TƏDQİQATLAR
A- A A+

Professor Castin Makkarti: Əsassız iddialar ermənilərin xislətindən irəli gəlir

2015-05-29 09:40:52

Qars Qafqaz Universitetində keçirilən “Erməni üsyanlarının cinayətləri” mövzusunda elmi konfransda amerikalı professor Castin Makkarti maraqlı məruzə ilə çıxış edib

Tanınmış alim arxiv materiallarına və rəsmi sənədlərə istinad edərək Birinci Dünya müharibəsi dövründə ermənilərin Osmanlı dövlətinə qarşı amansız üsyanlar qaldırdıqlarını diqqətə çatdırıb. O deyib ki, ölkənin demək olar əksər bölgələrində tüğyan edən mövcud erməni üsyanları ilə yanaşı, yeni-yeni üsyan təhdidləri də ortaya çıxırdı. Bütün bunlar xarici qüvvələrin təhriki və yardımı ilə Osmanlı ordusunu zəiflətmək məqsədi daşıyırdı. Erməni silahlılarının dinc türk-müsəlman əhaliyə divan tutduğunu bildirən C.Makkarti bildirib ki, o dövrdə aparılan axtarışlar nəticəsində Harputda 5000, Gürgün qəzasında 1221, Kayseridə 1600, Dəvəlidə 265 döyüş tüfəngi və tapança olmaqla ermənilərdən külli miqdarda silah və sursat aşkarlanıb. Ermənilərin qaldırdıqları üsyanların hətta Osmanlının İzmit, İzmir kimi şəhərlərində də baş verməsi və onlara məxsus cəbbəxanaların bu ərazilərdə də aşkarlanması bir daha təsdiq edir ki, ermənilər yaşadıqları Osmanlı dövlətinə qarşı xəyanət edib və döyüşən tərəf olublar. Bütün bunlar isə “erməni soyqırımı” iddiasının əsassız və uydurma olduğunu sübut edir.

Mövzu ilə bağlı, o cümlədən Azərbaycan ərazisinin 20 faizinin təcavüzkar Ermənistan tərəfindən işğal edilməsinə dair sualları cavablandıran amerikalı professor deyib: “Tarixin bütün dövrlərində ermənilər əsassız iddialarla yaşayıblar və həmişə də nəticə onların ziyanına olub. O cümlədən onların Dağlıq Qarabağa qarşı iddiaları tam əsassızdır. XX əsrin əvvəllərində ermənilər dünyanın heç bir bölgəsində əhalinin üçdə birindən çoxunu təşkil etməyiblər. Sonradan silahlı dəstələrlə Qafqaza doğru çəkilib orada ağır cinayətlər törədiblər. Onlar heç zaman çoxluq təşkil etmədikləri Trabzona da iddia edirlər. Göründüyü kimi, əsassız iddialar ermənilərin xislətindən irəli gəlir”.

 Konfransda Azərbaycanın Qarsdakı baş konsulu Ayxan Süleymanlı, Türkiyənin dövlət rəsmiləri, görkəmli alimlər, KİV təmsilçiləri iştirak ediblər. (Azərtac)


Kateqoriya : TƏDQİQATLAR Baxış sayı : 1069

QHT və MEDİA

2019-07-20 09:10:35

QHT və MEDİA
Gürcü ekspertlər: “İnsidentin arxasında ...
Gürcü ekspertlər: “İnsidentin arxasında ...

Bunu “Report”un yerli bürosuna açıqlamasında Gürcüstanın əməkdar jurnalisti, ...

2019-07-20 07:45:42

QHT və MEDİA
UNUDULMUŞ ŞƏHİD MƏZARLARI 1990-1997
UNUDULMUŞ ŞƏHİD MƏZARLARI 1990-1997

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına...

CƏMİYYƏT

2019-07-19 08:40:08

CƏMİYYƏT
Akademik Azərbaycan Xalq Cümhiriyyətini...
Akademik Azərbaycan Xalq Cümhiriyyətini...

Azərbaycan Respubliksının Prezidenti İlham Əliyevin 27 may 2019-cu il tarixli...

2019-07-16 08:20:48

CƏMİYYƏT
Müharibə şəraitində mediamız
Müharibə şəraitində mediamız

Ancaq bəzi məqamları diqqətsiz buraxmaq olmur. Ümumiyyətlə, jurnalistikanın ...

İQTİSADİ

2019-07-17 08:50:31

İQTİSADİ
100,6 milyard dollar investisiya yatırıl...
100,6 milyard dollar investisiya yatırıl...

Energetika Nazirliyindən bildirilib ki, Energetika naziri Pərviz Şahbazov ADA...

2019-07-16 09:25:35

İQTİSADİ
Aİ-Azərbaycan: strateji tərəfdaşlığın ak...
Aİ-Azərbaycan: strateji tərəfdaşlığın ak...

Bir sıra ekspertlər son zamanlar Avropa İttifaqı-Azərbaycan münasibətlərində ...