşdırılmış və 550 QHT üçün subdomenli sayt yaradılmışdır. Eyni zamanda QHT-lərin fəaliyyəti haqqında gündəlik xəbərlər yayımlanır.


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 272

QHT və MEDİA

2018-01-20 21:30:21

QHT və MEDİA
Qənirə Paşayeva İstanbuldan türk dünyası...
Qənirə Paşayeva İstanbuldan türk dünyası...

İstanbulda Sarıqamış şəhidlərinin xatirəsinə həsr edilmiş tədbirdə çıxış edən...

2018-01-19 09:55:33

QHT və MEDİA
“Müstəqil Azərbaycanın tarixində 20 yanv...
“Müstəqil Azərbaycanın tarixində 20 yanv...

Azərbaycan Milli QHT Forumunda (MQF) 20 yanvar faciəsinin 28-ci ildönümünə hə...

CƏMİYYƏT

2018-01-17 11:10:33

CƏMİYYƏT
“Jerusalem Post” qəzeti: Müstəqil və güc...
“Jerusalem Post” qəzeti: Müstəqil və güc...

Sovetlər dönəmində Azərbaycan – Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu...

2018-01-12 19:40:25

CƏMİYYƏT
Şəhid Cəlil Fərzəliyevin həyat hekayəti...
Şəhid Cəlil Fərzəliyevin həyat hekayəti...

Azərbaycan tarixi müstəqilliyinə qovuşduqdan sonra şəhid sözü qəhrəmanlıq si...

İQTİSADİ

2018-01-19 10:15:12

İQTİSADİ
2017-ci ildə 1335 kilometr yol tikilib, ...
2017-ci ildə 1335 kilometr yol tikilib, ...

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 2017-ci il ərzində u...

2018-01-15 08:50:31

İQTİSADİ
Azərbaycan dünyada ən güclü xalq-iqtidar...
Azərbaycan dünyada ən güclü xalq-iqtidar...

Dünya İqtisadi Forumunun "2017-2018 Qlobal Rəqabətlilik Hesabatı"nın "Siyasət...