CƏMİYYƏT
A- A A+

Şah İsmayıl Xətainin anadan olmasının 530 illiyi Silahlı Qüvvələrdə də qeyd edilir

2017-07-18 10:15:31

.

Adı Azərbaycan xalqının yaddaşına qüdrətli sərkərdə, dövlət xadimi, şair və sənətin yorulmaz hamisi kimi həkk edilən Şah İsmayıl Xətainin anadan olmasının 530 illik yubileyi Silahlı Qüvvələrdə geniş qeyd edilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu münasibətlə Gəncə qarnizonundakı hərbi hissələrdən birində “Ulu şahım, qılıncına söykənim!” adlı vətənpərvərlik tədbiri keçirilib.

Əvvəlcə qonaqlar və şəxsi heyət Gəncə Qarnizonu Zabitlər Evinin təşkil etdiyi, Azərbaycan tarixində mövcud olan dövlətlərin bayraqlarından ibarət sərgiyə baxıblar. Sərgidə Səfəvilər, Qaraqoyunlular, Ağqoyunlular, Eldənizlər, Cəlayirlilər dövlətlərinin, İrəvan, Naxçıvan, Qarabağ, Bakı, Gəncə, Şəki xanlıqlarının, eləcə də Azərbaycan Xalq Cümhuriyyətinin, Azərbaycan SSR-in bayraqları nümayiş etdirilib. Hər bir bayrağın rəmzləri barədə ətraflı məlumat verilib.

Həmçinin Azərbaycanın dövlətçilik tarixində müstəsna xidmətləri olan görkəmli şəxsiyyətlərin, ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi ehtiramla yad edilib.

Müdafiə Nazirliyinin zabiti, Əməkdar İncəsənət Xadimi Abdulla Qurbani Şah İsmayıl Xətainin 36 illik ömür yolundan, onun Azərbaycan xalqı və dövləti qarşısında əvəzolunmaz xidmətlərindən danışıb. Elm, mədəniyyət xadimlərinin Şah İsmayıl Xətai haqqında fikirləri səsləndirilib.

Qeyd edilib ki, Şah İsmayıl qurduğu qüdrətli Azərbaycan dövlətinin daha da çiçəklənməsi üçün əlindən gələni əsirgəməyib, daim xalqın rifahı üçün çalışıb. Xətainin apardığı müharibələr vahid və qüdrətli Azərbaycan dövləti yaratmaq arzu və istəyindən irəli gəlib. O, Azərbaycan dilini dövlət və şeir dilinə çevirib, ölkənin siyasi, ictimai, iqtisadi və mədəni inkişafı naminə böyük işlər görüb.

Şah İsmayılın yaşadığı dövrdən beş əsrdən də çox bir vaxt keçməsinə baxmayaraq, o, qüdrətli sərkərdə kimi xatırlanır, öyrənilir və yeni nəsillərə örnək göstərilir. Xətainin şeirləri döyüşçüləri qəhrəmanlığa, qələbəyə ruhlandırdığı, insanları mənəvi saflığa, Vətənə, dövlətə sədaqətli xidmətə çağırdığı kimi bu gün də aktualdır, müasirdir.

Nəzərə çatdırılıb ki, Şah İsmayıl qeyri-adi fiziki gücə malik, dövrünün döyüş taktikasına və silahlarına yaxından bələd olan istedadlı sərkərdə, məğrur, azadfikirli, öz qüdrətinə inanan dövlət başçısı, həqiqət yolundan zərrə qədər kənara çıxmayan dərin düşüncə qabiliyyətli nəcib insan idi. O, tərəfdarlarına qarşı həmişə sədaqət nümunəsi nümayiş etdirib, dönüklüyə, Vətənə, dövlətə xəyanət edənlərə nifrət edib. Bu xüsusiyyətlərinə görə tərəfdarları ona dərin hörmət bəsləyib və inanıblar.

Tədbirdə qədirbilən xalqımız və dövlətimizin Şah İsmayıl Xətainin adını hər zaman əziz tutduğu, əbədiləşdirdiyi vurğulanıb. Paytaxt Bakıda dahi şəxsiyyətin abidəsi ucaldılıb, rayon, qəsəbə, küçə, təhsil ocaqları, Bakı Metropoliteninin stansiyalarından birinə onun adı verilib. “Şah İsmayıl Xətai” ordeni təsis edilib.

Tədbirdə Şah İsmayılın obrazını canlandıran Gəncə Dövlət Dram Teatrının aktyoru, Əməkdar Artist Novruz Cəfərovun gəlişi, şəxsi heyəti salamlaması, tədbir iştirakçılarına Azərbaycan naminə uğurlar arzulaması, xalqı və ordunu ümumi düşmənə qarşı mübarizədə ölkənin baş sərkərdəsinin ətrafında bir nəfər kimi birləşməyə səsləməsi, qazilərə ünvanladığı şeirlər, çağırışlar alqışlarla qarşılanıb. Xalq şairi Məmməd Arazın “Ulu şahım, qılıncına söykənim!” şeiri iştirakçılar tərəfindən hərarətlə alqışlanıb.

Ziyalılar adından danışan Azərbaycan Yazıçılar Birliyi Gəncə bölməsinin sədri Xəzangül Hüseynova belə tədbirlərin şəxsi heyətin vətənpərvərlik tərbiyəsində, tarixi qəhrəmanlıq ənənələri ruhunda tərbiyə olunmasında, mənəvi-psixoloji hazırlığının yüksəldilməsində xüsusi əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb, Müdafiə Nazirliyi rəhbərliyinin bu istiqamətdə fəaliyyətini yüksək qiymətləndirib.

Şairlərdən Ələmzar Əlizadə, Ramiz Qəmginin Azərbaycana, Şah İsmayıl Xətaiyə, Vətən müdafiəçilərinə həsr etdikləri şeirlər şəxsi heyətin ruh yüksəkliyini daha da artırıb.

Hərbi qulluqçulardan Loğman Xanlarov, Rüstəm Məmmədov çıxış edərək görkəmli sərkərdəni və qonaqları əmin ediblər ki, Azərbaycan bayrağı bu gün etibarlı əldədir və dövlətçiliyimizin sükanı arxasında müdrik və qətiyyətli şəxsiyyət dayanıb.

Bildirilib ki, Şah İsmayıl Xətai ilk vahid Azərbaycan dövlətinin, Məmməd Əmin Rəsulzadə Şərqdə ilk demokratik respublikanın banisidirsə, xalqımızın ümummilli lideri Heydər Əliyev də müasir, müstəqil Azərbaycan Respublikasının qurucusudur və bu dövlət Prezident İlham Əliyevin rəhbərliyi altında daha xoşbəxt gələcəyə doğru inamla irəliləyir. Azərbaycan Ordusu bu dövlətin milli təhlükəsizliyini etibarla qoruyur. Bu gün Lələtəpədə, Tərtərdə, Ağdərədə dalğalanan bayrağımız tezliklə Şuşada, Xankəndidə və işğal altında olan digər torpaqlarımızda da dalğalanacaq.

Xüsusi vurğulanıb ki, Cavanşirlər, Babəklər, Xətailər, Cavad Xanlar, Həzi Aslanovlar, Mübarizlər, Çingizlər yetirən Vətən torpağı heç vaxt düşmən caynağında qala bilməz. Düşmən əzəli Azərbaycan torpaqlarından qeyd-şərtsiz rədd olub çıxıb getməli və Azərbaycanın ərazi bütövlüyü təmin olunmalıdır.

 

 

 

 

 


Kateqoriya : CƏMİYYƏT Baxış sayı : 210

QHT və MEDİA

2017-11-22 20:15:10

QHT və MEDİA
Azay Quliyev: QHT-lərə lazımı qədər mali...
Azay Quliyev: QHT-lərə lazımı qədər mali...

O, dövlət büdcəsindn QHT-lərin inkişafı və maliyyələşdirilməsi üçün ayrılan ...

2017-11-22 08:20:55

QHT və MEDİA
Ermənistanın faşizmi dövlət siyasəti seç...
Ermənistanın faşizmi dövlət siyasəti seç...

Hətta nasistlərin simvolu işğalçı ölkənin hakim partiyasının rəmzidir. Ermən...

CƏMİYYƏT

2017-11-23 08:45:29

CƏMİYYƏT
Mühafizə olunan “Tarix Muzeyi kolleksiya...
Mühafizə olunan “Tarix Muzeyi kolleksiya...

MEK-in Komplektləşdirmə bölməsinin əməkdaşları Mehri Həsənli və Şəlalə Eyvaz...

2017-11-20 08:40:24

CƏMİYYƏT
NTV televiziya kanalı: Azərbaycan türk d...
NTV televiziya kanalı: Azərbaycan türk d...

Türkiyənin nüfuzlu NTV televiziya kanalında Azərbaycan tarixi ilə bağlı “Odla...

İQTİSADİ

2017-11-23 08:50:53

İQTİSADİ
“Hər il Qarabağ əlilləri və şəhid ailələ...
“Hər il Qarabağ əlilləri və şəhid ailələ...

“APA-Economics”in məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naz...

2017-11-20 08:45:14

İQTİSADİ
Əcnəbi media Azərbaycanın qeyri-neft sek...
Əcnəbi media Azərbaycanın qeyri-neft sek...

Azərbaycanın qeyri-neft sənayesi 2018-2021-ci illər ərzində hər il 7,3 faiz a...