MƏDƏNİ
A- A A+

“Yaradanın hikməti, bəşərin fəlsəfəsi” kitabı

2017-07-18 11:05:17

Yeni nəşr

Bakıda yazıçı-publisist, Əməkdar Jurnalist Qəmbər Ağayev və Novxanı kənd 1 nömrəli tam orta məktəbin müəllimi Nazilə Hüseynzadənin müəllifi olduğu “Yaradanın hikməti, bəşərin fəlsəfəsi” adlı kitabın təqdimat mərasimi keçirilib. “Kitabevim.az” mağazasının təşkilatçılığı ilə reallaşan tədbirdə respublikanın elm və ədəbiyyat xadimləri iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, nəşrə “Ön söz”ün müəllifi və məsul redaktor, Əməkdar Jurnalist Murad Qoçuoğlu çıxış edərək kitabın məziyyətlərindən söz açıb. Müəlliflərin pedaqoji fəaliyyəti və yaradıcılıq axtarışlarından danışan M.Qoçuoğlu bildirib ki, nəşrdə yer alan fikirlərin və aforizmlərin böyük bir hissəsi ilk dəfə məhz Qəmbər Ağayev və Nazilə Hüseynzadə tərəfindən toplanaraq böyük həcmdə kitab halında çap edilib.

Vurğulanıb ki, müxtəlif mənbələrdə, bədii əsərlərdə, qəzet səhifələrində yer alan, habelə ünsiyyət zamanı işlədilən ifadələrdən istifadə edilərək ərsəyə gələn bu kitab xeyirxah məqsədə xidmət edir. Sözügedən nəşr tərbiyəvi mahiyyətə malik olmaqla yanaşı, cəmiyyətin bütün təbəqələri üçün maarifləndirici xarakter daşıyır. Ümumiyyətlə, kitabda insan həyatının mahiyyəti, dünyanın inkişaf qanunauyğunluqları, vətən, həyat, sevgi ilə bağlı deyilmiş mənalı və düşündürücü ifadələr var ki, onlar bütün zamanlar üçün müasirdir. Müəlliflərin zəhmətlə ərsəyə gətirdikləri bu kitab onların sözə verdikləri dəyərin nəticəsidir.

Nəşrin rəyçisi, pedaqoji elmlər doktoru, professor Əjdər Ağayev kitab haqqında fikirlərini bölüşüb. Bildirib ki, indiyədək nəşr olunmuş bu məzmunlu kitablarda əsasən görkəmli şəxsiyyətlərin, filosofların, ilahiyyatçıların, alimlərin, ictimai xadimlərin və ədiblərin deyimlərinə yer verilib. Lakin “Yaradanın hikməti, bəşərin fəlsəfəsi” kitabında problem və məsələlərə ümumxalq təcrübəsi baxımından yanaşma mövcuddur. Bu da oxucuya kitabda cinsi, irqi, dini, ictimai və elmi mövqeyindən asılı olmayaraq hikmətli fikir söyləmiş hər kəsin deyimlərinə rast gələ bilmək imkanı yaradır. Kitab müəyyən həcmi əhatə etsə də, onun təsir dairəsi, oxucunu düşündürmək imkanları çox genişdir.

Sonra müəlliflər kitabın yazılma səbəbindən danışıblar və tədbirin təşkilatçılarına təşəkkürlərini bildiriblər.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


Kateqoriya : MƏDƏNİ Baxış sayı : 265

QHT və MEDİA

2018-02-22 17:10:35

QHT və MEDİA
Regionlarda gənclərin bilik və bacarıqla...
Regionlarda gənclərin bilik və bacarıqla...

“Tərəqqi” Sosial Tədqiqatlar İctimai Birliyi və Mərhəmət Kimsəsizlərə Yardım ...

2018-02-21 17:00:17

QHT və MEDİA
“Cəzasız cinayət” - Xocalı soyqırımından...
“Cəzasız cinayət” - Xocalı soyqırımından...

Filmin məsləhətçisi BDU-nun rektoru, akademik Abel Məhərrəmov, ssenari müəlli...

CƏMİYYƏT

2018-02-22 17:20:31

CƏMİYYƏT
“Xocalı şahidləri danışır” kitabının təq...
“Xocalı şahidləri danışır” kitabının təq...

Fevralın 22-də Beynəlxalq Mətbuat Mərkəzində “Xocalı şahidləri danışır” kitab...

2018-02-20 08:25:22

CƏMİYYƏT
Şəhid atası: "Övladımın şəhidliyi mənə m...
Şəhid atası: "Övladımın şəhidliyi mənə m...

UNEC-in İqtisadiyyat fakültəsində keçirilən tədbirdə şəhidin müəllimləri, dos...

İQTİSADİ

2018-02-22 10:10:43

İQTİSADİ
Bakı-Tbilisi-Qars dəmir yolu ilə sərnişi...
Bakı-Tbilisi-Qars dəmir yolu ilə sərnişi...

Bakı-Tbilisi-Qars dəmir yolu ilə sərnişin daşınması yəqin ki, bu ilin sonunad...

2018-02-20 08:10:24

İQTİSADİ
Bakıda "IT və IT Təhlükəsizlik üzrə konf...
Bakıda "IT və IT Təhlükəsizlik üzrə konf...

AZƏRTAC Azərbaycan Banklar Assosiasiyasına (ABA) istinadla xəbər verir ki, "A...