SOSİAL
A- A A+

Səudiyyə Ərəbistanın “Əl-Cəzirə” qəzeti Ermənistanın təcavüzkar siyasətindən yazıb

2017-07-19 08:05:38

Səudiyyə Ərəbistanının nüfuzlu qəzetlərindən biri olan “Əl-Cəzirə” qəzetində “Ey Vətən, ürəyimizdəsən!” sərlövhəli məqalə dərc olunub

Müəllifi Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanı Krallığındakı səfiri Rasim Rzayev olan məqalədə Azərbaycan xalqının sülh və ədalət uğrunda mübarizə apardığı, ölkəmizin Ermənistan tərəfindən hərbi təcavüzə məruz qaldığı, vətəndaşlarımızın doğma yurd-yuvalarına qayıdacağı günü səbirsizliklə gözlədiyi oxucuların diqqətinə çatdırılıb.

Müəllif Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı oxuculara geniş məlumat verib, hərbi təcavüz nəticəsində ölkəmizin ərazisinin 20 faizinin işğal edildiyini, bir milyondan çox vətəndaşımızın qaçqın və məcburi köçkünə çevrildiyini qeyd edib.

Məqalədə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və işğalçı dövlətin son günlərdə qoşunların təmas xəttində vəziyyəti gərginləşdirməsi barədə məlumat verilib, ölkəmizin mövqeyini dəstəklədiyinə və Ermənistanla diplomatik əlaqələr qurmaqdan imtina etdiyinə görə Krallığın xalqına və rəhbərliyinə minnətdarlıq ifadə olunub. Bu addımın Azərbaycan xalqı və rəhbərliyi tərəfindən yüksək qiymətləndirildiyi diqqətə çatdırılıb, beynəlxalq təşkilatlar çərçivəsində hərbi təcavüzü pisləyən, işğal olunmuş ərazilərin azad edilməsini və qaçqın və məcburi köçkünlərin öz doğma torpaqlarına qaytarılmasını tələb edən sənədlərin qəbulunda Krallığın xüsusi rolu qeyd olunub.

 Müəllif iyulun 4-də Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndi istiqamətində minaatanlardan və dəzgahlı qumbaraatanlardan açılmış atəş nəticəsində kənd sakinləri Allahverdiyeva Sahibənin və onun ikiyaşlı nəvəsi Quliyeva Zəhranın həlak olduqlarını, Quliyeva Sərvinazın isə ağır yaralandığını bildirib. Bu hadisənin təmas xəttinin beş kilometrliyində baş verdiyini, qanlı cinayətin müharibə qaydalarının pozulması ilə törədilən mülki əhalinin qətli aktı olduğunu, hədəfə alınan Alxanlı kəndinin təmas xəttindəki hərbi mövqelərdən uzaq məsafədə yerləşməsinin düşmən qüvvələrinin mülki obyekti məqsədyönlü şəkildə seçməsini sübut etdiyini vurğulayıb. O, Ermənistan silahlı qüvvələrinin təmas xəttinə yaxın ərazilərdə yerləşmiş azərbaycanlı mülki əhalini məqsədyönlü şəkildə hədəf almasının beynəlxalq humanitar hüququn pozulması kimi qiymətləndirilməsinin vacibliyini və bu kimi vəhşiliklərə bəraət qazandırmanın mümkün olmadığını qeyd edib. (Azərtac)


Kateqoriya : SOSİAL Baxış sayı : 711

QHT və MEDİA

2019-09-20 08:55:01

QHT və MEDİA
Qlobal enerji təhlükəsizliyi problemi və...
Qlobal enerji təhlükəsizliyi problemi və...

Bu, bir həqiqətdir ki, yüksək inkişaf etmiş ölkələrin enerji təhlükəsizliyi s...

2019-09-19 08:35:00

QHT və MEDİA
Ülvi Mehdiyev: “Vətən sərhəddən başlayır...
Ülvi Mehdiyev: “Vətən sərhəddən başlayır...

"Könüllülük hərəkatının fəaliyyəti dövründə 600-ə yaxın layihə həyata keçiril...

CƏMİYYƏT

2019-09-19 18:20:16

CƏMİYYƏT
Azərbaycan Milli Radiosunda nələr gözlən...
Azərbaycan Milli Radiosunda nələr gözlən...

1926-cü ildə təməli qoyulan və ölkəmizdə ilk kütləvi informasiya vasitəsi ol...

2019-09-15 05:55:09

CƏMİYYƏT
“Unudulmayan tarix”i dünyaya xatırladan ...
“Unudulmayan tarix”i dünyaya xatırladan ...

Doğrudur,bir zamanlar bu faciələri xalqımızın qan yaddaşından silməyə çalışa...

İQTİSADİ

2019-09-20 16:15:09

İQTİSADİ
“Neftdən əldə edilən gəlirlər ilk növbəd...
“Neftdən əldə edilən gəlirlər ilk növbəd...

Prezident İlham Əliyev Heydər Əliyev Mərkəzində “Əsrin müqaviləsi”nin 25 illi...

2019-09-19 18:55:57

İQTİSADİ
SOCAR-ın Fontana Qarşı Dağmədənxilasetmə...
SOCAR-ın Fontana Qarşı Dağmədənxilasetmə...

Sentyabrın 19-da “Əsrin müqaviləsi”nin 25-ci ildöbümü və “Neftçilər günü” ərə...